Icma.az
close
up
RU
ŞOK! Bu içkilər SONSUZLUQ YARADIR DƏHŞƏTLİ FAKTLAR

ŞOK! Bu içkilər SONSUZLUQ YARADIR DƏHŞƏTLİ FAKTLAR

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekspert deyir ki, onları bazardan çıxarmaq çətin olur, çünki böyük vergi ödəyicilərinə çevriliblər

“Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır”.

Bunu deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

“Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik. Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənmişlik sindromu özünü büruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genofondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”, – deyə millət vəkili bildirib.

Bu içkilərin xüsusən də gənclər arasında populyar olduğunu nəzərə alsaq, deputatın təklifi qanuniləşə bilərmi?

Qeyd edək ki, enerji içkiləri yüksək miqdarda kofein, şəkər və digər stimullaşdırıcı maddələr (taurin, guarana, B qrup vitaminləri və s.) ehtiva etdiyi üçün sağlamlıq üçün ciddi risklər daşıyır. Onların insan orqanizminə təsiri əsasən istehlak miqdarından və fərdin sağlamlıq vəziyyətindən asılıdır.

Bu içkilərin əsas təhlükələrindən biri ürək-damar sisteminə vurduğu zərərdir. Yüksək kofein təzyiqi artırır, ürək döyüntüsünü sürətləndirir və aritmiya yarada bilər. Davamlı istifadə infarkt və insult riskini yüksəldir. Bununla yanaşı, enerji içkiləri sinir sistemini həddindən artıq stimullaşdıraraq yuxusuzluq, əsəbilik və depressiyaya səbəb ola bilər. Yeniyetmələrdə və uşaqlarda isə hiperaktivlik və diqqət çatışmazlığı yarada bilər. Enerji içkilərindəki yüksək şəkər miqdarı piylənmə və şəkərli diabet riskini artırır. Bəzi araşdırmalar onların hormon balansına təsir edərək reproduktiv sistemə zərər verə biləcəyini göstərir. Bundan əlavə, bu içkilərdə olan süni qatqılar və yüksək kofein böyrəkləri və qaraciyəri yükləyərək müxtəlif xəstəliklərə səbəb ola bilər. Davamlı istifadə enerji içkilərindən asılılıq yarada bilər. Orqanizm kofeinə öyrəşdiyi üçün insan zamanla daha çox qəbul etməyə ehtiyac duyur ki, bu da sağlamlığa mənfi təsir göstərir. Xüsusilə hamilə qadınlar, yeniyetmələr, ürək xəstəlikləri və yüksək təzyiqi olan şəxslər, eləcə də şəkərli diabetdən əziyyət çəkən insanlar üçün bu içkilər daha təhlükəlidir. Bir çox ölkədə enerji içkilərinin uşaqlara satışı məhdudlaşdırılıb. Azərbaycanda da bəzi tənzimləmələr mövcuddur, lakin bu içkilər hələ də geniş yayılıb. Nəzarətsiz istehlak sağlamlığa ciddi təsir göstərə bilər. Əgər istifadə edirsinizsə, miqdarına diqqət etmək və alternativ, daha sağlam içkilərə üstünlük vermək tövsiyə olunur.

Səhiyyə təşkilatları da enerji içkilərinin zərərləri ilə bağlı müxtəlif açıqlamalar veriblər və bu içkilərin həddindən artıq istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığını bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) enerji içkilərinin tərkibində olan yüksək kofein və şəkərin ürək-damar sistemi, sinir sistemi və maddələr mübadiləsinə mənfi təsir etdiyini vurğulayıb. ÜST-nin hesabatlarına görə, enerji içkiləri xüsusilə uşaqlar, yeniyetmələr, hamilə qadınlar və ürək problemləri olan şəxslər üçün təhlükəlidir. Təşkilat bəzi ölkələrdə bu içkilərin satışı ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsini tövsiyə edib.

Amerika Ürək Assosiasiyası (AHA) bildirir ki, enerji içkilərinin tərkibində olan kofein və digər stimullaşdırıcı maddələr qan təzyiqini artıraraq ürək xəstəlikləri riskini yüksəldir. Xüsusilə yeniyetmələrin və gənclərin bu içkiləri alkoqolla birlikdə istehlak etməsi riskləri daha da artırır.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) enerji içkilərindəki yüksək kofein miqdarının gənclərdə asılılıq yaradaraq uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcəyini açıqlayıb. EFSA enerji içkilərinin yuxu rejimini pozduğunu və konsentrasiyanı zəiflətdiyini bildirir.

Harvard Tibb Məktəbinin araşdırmaları enerji içkilərinin qısa müddətli enerji verdiyini, lakin uzun müddətdə yorğunluğu artırdığını və metabolik problemlərə səbəb olduğunu göstərir. Həkimlər enerji içkilərinin şəkərli diabet, piylənmə və hətta sonsuzluq riski yarada biləcəyini bildirirlər.

Bəzi ölkələrdə həkimlər və səhiyyə təşkilatlarının tövsiyələri əsasında enerji içkilərinin satışı ilə bağlı ciddi məhdudiyyətlər qoyulub. Məsələn, Litva və Latviyada 18 yaşdan kiçik şəxslərə enerji içkilərinin satışı qadağandır.

Azərbaycanda da enerji içkiləri ilə bağlı bəzi tənzimləmələr var, lakin həkimlər və ekspertlər bu içkilərin xüsusilə gənclər arasında geniş yayılmasının sağlamlıq üçün təhlükə yaratdığını vurğulayırlar. Bu səbəbdən də bir çox mütəxəssis enerji içkilərinin istehlakına ciddi nəzarət olunmasını və maarifləndirmə tədbirlərinin gücləndirilməsini tövsiyə edir.

Eyyub Hüseynov

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Hikmət Babaoğlunun fikirləri ilə tamamilə razıyam. Həmin müzakirədə mən də iştirak edirdim. Ombudsmanın 101 səhifəlik hesabatında bir kəlmə də olsun, “istehlakçı” sözü yox idi. Mən orada əlavə olaraq xatırlatdım ki, bir adamın eyvanından kərpic düşəndə bu, insan hüquqları məsələsi sayılır. Hesabatda qeyd olunur ki, müəllim şagirddən cavab ala bilmir, bu da insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Bu kimi çox misallar var.

Lakin mən bildirdim ki, son 10 gün ərzində 18 nəfər qida zəhərlənməsi səbəbindən həyatını itirib. İstehlakçı hüquqları sahəsində ciddi problemlər mövcuddur. Saxta avtomobil hissələri çox sayda qəzalara səbəb olur və nəticədə xeyli insan zərər çəkir. Eləcə də saxta və mürəkkəb texniki cihazlar insanların sosial hüquqlarını pozur.

Enerji içkilərinə toxunuldu. Yaxşı haldır ki, üç il öncə AQTA enerji içkilərinin tərkibində olan öyrədici maddələrin maksimal həddini müəyyən etdi. Artıq Azərbaycana gətirilən enerji içkilərində bu həddə əməl edilir. Lakin enerji içkiləri ilə yanaşı, “Coca-Cola”, “Pepsi” və digər qazlı içkilər də sağlamlıq üçün risklidir. Bununla belə, bu kimi şirkətlərin hansı ölkədə işə başladıqlarını nəzərə alsaq, onları bazardan çıxarmaq çətin olur, çünki böyük vergi ödəyicilərinə çevrilirlər.

Məsələn, dünyada ən böyük KFC şəbəkəsi Azərbaycanda yerləşir – Sabunçudadır. Bu, fəxr ediləsi bir məsələ deyil. AQTA yalnız qida təhlükəsizliyini təmin edir, lakin keyfiyyət məsələsi kənarda qalır”.

Yeni Müsavat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri