Icma.az
close
up
RU
SİYASƏT VƏ BİZNES ARASINDA “KÖLGƏ FİQUR... Və ya güclü, amma səssiz” OLİQARX

SİYASƏT VƏ BİZNES ARASINDA “KÖLGƏ FİQUR... Və ya güclü, amma səssiz” OLİQARX

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təkcə Azərbaycanda deyil, bütün dünyada uğurlu iş adamlarının dövlət vəzifələrinə təyin edilməsi hər zaman riskli addım kimi qəbul edilib və çox zaman mənfi nəticələr verib. Bunun çoxlu nümunələri var ki, bunlardan son olaraq, Donald Trampın İlon Maska vəzifə verməsini xatırlamaq olar. Bunun nə ilə nəticələndiyi isə göz qabağındadır…

Sabiqlərlə bağlı araşdırmalarımızın budəfəki “qonağı”, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu Maskla müqayisə etmək fikrimiz yoxdur. Ancaq o da  Azərbaycanda əvvəl biznes sferasında çalışmış, daha sonra siyasi vəzifə tutmuş, sonda isə yenidən iş dünyasına qayıdaraq imkanlarını qat-qat artıra bilmiş şəxslərdəndir.

Əlbətə, Azərbaycanın müstəqillik tarixində siyasətlə biznes arasındakı sərhədlərin nə qədər nazik, bəzən isə tamamilə silinmiş olduğunu göstərən fiqurlar çox olub. Amma  yüksək vəzifədən getdikdən sonra iş adamı kimi mövqeyini qorumağı bacaran, dəyişən reallıqlara adaptasiya olan, eyni zamanda görünmədən təsir imkanlarını saxlayan şəxslər barmaqla sayılacaq qədər azdır. Füzuli Ələkbərov da bu azsaylı fiqurlardan biridir.

Bəs Füzuli Ələkbərovun siyasət və biznes arasında "kölgə" bir fiqur kimi qala bilməyi necə  bacarıb?  

Bir sərhəd rayonundan müəllimliyə, oradan "imperiya" təsisçliyinə doğru...

1958-ci ildə Culfa rayonunda anadan olan Füzuli Ələkbərov sadə, lakin strateji coğrafiyada – İranla sərhəddə yerləşən bir regionda böyümüşdü. Naxçıvanın sərhəd iqtisadiyyatı və ticarət refleksi bu bölgədən çıxan bir çox iş adamının taleyinə təsirsiz ötüşməyib. Ələkbərov da bu mühitin, belə demək mümkünsə, məhsulu idi: tələbəlik illərində Bakı Dövlət Universitetində riyaziyyat və iqtisadiyyat təhsili almış, əmək fəaliyyətinə isə müəllim kimi başlamışdı. Bu ilk baxışdan sakit həyat sonradan böyük iqtisadi transformasiyaya çevriləcəkdi.

Riyaziyyat və iqtisadiyyat üzrə aldığı ali təhsil ona yalnız müəllimlik etməyə deyil, həm də sərbəst qərarlar qəbul etməyə, maliyyə axınlarını anlamağa imkan verirdi. Məhz 1990-cı illərin çılğın bazar iqtisadiyyatı mühitində çevik düşüncə bacarığı onu  tamamilə başqa istiqamətə yönəltdi.


SSRİ-nin dağılmasından sonra yaranan xaotik dövrdə yeni iqtisadi aktorlar üçün meydan açılmışdı. Ələkbərov bu fürsəti dəyərləndirənlərdən oldu. 1991-ci ildə “İmprotex” adlı şirkət təsis etdi. Əvvəlcə turizm sahəsində fəaliyyət göstərən şirkət, az sonra avtomobil idxalı, tikinti texnikası, kənd təsərrüfatı avadanlığı və metallurgiya sahələrində genişlənərək Azərbaycanın qeyri-neft sektorunda aparıcı qruplardan birinə çevrildi.

“İmprotex Motors” BMW, MAN və Rolls Royce kimi markaların Azərbaycandakı rəsmi distribyutoruna çevrildi. Bu, təkcə kommersiya uğuru deyildi – həm də beynəlxalq əlaqələrin, lisenziyaların və yerli inzibati strukturla ahəngdar münasibətlərin nəticəsi idi. Hətta işğaldan azad olunmuş ərazilər üçün istehsal edilən minatəmizləyən texnikalar və yanğınsöndürmə maşınları da bu holdinqin məhsuludur.

Nazir kreslosunda biznes adamı –  “təmiz qalmaq” çabası və nazirlərlə toqquşan  şəxsi maraqları

2006-cı ildə Füzuli Ələkbərov Azərbaycanın Əmək və əhalinin sosial nüdafiəsi naziri təyin olundu. Onun bu təyinatı o dövrdə təəccüblə qarşılanmışdı: uzun illər biznesdə aktiv olan biri birdən-birə sosial sahədə mühüm bir postun sahibi olurdu. Lakin həmin dövr üçün bu normal idi – çünki oliqarx-məmur modeli Azərbaycan idarəçiliyində yayğınlaşmışdı.

Nazir olduğu dövrdə Ələkbərov bir neçə islahat təşəbbüsü ilə çıxış etdi: sosial kart sistemləri, elektron reyestrlərin tətbiqi, pensiya islahatları və s. kimi. Lakin bu təşəbbüslər həmin vaxt nazirlikdə kök atmış dərin korrupsiya mühiti ilə toqquşunca ya dayanır, ya da formal şəkildə həyata keçirilirdi.

Elə bəlkə bu səbəbdən  Ələkbərovun kabinetə girən gündən məmurlarına “əlil, yoxsul və pensiyaçının puluna toxunmayın” xəbərdarlığı da nəticəsiz qalmışdı. Baxmayaraq ki, hənin vaxt bu açıqlama mediada geniş rezonans doğurmuşdu. Ancaq Ələkbərovun nazir olduğu 2006–2013-cü illər arasında  nazirliklə bağlı səslənən korrupsiya və rüşvət iddiaları bu “xəbərdarlığın” çox da ciddi qəbul edilmədiyini  ortaya qoydu.

Bu da Ələkbərovun portretində əxlaqi ziddiyyətin və  onun rəhbərlik etdiyi nazirlikdəki korrupsiya "bataqlığı"  içində “təmiz qalmaq” çabasının mürəkkəbliyini ortaya qoyurdu.

Bu ziddiyət onun fəaliyyətində  özünü göstərirdi. Ələkbərov o dövrdə biznesdən rəsmi olaraq çəkildiyini bildirsə də, “İmprotex”in rəhbərliyinə həyat yoldaşı İradə Ələkbərova keçmişdi. Şirkətə həyat yoldaşının rəhbərlik etməsi və yaxın qohumların önəmli postlarda olması bizneslə dövlət vəzifəsi arasındakı sərhədlərin formal xarakter daşıdığını sübut edirdi. Ələkbərov faktiki nəzarəti əlində saxlayırdı.

Biznesini böyütmək istəyən Ələkbərovun dövlət strukturları ilə münasibəti heç də hamar olmayıb. Qeyri-rəsmi məlumatlara görə, o, bəzi güc mərkəzləri ilə tez-tez toqquşmalar yaşayır, şəxsi maraqların toqquşması nəticəsində müəyyən dairələrdən təzyiqlərə məruz qalırdı. Bu da onun siyasətdə uzunmüddətli qala bilməməsinin əsas səbəblərindən biri hesab olunur.

Dubayla sıx əlaqələr, imtiyazlı inhisarçılıq və dövlətlə tərəfdaşlıq

Nazirlikdən getdikdən sonra Ələkbərovun adı ictimai sferadan demək olar ki, silindi. Amma Ələkbərovun xarici ölkələrlə – xüsusilə də Dubayla sıx əlaqələri sonradan onun fəaliyyət dairəsinə daha qlobal xarakter verdi. Mətbuatın yazdığına görə, o, müəyyən dövrdə Dubayda yaşayaraq orada həm şəxsi biznesini inkişaf etdirdi, həm də Azərbaycanın bəzi oliqarxlarına konsaltinq xidmətləri göstərdi. Bu isə onun Azərbaycan iqtisadi dairələrindəki nüfuzunun hələ də qalmaqda olduğunu göstərirdi.

Lakin eyni zamanda, bu proses “İmprotex”in Azərbaycandakı fəaliyyətində müəyyən boşluqlara səbəb oldu. Şirkətin bəzi qolları – məsələn, “İmair” aviaşirkəti və “İmprotex Aqrotexservis” MMC-nin ləğvi – maliyyə və idarəçilik problemlərinin baş qaldırdığını göstərirdi. Bir dövrün dominant biznes aktoru olan bu qrupun bəzi sahələrdə zəiflədiyi aydın görünürdü.

Bununla belə, Ələkbərovun biznes imperiyası, xüsusən də “İmprotex Motors”, Azərbaycanda BMW və MAN avtomobillərinin yeganə rəsmi idxalçısı olmaqla bazarda inhisarçı mövqeyini qoruyub saxlayır. Bu, həm ona dövlətlə iri müqavilələr bağlamağa imkan verir, həm də bazarda rəqabəti azaldır. Bu kimi hallarda qiymətlərin süni şəkildə yüksək saxlanılması, alternativ təchizatçıların sıxışdırılması və qeyri-şəffaf ticarət praktikasına dair suallar yaranır.

Bununla belə, “İmprotex”in son illərdə “Araz Vadisi” sənaye zonasında işğaldan azad olunmuş ərazilər üçün texnika istehsalına başlaması, xüsusilə minatəmizləyici və yanğınsöndürmə maşınlarının istehsalı, sosial baxımdan önəmli addım kimi görünür. Bu, həm də Ələkbərovun dövlətlə əlaqələrini hələ də saxladığını və iqtisadi layihələrə adaptasiya qabiliyyətini itirmədiyini göstərir.

Ələkbərov modeli – sabitlik və manevr bacarığının sintezi

Füzuli Ələkbərovun portretini tamamlayan ən əsas cizgi isə onun emosiyasız, lakin strateji susqunluğudur. O, çıxışlar etmir, müsahibə vermir, ictimai debatlara qatılmır. Amma həm yerli, həm də xarici dairələrdə onun adı çəkiləndə “güclü, amma səssiz” fiqur olaraq xatırlanır.

Ələkbərov təkcə “sabiq nazir” və ya “iş adamı” deyildir. O, Azərbaycandakı oliqarx-məmur modelinin canlı portretidir – oliqarxiya sisteminin içindən çıxan və sonrakı dəyişikliklərə çevik uyğunlaşan bir fiqur.

Məhz bu bacarığına görə Füzuli Ələkbərov biznesdən siyasətə, ordan yenidən biznesə dönən və hər mərhələdə ayaqda qala bilən azsaylı şəxslərdəndir. Bu, nə yalnız şəxsi bacarıq, nə də sadəcə əlaqələrlə izah oluna bilər. Bu, Ələkbərovun hər dövrdə öz gücünü - "biznes imperiyasını" qorumaq üçün özünəməxsus bir model ortaya qoyduğunu göstərir.  Elə bir model ki, hətta Eldar Mahmidov belə ona toxuna biməmişdi... 

Belə görünür ki, cənab Ələkbərov bürokratik sistemin içində olmaqla onu anlamağı, ona uyğun davranmağı və ona toxunmadan təsir etməyi öyrənib.

Rasim Əlyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri