Icma.az
close
up
RU
Şərqdən Qərbə addım addım... Ölkə avtomobil parkında Çin effekti: İdxalın həcmi arta arta gedir

Şərqdən Qərbə addım addım... Ölkə avtomobil parkında Çin effekti: İdxalın həcmi arta arta gedir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə avtomobil parkı genişlənir. İndi bu xəbərə sevinmək də olmur. Çünki ölkə əhalisinin yarıdan çoxu Abşeron yarımadasında məskunlaşıb. Elə ölkədəki avtomobillərin 50 faizindən daha artıq hissəsi də hər gün yarımada küçələrində şütüyür. Deməli, tıxacların miqyasının kiçilməsini gözləməyə dəyməz.

Bizimyol.info xəbər verir ki, avtomobil idxalının həcmi arta-arta gedir. İlin ilk 5 ayı ərzində ölkəyə 39 min 9 avtomobil gətirilib. 2024-cü ilin uyğun dövrü ilə müqayisədə ciddi artım diqqət çəkir. Avtomobil idxalının həcmi 20 faizdən çox artıb. Keçən ilin ilk 5 ayı ərzində ölkəyə 32 mindən az maşın gətirilmişdi.

Əvvəlki illərin statistikası da çox şeydən xəbər verir. Məsələn, 2023-cü ildə ölkə avtomobil parkına 96 minə yaxın maşın əlavə olunmuşdu. Bu isə 2022-ci ilin göstəriciləri ilə müqayisədə 28,7 faiz çox idi. Dəyər ifadəsində hətta 59 faizdən söhbət gedirdi. Yəni yeni və bahalı avtomobillər daha çox gətirilmişdi. İndi də vəziyyət fərqli deyil. Ölkəyə xüsusilə Çindən çoxlu yeni avtomobillər idxal olunur. Elə artımı da rahatlıqla “Çin effekti” adlandırmaq olar.

Ölkə avtomobil parkında nə baş verir?

Qeyd olunduğu kimi, alıcılar daha çox yeni, amma keyfiyyəti müəyyən qədər şübhə doğuran avtomobillərə üstünlük verir. Yəni 90-cı illərin, 2000-ci illərin əvvəllərinin istehsalı olan Almaniya avtomobilləri arxa plana keçib. Bunun nəticəsidir ki, maşın bazarlarında alver zəifləyib.

Ən əsas məsələ avtomobillərə münasibət dəyişib. İnsanlar müəyyən riskləri də nəzərə alaraq yeni maşın idarə etmək qərarı verirlər. Çin avtomobilləri müəyyən tərəddüdlə olsa da, seçilir. Bunu adi müşahidə ilə də görə bilərsiniz. Xüsusilə paytaxt küçələrində Çin avtomobillərinin sayı artıb. Statistika indidən xəbərdarlıq edir ki, say bir az da artacaq. Böyük ehtimalla ilin sonuna qədər idxal müstəvisində bütün dövrlərin rekordu qeydə alınacaq.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri