Icma.az
close
up
RU
SOCAR Towerdə müasir elektrik doldurma məntəqəsi istifadəyə verilib Xəbər saytı Son xəbərlər və Hadisələr

SOCAR Towerdə müasir elektrik doldurma məntəqəsi istifadəyə verilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, SOCAR-ın Baş ofisinin inzibati binasının ("SOCAR Tower") yeraltı avtomobil dayanacağında elektrik və "plug-in hybrid" nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.

Yeni EDM-də 22 kW-lıq və 60 kW-lıq güclə təchiz olunan elektrik doldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq, bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və "yaşıl enerji" təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.

SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə "SOCAR Tower"in əsas girişinin yaxınlığında 60 kW-lıq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs, təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.

SOCAR-ın bu layihəsi ətraf mühitin qorunmasına və davamlı enerji mənbələrinə keçidə yönəlmiş strateji addımlarından biridir və şirkətin ekoloji məsuliyyətini ön planda tutan yanaşmasını bir daha təsdiqləyir.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see197

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see187

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see183

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see135

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see133

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see126

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri