Icma.az
close
up
RU
Siyasi şərhçi: Sülh müqaviləsinin bağlanması istiqamətində daha bir baryer aradan qalxdı

Siyasi şərhçi: Sülh müqaviləsinin bağlanması istiqamətində daha bir baryer aradan qalxdı

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

ATƏT Nazirlər Şurasının sentyabrın 1-də Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qəbul etdiyi qərar tarixi ədalətin bərpa olunmasının məntiqi nəticəsidir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, haqsızlığı öz gücü hesabına aradan qaldırması Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu reallıqlarda ədalətsiz mövqelərə və vaxtı çoxdan keçmiş institutlara yer yoxdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, Minsk qrupu münaqişənin həlli üçün beynəlxalq platforma rolunu oynamalı olduğu halda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini BMT-nin qətnamələrini əsas götürərək tələb etmək əvəzinə, əksinə, ədalətsiz bəyanatlar verirdi: “Onlar hətta Azərbaycan torpağını - ordumuzla separatçılar arasındakı məsafəni “No man’s area” kimi təqdim etməyə çalışırdılar. Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyünə qarşı bu cür kobud yanaşma nümayiş etdirən qurum 30 il vasitəçi adı altında fəaliyyət göstərib”.

Ü.Zülfiqar qeyd edib ki, Minsk Prosesinin bağlanması beynəlxalq ictimaiyyətin regionda yaranmış reallığı qəbul etməsinin bariz göstəricisidir. Bu, eyni zamanda, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən son görüşdə əldə olunmuş razılaşmaların praktik icrasını da əks etdirir.

“Qərarda ATƏT çərçivəsində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vaxtilə qəbul edilmiş bütün sənədlərin etibarsız elan olunması xüsusi diqqət çəkir. Bu addım Azərbaycanın mövqeyinin hər zaman hüquqi və siyasi baxımdan haqlı olmasının növbəti sübutudur”, – deyə siyasi şərhçi vurğulayıb.

Onun fikrincə, bu qərar Azərbaycan diplomatiyası üçün növbəti mühüm nailiyyətdir: “Çünki uzun illər ərzində bəzi beynəlxalq dairələr Minsk qrupunun fəaliyyətini davam etdirmək və münaqişəni açıq saxlamaq üçün cəhdlər göstərirdilər. Lakin Azərbaycanın qətiyyətli mövqeyi, beynəlxalq hüquqa əsaslanan prinsipləri və sabitlik gündəliyi bu cəhdlərin qarşısını aldı. ATƏT Nazirlər Şurasının qərarı da məhz bu reallığın təsdiqidir”.

Ü.Zülfiqar əlavə edib ki, ATƏT institutlarının bağlanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm psixoloji və siyasi baryerlərdən birinin aradan qalxması deməkdir: “Azərbaycan bir daha nümayiş etdirdi ki, regionda uzunmüddətli sülh və təhlükəsizlik yalnız faktiki vəziyyətin qəbul edilməsi, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri