Icma.az
close
up
RU
Şərq elmi nəzəri, filoloji fikri və onun poetika sahəsi BDU da ustad dərsi

Şərq elmi nəzəri, filoloji fikri və onun poetika sahəsi BDU da ustad dərsi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında Elm Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, fakültənin elmi fəaliyyəti və uğurları barədə məlumat verib. Fakültədə mütəmadi olaraq elmi-praktik konfransların, ustad dərslərinin, seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri professor Tərlan Quliyevin “Şərq elmi-nəzəri, filoloji fikri və onun poetika sahəsi” mövzusunda ustad dərsi dinlənilib. Mühazirədə Tərlan Quliyev əruz elminin qədim köklərə malik olduğunu bildirib, ərəb əruzunun xüsusiyyətlərindən danışıb.

Qeyd edib ki, əruz elmi hələ 767-ci ildə böyük ərəb filoloqu Xəlil ibn Əhməd tərəfindən yaradılıb, o zamana qədər dünya filologiya elmində vəzn haqqında belə bir nəzəri təlim olmayıb. Daha sonra alim ərəb, fars və Azərbaycan poeziyasından əruz vəzninə dair müxtəlif nümunələr təqdim edib.

Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli çıxışlarında Elm Gününün əhəmiyyətini vurğulayıb, ustad dərsinin mövzusu ilə bağlı müzakirələr aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri