Icma.az
close
up
RU
Səssiz təhlükə: Beyin implantları bakteriyalara qapı açır

Səssiz təhlükə: Beyin implantları bakteriyalara qapı açır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yeni araşdırma beyin implantlarının təhlükəsizliyi ilə bağlı heyrətamiz bir həqiqəti ortaya qoydu. Bu cihazlar bakteriyaların beyinə çatmasına səbəb ola bilər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, insult, epilepsiya və digər nevroloji xəstəliklərin müalicəsində vəd verən beyin implantları indi daha bir təhlükə ilə gündəmdədir.

ABŞ-ın "Case Western Reserve" Universitetinin alimləri implantasiyadan sonra beyin toxumasında bakteriya aşkar ediblər. Müəyyən edilib ki, bu bakteriyalar iltihaba şərait yaradır ki, bu da cihazların uzunmüddətli uğuruna mənfi təsir göstərə bilər.

Tədqiqat nüfuzlu "Nature Communications" elmi jurnalında dərc edilib.

Tədqiqatda siçanların beyninə yerləşdirilən mikroelektrodlar araşdırılıb. Alimlər bu beyin toxumalarında bağırsaq bakteriyalarına aid DNT izlərini aşkar ediblər. Bu vəziyyət implant yerləşdirmə zamanı “qan-beyin baryerinin” zədələnməsinin bakteriyaların keçməsinə imkan verdiyini aşkar edib.

"Bu, bizim bu sahədəki perspektivimizi tamamilə dəyişəcək bir tapıntıdır", - deyən aparıcı müəllif Corc Hoeferlin əlavə edib ki, indiyə qədər yalnız immun sisteminin implantlara reaksiyasına diqqət yetirilmişdi, lakin bakteriyalar da bu prosesdə fəal iştirak edirdi.

Siçanlara tətbiq edilən antibiotik müalicəsi bakterial çirklənməni azaltmaqla cihazların işini yaxşılaşdırsa da, uzun müddətli antibiotik istifadəsinin zərərli olduğu müəyyən edilib. Üstəlik, beyində aşkar edilən bəzi bakteriyaların Alzheimer, Parkinson və insult kimi ciddi nevroloji xəstəliklərlə əlaqəli olduğu bilinir.

Universitetin innovasiyalar üzrə vitse-prezidenti, professor Ceff Kapadona: "Bu nəticələr göstərir ki, biz yalnız iltihabı yatıran deyil, həm də bakteriyaların beyinə daxil olmasını tamamilə əngəlləyən daimi həllər hazırlamalıyıq", - deyib.

Kapadona laboratoriyası, hidroensefali kimi vəziyyətlərdə istifadə edilən mədəcik şuntları kimi müxtəlif beyin implantlarına bakterial təsirləri araşdırmaq üçün tədqiqatı genişləndirir.

Qrup beyin implantı olan bir insan könüllünün nəcis nümunələrində də oxşar bakteriyalar tapıb. Bu, tapıntının laboratoriya mühitinə xas olmadığını, real həyatda da təsirli ola biləcəyini göstərib.

Prof. Bolu Ajiboye: "Bu tapıntı implant təhlükəsizliyi üçün yeni nəsil strategiyaların inkişafı üçün güclü əsas verir", - deyib. O, tədqiqatın xəstələrə daha təhlükəsiz müalicə variantları təqdim edə biləcəyini vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri