Icma.az
close
up
RU
Şevçenko Putin və Trampa nə deyərdi?

Şevçenko Putin və Trampa nə deyərdi?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qan Turalı yazır...

Cəlil Məmmədquluzadəni ölməz edən nədir? Pyesləri, hekayələri, "Molla Nəsrəddin" jurnalındakı titanik fəaliyyəti? Əlbəttə hər kəsin öz mülahizəsi, öz fikri ola bilər. Ancaq mənim üçün Mirzə Cəlil hər şeydən qabaq "Azərbaycan" felyetonu ilə dəyərli və qiymətlidir. Çünki ədəbiyyatşünaslarımızın felyeton adlandırdığı əslində isə esse janrında yazlan bu mətnlə Azərbaycan ruhunu, Azərbaycan şüurunu, azərbaycanlı olmağın fəlsəfəsini ortaya qoymuşdu. Hər nə qədər onu bu vətənə, xalqa zidd ünsür kimi damğalamağa çalışsalar belə "Azərbaycan" yazısı ortadadır.

Mirzə Cəlilin bu barədə poeziyada davamçısı heç şübhəsiz ki, Səməd Vurğun idi. Nə qədər ki, Azərbaycan var, "Azərbaycan" şeiri də var olacaq. Vaqif Səmədoğlu mənə bir əhvalat danışmışdı. Rayonların birinə gediblər, rayonun katibi Vaqif müəllimə bir heykəli göstərib deyib ki, atana heykəl qoymuşuq. Vaqif Səmədoğlu da heykələ baxıb, görüb Cəlil Məmmədquluzadənin heykəlidir, nəzakətlə deyib ki, mənim atam Səməd Vurğundur, Cəlil Məmmədquluzadə deyil. Hərçənd, bu sözlərdə də böyük həqiqət vardır, çünki Cəlil Məmmədquluzadə bütün Azərbaycan yazıçılarının və bəlkə hamıdan da çox Səməd Vurğunun mənəvi atası, ruhi əcdadıdır.

Sözü bir az uzatdıq, mətləbə keçək. Bizim üçün, Səməd Vurğun, Cəlil Məmmədquluzadə kimdirsə Ukrayna üçün də Taras Şevçenko odur. Şevçenkonun 1845-ci ildə yazdığı "Vəsiyyət" şeiri Süleyman Rüstəm, Əhməd Cavad, Mikayıl Müşfiq kimi görkəmli şairlərimiz tərəfindən dəfələrlə Azərbaycan dilinə tərcümə edilib. 150-dən artıq dilə tərcümə olunan bu şeir Süleyman Rüstəmin tərcüməsində belə başlayır:

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna... Onun daşında,

Onun tarlasında, geniş çölündə,

Mən öləndən sonra, görüm nələr var!

Müharibə az qala iki ildir ki, başlayıb. Və bu iki il ərzində bu müharibə haqqında yüzlərlə, bəlkə də minlərlə xəbər oxumuşam. Ancaq yaddaşımın mənə rahatlıq vermir, hər xəbərdə bu şeiri xatırlayır, Şevçenkonu yad edirəm. Şeirin xüsusən də son misraları dilimdən düşmür:

Qırıb yox ediniz o qandalları.

Düşmənin qanını axıtmaqla siz

Azad olarsınız, biliniz barı.

Və həmişə düşünürəm ki, görəsən, Şevçenkonun ruhu Ukraynaya baxdıqda nə düşünür… Vəsiyyətinə uyğun olaraq Şevçenko Dnepr çayının sahilində Çerneçyada dəfn edilib... Yəni, bütün Ukraynanın göründüyü yerdə...

Cəlil Məmmədquluzadə "Azərbaycan" məqaləsində yazdığı bir cümləni oxuyanda bu sözlərin görkəmli yazıçının qələmindən yox ürəyindən qopduğuna səmimi qəlbdən inanıram: "Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan?"

Görəsən, Mirzə Cəlil anadan olmamışdan 8 il əvvəl vəfat edən Şevçenko Mirzənin bu məqaləsini oxuyub nə deyərdi? Nə düşünərdi?

Yeri gəlmişkən, Ukrayna adlı dövlətin, xalqın, dilin mövcud olmadığını düşünənlər "Vəsiyyət" şeirinin 1939-cu ildə görkəmli rus şairi Tvardovski tərəfindən tərcümə edildiyini necə izah edəcəklər? Ukrayna dili adlı bir dil yox idisə, bu tərcümə hansı zərurətdən irəli gəlmişdi?

Və gözəl ukraynalıların gözəl vətəni olan Ukrayna... Bu gün o tapdaq altındadır. Vaxtında nüvə silahı əlindən alınan, qəddar, amansız və qansız qonşusunun qucağına atılan Ukrayna... Taleyi özündən xəbərsiz, özündən uzaq masalarda müzakirə edilən Ukrayna... Torpaqlarını düşmənə peşkəş verməyə məcbur edilən Ukrayna...

Söz yox ki, bu dəhşətli mənzərələr Şevçenkonun ürəyini yaralayacaqdır. Söz yox ki, bu mənzərələri Şevçenko o əngin, hüdudsuz təxəyyülü ilə bağlı yarada bilməzdi...

Və nə yaxşı ki, Mirzə Cəlilin, Səməd Vurğunun yaratdığı Azərbaycan ideyası, Azərbaycan ordusunun və Ali Baş Komandanının ruhunda təcəssüm tapdı. Azərbaycan öz qüvvəti, öz ruhu və öz ideyası ilə torpaqlarını azad etdi. Üzünü Qərbə tutanların qarşısında isə Ukrayna matəmgahı durur. Dəhşətli olan da budur...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri