Icma.az
close
up
RU
Şiş xəstəlikləri zamanı orqanizmdə nə baş verir?

Şiş xəstəlikləri zamanı orqanizmdə nə baş verir?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şiş xəstəliynə tutulmuş orqanizmin bütün toxumalarında mübadilə prosesləri dərin patoloji dəyişikliklərə uğrayır.

Əsasən də şiş xəstəlikləri zamanı karbohidrat mübadiləsinin pozulması baş verir. Karbohidratlar şiş hüceyrəlrində çox yüksək sürətlə parçalandığına görə, qlükoza şiş hüceyrəsinin membranından asanlıqla sitoplazmaya keçir və qanda şəkərin miqdarı azalır.

Bu şəraitdə orqanizmin kompensator imkanları səfərbərliyə alınır, qaraciyərdə və əzələlərdə olan qlükogen sürətlə parçalanıb sərf edilir. Bundan əlavə qaraciyərdə və böyrəklərdə qlikoneogenez prosesin sürəti artır.

Hipoqlikemiya bəd xassəli şiş xəstəliyinə tutulmuş orqanizmdə baş verən mübadilə pozğunluqlarının əsas hərəkətverici amilidir.

Şiş hüceyrələri qanda olan azotlu üzvi birləşmlərin azalmasına səbəb olur. Şiş inkişaf etdikcə orqanizmin sağlam toxumalarında azotlu birləşmələrin miqdarı azalır. Bu zaman xaric olan sidiyin tərkibində azotun miqdarı yüksək olur.

Bədxassəli şiş xəstəlikləri zamanı şişin hansı orqanda əmələ gəlməsindən asılı olmayaraq qaraciyərin fəaliyyəti zəifləyir.

Şiş xəstəliyinə tutulmuş orqanizmdə amin turşuların çox hissəsi qlikoneogenez prosesinə sərf edilir. Bu zaman qanda lipidlərin miqdarı artır.

Şiş xəstəliyi zamanı toxuma və orqanların bioloji tərkibində də dəyişiklklər baş verir. Bu zaman baş verən patoloji dəyişikliklər şişin yerləşdiyi yerdən və onun metastazlarının yerləşdiyi yerdən asılıdır.

Bədxassəli şiş xəstəliyinə tutulmuş orqanizmdə sürətlə arıqlama baş verir. Bu çox vaxt kaxeksiyaya və ölümə səbəb ola bilir. Çünki xərçəngin kaxeksiyası aşağıdakılarla müşahidə edilir:

* ümumi zəiflik

* anoreksiya

* zülal və piy itkisi

* su balansının pozulması

* elektrolit balansının pozulması

* anemiya.

Kaxeksiya şiş toxumasında mübadilə proseslərinin sürətlənməsinə səbəb olur ki, bu da qanda olan nukleotidlərin, aminturşuların, qlükozanın və vitaminlərin sürətlə udulmasına və orqanizmdə miqdarının azalmasına səbəb olur. Bu da toxumalarda assimliasiya prosesinin zəifləməsinə, dissimliasiyanın isə sürətlənməsinə səbəb olur. Beləliklə də, şiş toxuması orqanizmin sağlam toxumalarını bir çox həyati vacib maddələrdən məhrum edir./Milli.Az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri