Icma.az
close
up
RU
Səssiz gurultunun gumbultusu Felyeton

Səssiz gurultunun gumbultusu Felyeton

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Gurultu təbiət hadisəsidir. İldırım çaxır, qocaman bir palıd ağacını gurultu ilə ikiyə bölür. Bölünmüş ağac da səs-küylə, yəni gumbultu ilə yerə düşür. Yerə düşən əşya, yaxud insan həmişə gumbultu salır.

O gün yağış yağırdı, qəşəng də yağırdı, amma gurultusu yox idi. Hiss edirdin ki, hardasa şimşək çaxır, ancaq səsi gəlib bizə çatmır, yaxud gec gəlib çatır.

Nəsrəddin Tusi xaşxaşilərin Ələmut qalasında iyirmi il həbsxanada oturmuşdu. Dövrünə görə, bu qalanın kitabxanası dünyanın ən zəngin kitabxanalarından biri idi. Tusi də buradakı kitabların hamısını oxuyub aqilləşmişdi. Hülaki xan Ələmutu darmadağın edəndə onu da həbsdən azad edir. Tusi ilə söhbətdən sonra, xan başa düşür ki, belə aqildən, hər şeyi biləndən uzaq durmaq lazım deyil, onu özünə vəzir götürür.

Bir gün xanın keyfi dağların üstündə qəzəndə, o vəzirindən soruşur:

-Ürəyin nə istəyir, söylə həyata keçirim.

Nəsrəddin cavab verir:

-Ürəyim heç nə istəmir, amma əqlim deyir ki, bir rəsədxana açmaq lazımdır.

Hülaki sual verir:

-Rəsədxana nə deməkdir?

-Ulduzları müşahidə edəcəyik.

-Bəs, bu dövlətimə nə verəcək?

Tusi ona başa salır:

- Həşəmətli xan, göylərdən gələn bəlaları öncədən biləcək, ona uyğun tədbirlərimizi görəcəyik. Biləcəyik bizi hansı təhlükələr gözləyir.

Xanın ağlına heç nə batmır, o zaman vəzir deyir:

-Xan sağ olsun, ordugahımız dağın ətəyində düşərgə salıb. Əmr verin ki, çox böyük bir qazan hazırlasınlar, içinə bir neçə daş atıb, qoysunlar dağın başına, ancaq bunu heç kim bilməsin.

Hülakini maraq götürür. Əmr verir ki, qazanı düzəltsinlər. Deyilənlər hazır olandan sonra xan ilə vəzir çıxır dağın başına. Tusi göstəriş verir ki, qazanın ağzını bərk-bərk bağlayıb yuvarlasınlar üzü aşağı. Elə də edirlər. Qazan içində bir neçə daşla üzü aşağı düşdükcə bir səs-küy, gumbultu salır ki, ordugahda olanlar həyəcanlanırlar, elə bilirlər ki, yuxarı tərəfdən kimsə bunlara hücum edib.

Ordu döyüş vəziyyətinə gətirilir.

Nəsrəddin Tusi xana deyir:

-Xan sağ olsun, gördünmü, ordu yuxarıdan nəyin gəldiyini bilmədiyi üçün döyüş vəziyyəti aldı. Əgər bilsəydilər, belə təşvişə düşməzdilər.

Bundan sonra Hülaki xan rəsədxananın tikilməsi üçün vəsait ayırır.

Bu məsəli niyə çəkdim? Uzun müddətdir şeytanın Dəccalı səssiz işləyib gurultu yaratmaq istəyirdi, ancaq gumbultu ilə özü yerə düşdü. Düşdüyü yerdə də krater, yəni böyük bir çala yaratdı. İndi o çalaya bir-bir adamları yığırlar. Hələlik ortalığa əlli nəfəri buraxıblar. Çalada hamı bir-birinin üzünə durur, Dəccalın bu xəyanətinin miqyasını guya bilmirdilər.

Bəs, bu səssiz gurultunun gumbultusunu necə salacaqdılar?

Kecən il vurulan təyyarəmizlə eyni vaxtda (belə ehtimal edilir) prezidentin təyyarəsi də uçurdu. Təyyarə vurulacaq, sonra gumbultunun sədasında Dövlət Şurası yaradılacaqdı. Rusiyaya nifrət, şuraya məhəbbət yaranacaqdı.

Yadıma bir lətifə düşdü. Ahıl bir kişi öləndə arvadını yanına çağırıb deyir:

-Ta ölürəm, heç olmasa boynuna al ki, mənə nə qədər xəyanət etmisən.

Arvad cavab verir:

-Pah, birdən ölmədin, onda necə olsun?

İndi səssiz gurultu, yəni xəyanət baş tutmadıqda hamı düşüb onun üstünə. O da yaxasını çəkib qırağa, deyir elə etməyin ki, açım sandığı, töküm pambığı. Gözünə döndüyüm qara maskalılar da çevriliblər qartala. Göydə süzür, çaladan çıxmağa çalışan əfi ilanları bir-bir ovlayır, zərərsizləşdirirlər.

Bu səssiz gurultunun səssiz musiqisinin sədası altında paslı kilidlər açılır. Bu kilidlərin arxasında görünən qapı cırıltı ilə açıldıqca ortalığa daha böyük xəyanətlər çıxır. Xəyanətin ortasında isə dövlətə, millətə, prezidentə böyük bir Nifrət dayanır. İnanmırsınız, birini deyim.

Qırx dörd günlük müharibə zamanı AMEA-dan bir xəbər gəldi: "Elmlər Akademiyası əsgərlər üçün mələfə tədarük edib".

Budur, görün bunlar dövlətimizi necə ələ salırdılar?! Başqa ölkələrin institutları ölkələri üçün böyük işlər görür, yeni silah yaratmaq üçün eksperimentlər aparırlar. Bunlar isə mələfə göndərirlər. Ə, get atını başqa cığırda sür! Əsgər səngərdə mələfəni neyləyirdi, məgər o yatırdı? Bax, nifrət budur. Heç, o Dəccal azad olunan torpaqlara bir dəfə də getmədi. Niyə də getsin?

Qohumlarının əlindən işğal edilmiş torpaqları mələfə göndərmək istədiyi əsgərlər azad etmişdi. Nifrətin sonu isə qisas olur.

Bax, beləcə gurultunun əvəzinə guppultu yarandı, özü də nə guppultu. İndi hamı həyəcan, təşviş içindədir. Dəccalla əlaqədə olanlar daha yatmırlar, səhəri diri gözlə açırlar. O kinoda deyildiyi kimi "İndi gələr, bu saat gələr".

Bir gün şeytan balasına insanları göstərib deyir:

-Kimlə istəyirsən əylən, qılığlna gir, yoldan çıxart, təkcə bu insanlardan başqa.

Balası soruşur:

-Niyə?

-Ona görə ki, bu insanlar dünyada nə qədər pis, əclaflıq, mərdimazarlıq, xəyanət, acgözlük var edəcəklər. Sonra da hamının üzünə duracaq, bütün bu əməlləri bizim boynumuza qoyacaqlar. Bunların xisləti belədir, mənim balam!

O gün Bakının baş biləni tə sərrüfat iclası keçirib gurultulu çıxış edib, siyasətdən danışıb.Deyib ki, etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə tamamilə qəbuledilməzdir.

Görün ha, gimbultulu maddələr qoyulub adamın boynuna (vətənə xəyanət, dövlət çevrilişi, korrupsiya), bu da etik normadan danışır.

Yadıma yenə bir lətifə düşdü:

Birini soymaq istəyirlər. Darta-darta gölün qırağına gətirib, başını suya soxub soruşurlar:

-Dollar var?

-Nəfəslik verən kimi kişi cavab verir:

-Yox.

-Avro var?

-Yox.

-Manat var?

-Yox.

Kişi axırda bezib deyir:

-A kişilər, siz başımı, ya daha dərinə salın, ya da suda daha çox saxlayın, mən orda heç nə görmürəm.

Gördü, sən demə, hələlik üç milyonu görüb qaytarıb. Hələ ortalığa nələr çıxacaq, nələr...

Xəyanətin anatomiyası budur. Həm dövlətini, rəhbərini satır, həm də suyun altında varidat yığır, bir yandan da səni əzir, insanları dövlətdən narazı salır.

Bu gumbultu nə olan şeydir ki, hamı ondan diksinir, hamı ondan ehtiyat edir.

Bu da son. Elə bilirdilər gumbultu ilə hörmət, nüfuz qazanacaqlar. Pis vəziyyətə düşəndə də aradan sivişib çıxacaqlar.

Amma, elə deyil.

Bir kişi evdə oturub televizora baxır.

Yarım saaatdan sonra durur evdə divanın, stolun, televizorun altına baxır, nə isə axtarır. Arvadı gəlib soruşur:

- A, kişi nə axtarırsan?

Kişi deyir:

-Arvad, bizim evdə kamera var.

-A kişi, ola bilməz!

Kişi cavab verir:

-Yox, yüz faiz var, əgər kamera olmasaydı, aparıcı niyə hər beş dəqiqədən bir deyir, siz AzTV-yə baxırsınız? O nə bilir ki, mən AzTV-yə baxıram?

Biz də baxırıq. Deyəsən çox yazdım. Nə isə ya zəlzələdən, ya vəlvələdən bu səssiz gurultunun gumbultu səsi acı bağırsaq kimi hələ çox uzanacaq. Ildırım səssiz guruldayacaq, şimşək çaxacaq, qara paltarlılar şimşəyin işığında yel kimi görsənib kimlərisə uzaqlara aparacaq.

Yunus Oğuz

Yazıçı-dramaturq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri