Səyyahlardan ibarət növbəti qrup Qarabağ və Şərqi Zəngəzura gəlib
Sia Az saytına istinadən Icma.az xəbər verir.
33 beynəlxalq səyyahdan ibarət daha bir qrupun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. SİA xəbər verir ki, səfər "Piki Reels" klubu tərəfindən təşkil olunub. Qrupa klubun rəhbəri İv Buvi rəhbərlik edir.
Bu səfərdə 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Hollandiya və s. ölkələrdən turistlər iştirak edir. Onların səfəri üç gün davam edəcək.
Qonaqlar əvvəlcə Füzuliyə, daha sonra isə Xocavənd və Şuşaya səfər edəcəklər. Səfər planına Xocalı və Ağdama səfər də daxildir və sabah onlar Laçın və Kəlbəcərə gedəcəklər. Sonuncu gün turistlər Cəbrayıl, Qubadlı və Zəngilana səfər edəcəklər.
Bu, “Piki Reels” klubunun sayca 12-ci səfəridir. Səfər çərçivəsində qonaqlar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə tanış olurlar.
Qeyd edək ki, 2020-2024-cü illərdə dünyanın əsas beynəlxalq turizm klubları Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən çox ölkədən 400-dən çox beynəlxalq səyahətçi iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Noyabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















