Icma.az
close
up
RU
Sertifikatı olmayan mexanizatorlar biçin prosesinə buraxılmayacaq

Sertifikatı olmayan mexanizatorlar biçin prosesinə buraxılmayacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

“Aqroservis” ASC tərəfindən cari ildə taxıl biçininə hazırlıq məqsədilə mexanizatorlar üçün təşkil olunan təlimlər davam edir. Martın 10-dan başlayan təlimlər müxtəlif kombayn markaları üzrə keçirilir və may ayınadək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsinin əsas məqsədi cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək, mexanizatorların kənd təsərrüfatı texnikalarını düzgün və səmərəli idarəetmə bacarıqlarını artırmaq, kombaynlara vaxtında və düzgün texniki xidmət göstərilməsi, istismar zamanı yarana biləcək nasazlıqların operativ şəkildə aradan qaldırılması, eləcə də təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı bilik və təcrübələrini gücləndirməkdir.

Təlim proqramı çərçivəsində Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında “New Holland TC5.90” kombaynı üzrə nəzəri və praktiki təlim təşkil olunub. Təlim istehsalçı şirkətin nümayəndələri və “Aqroservis” ASC-nin mütəxəssisləri tərəfindən video materiallar və digər əyani vasitələrdən istifadə edilməklə interaktiv formada keçirilir. Bu yanaşma mexanizatorların mövzuları daha yaxşı mənimsəməsinə imkan yaradır.

Təlimdə istehsalçı şirkətin nümayəndəsi iştirak edərək mexanizatorlara New Holland texnikalarının istismar xüsusiyyətləri barədə ətraflı məlumat verib. Təlim zamanı kombaynın quruluşu, işləmə prinsipi, idarəetmə sistemi, texniki baxış qaydaları və mümkün nasazlıqların aradan qaldırılması üsulları izah olunub. Təlimdə Masallı, Biləsuvar, Qobustan, Ağcabədi və Sabirabad rayonlarından olan mexanizatorlar iştirak ediblər.

Eyni zamanda, iştirakçılar üçün praktiki məşğələlər də təşkil olunub. Praktiki hissədə mexanizatorlara “New Holland TC 5.90” kombaynının düzgün idarə olunması, gündəlik texniki baxışın aparılması, əsas aqreqat və mexanizmlərin iş prinsipi, eləcə də sahə şəraitində yarana biləcək texniki problemlərin aradan qaldırılması üsulları əyani şəkildə nümayiş etdirilib.

Təlim proqramını uğurla başa vuran və keçirilən imtahandan keçən mexanizatorlara sertifikat təqdim olunacaq. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri