Icma.az
close
up
RU
Sifariş edilənin yerinə niyə fərqli maşın gəlir? “Bolt”dan AÇIQLAMA

Sifariş edilənin yerinə niyə fərqli maşın gəlir? “Bolt”dan AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Son zamanlar “Bolt”dan taksi sifarişi edən sərnişinlər tez-tez eyni problemlə qarşılaşırlar – tətbiqdə göstərilən avtomobillə gələn avtomobil fərqli olur. Bəzən normal görünən maşın əvəzinə tamamilə yararsız vəziyyətdə bir nəqliyyat vasitəsi gəlir. Sərnişinlərin proqramda göstərilən avtomobili axtarması həm vaxt itkisinə, həm də narahatlığına səbəb olur.

Bəs tətbiqdə görünən maşınla gələn maşının eyni olmamasının səbəbləri nədir və bu halla qarşılaşan sərnişin nə etməlidir?

“Bolt”dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət əməkdaşlıq etdiyi bütün sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı sərnişinləri davamlı olaraq məlumatlandırır:

“”Bolt” şirkətinin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır. Qeyd edək ki, “Bolt” tətbiqində lisenziyası olmayan avtomobillərin qeydiyyatdan keçməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən, yalnız lisenziyalı nəqliyyat vasitələri “Bolt” tətbiqi vasitəsilə xidmət göstərə bilər. Bəzi hallarda sürücülər lisenziyalı avtomobili qeydiyyatdan keçirərək, qeyri-lisenziyalı nəqliyyat vasitəsilə fəaliyyət göstərirlər. Bu halları nəzərə alaraq, 2024-cü ildən etibarən sürücülərin tətbiqdə qeydiyyatdan keçirdiyi avtomobillə faktiki xidmət göstərdiyi avtomobilin uyğunluğunu yoxlamaq üçün rəqəmsal verifikasiya (uyğunlaşdırma) sistemi aktivləşdirilib ki, bu sistem vasitəsilə sürücüdən ay ərzində bir neçə dəfə verifikasiya tələb olunur. Nəticədə belə neqativ hallar daha sürətlə aşkarlanır”.

Şirkətdən verilən məlumata görə, bu halların təkrarlanmasının qarşısı almaq məqsədilə qaydalara riayət etməyən və lisenziyasız fəaliyyət göstərən sürücülərə qarşı “Bolt” şirkəti tərəfindən ciddi tədbirlər görülür.

“Hər zaman qeyd etdiyimiz kimi, xidmətimizdən istifadə edən sərnişinlərdən bu cür hallarla rastlaşdığı zaman narazılıqlarını və ya şikayətilərini tətbiq üzərindən dəstək xidmətinə bildirmələri xahiş olunur”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri