SON DƏQİQƏ: Türkiyənin tanınmış klubunun baş məşqçisi öldürüldü FOTO
Icma.az, Manset saytına istinadən bildirir.
TFF 3. Liqasında çıxış edən "Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Aka, Çorlu şəhərində silahlı hücuma məruz qalaraq dünyasını dəyişib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, Tekirdağ əyalətinin Çorlu rayonunun Mühittin məhəlləsində, Adnan Kahveci küçəsində baş verib. Məlumata görə, Ersin Aka həmin küçədə yürüdüyü zaman kimliyi hələlik müəyyən olunmayan bir şəxs tərəfindən tapança ilə vurulub və ağır yaralanıb. Hücumdan sonra hücum edən şəxs sürətlə qaçaraq izini itirib.
Ətrafdakı vətəndaşların verdiyi məlumat əsasında hadisə yerinə təcili tibbi yardım komandası göndərilib. Aka, Çorlu Dövlət Xəstəxanasına aparılsa da, tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Polis qüvvələri, cinayətin motivini araşdırmaq və şübhəli şəxsi tapmaq məqsədilə geniş miqyaslı istintaq işləri aparır. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Noyabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















