Icma.az
close
up
RU
Sözü imzasına bərabər Lider ŞƏRH

Sözü imzasına bərabər Lider ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız onilliklər boyu qəlbində gəzdirdiyi torpaq həsrətinə son qoydu. Yüz minlərlə keçmiş məcburi köçkün vətəndə qəribçilikdən qurtuldu. Milyonlarla soydaşımız və dünya azərbaycanlıları Zəfərin, qürurlu bir xalqın övladı olmağın sevincini yaşadı. Dövlətin bu böyük tarixi qələbəsinin, Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın fonunda müzəffər liderin xarakterini tamamlayan ən mühüm özəllik onun xalqla, sadə insanlarla qurduğu canlı, səmimi ünsiyyətdir. Yüz minlərlə insanı vətən nisgilindən qurtaran lider üçün hər bir vətəndaşın taleyi, onun sevinci və kədəri bütün zamanlarda ön plandadır. Nəhəng dövlət quruculuğu işlərinin, sıx diplomatik qrafikin arasında sadə insanların, xüsusilə uşaqların kiçik arzularına vaxt ayırmaq, onlara doğma bir insan kimi qucaq açmaq böyük mənəvi ucalıq və insani həssaslıq tələb edir. Məhz bu həssaslığın nəticəsidir ki, Qarabağa və Şərqi Zəngəzura səfərlər zamanı baş tutan görüşlər, sadəcə, rəsmi çərçivə ilə məhdudlaşmır, yaddaşlara həkk olunan duyğulu anlarla zənginləşir.
Yeri gəlmişkən, Xocavəndin Xanoba kəndində balaca Ayazın səmimi uşaq saflığı ilə istədiyi "KamAZ" arzusu qısa müddətdə gerçəkləşdi. Dövlət başçısının tapşırığı ilə bu yük avtomobili ailəyə təhvil verildi. Oxşar isti mənzərə bu günlərdə Şuşanın Kiçik Qaladərəsi kəndində də təkrarlandı. Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evinə getmiş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. Əsədovların qonağı olarkən balaca Gülərin xahişini diqqətsiz qoymayan dövlət başçısı bu günlərdə ailəyə yeni traktor hədiyyə etdi. Bir uşağın saf arzusuna verilən bu sürətli reaksiya, əslində, dövlətin hər bir vətəndaşının yaxından qayğısına qaldığının ən bariz sübutudur.
Xüsusilə qeyd etmək lazımdır ki, bir Prezident, Ali Baş Komandan və xalqının vətənpərvər oğlu olaraq İlham Əliyev hər zaman Azərbaycanın təəssübünü çəkib, bu uğurda dünya güclərinin qərəzli yanaşmaları ilə qarşılaşsa da, haqq yolundan dönməyib. Qarşıda duran ağır sınaqlara, keşməkeşli günlərə baxmayaraq, onun qətiyyəti və xalqına olan sevgisi bütün çətinlikləri üstələyib. Bu mübarizənin mərkəzində isə hər zaman böyük bir inam dayanıb. Qarabağ və Şərqi Zəngəzur mütləq azad olunacaq! Dövlət başçısı işğal illərində keçmiş məcburi köçkünlərin yanında olmağı, onların mənzil-məişət problemlərini həll etməyi özü üçün, sadəcə, bir vəzifə deyil, mənəvi borc saymışdı. Bayramlarda, özəl günlərdə, hətta adi vaxtlarda belə həmin insanlarla görüşmək, onların qayğıları ilə şəxsən maraqlanmaq bir ənənəyə çevrilmişdi. Bütün bu görüşlərdə verilən tək bir qəti vəd var idi: "Siz mütləq öz dədə-baba yurdlarınıza qayıdacaqsınız". Artıq o vəd gerçəkləşib. Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş edən qurucu lider tez-tez işğaldan azad olunmuş ərazilərə səfər edir, yeni bünövrələr qoyur, bərpaolunan kənd və şəhərlərimizin ilk sakinləri ilə görüşür. İndi həmin görüşlərdə daha vətən nisgili, torpaq həsrəti yoxdur. İndi o söhbətlərdə yalnız qürur, bir də öz yurduna qayıtmağın böyük bəxtəvərliyi yaşanır. İllərdir çəkilən həsrətin bitdiyi, mənəvi yaraların sarındığı bu anlar Prezidentlə xalq arasında tamamilə yeni, daha səmimi bir ünsiyyət mühiti yaradır. Dövlət başçısının hər bir kəndə, hər bir evə addım basması sakinlər üçün təkcə bir görüş deyil, həm də xilas və quruculuq müjdəsinin yenidən yaşanan sevincidir. Bu canlı və doğma bağ özünü bərpaolunan kəndlərimizə qayıdan sakinlərlə hər bir ünsiyyətdə aydın göstərir. 2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə keçirilən görüşdə olduğu kimi. Qarabağa növbəti səfəri zamanı Ballıca kəndində sakinlərlə görüşən və onlar üçün yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevlə keçmiş məcburi köçkünlər arasında səmimi söhbət əsnasında duyğulu anlar yaşandı. Yurdlarından zorla qovulmuş, faciələrə tuş gəlmiş, məcburi köçkün kimi maddi-mənəvi əzablarla üzləşmiş bu sakinlər onları xoşbəxt günlərə qovuşduran Xilaskar Lideri İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar. Yurd həsrətinə son qoyulan ballıcalılarla səmimi söhbət zamanı bir vətəndaşın "Ali Baş Komandan, "dəmir yumruq" buradadır" sözlərinə Prezidentin gülümsəyərək "Maşallah, sənin də yumruğun yaxşıdır" cavabını verməsi, rəsmiyyətdən uzaq, tamamilə xalqın içindən gələn o səmimi mühitin ən təbii ifadəsi idi. Bu, sadəcə, bir dialoq deyil, çətin günləri arxada qoymuş xalqla onun xilaskar lideri arasındakı mənəvi birliyin təzahürüdür.
Məlumdur ki, Dövlət yalnız xoş günlərdə deyil, kədərli anlarda da hər zaman vətəndaşının yanındadır. Ötən ilin 27 sentyabrında - Anım Günündə Gəncədə raket hücumu zamanı hər iki valideynini itirmiş balaca Nilay ilə Prezidentin əl-ələ addımlaması, eləcə də həmin günün ertəsi III MDB Oyunlarının açılışından öncə Gəncədə zərərçəkmiş uşaqlarla keçirilən görüş xalqın ağrısını öz ağrısı bilməyin, gələcəyə birlikdə, daha güclü addımlamağın rəmzinə çevrildi. İstər böyük zəfərlərin qazanılmasında, istər kədərli anların bölüşülməsində, istərsə də balaca bir uşağın arzusunun çin edilməsində eyni səmimiyyət özünü göstərir. Prezident İlham Əliyev üçün vətəndaşı dinləmək, onun yanında olmaq hər zaman öndə olan məsələdir. Məhz bu insani diqqət Prezident İlham Əliyevin liderlik xarakterini tamamlayan, onu xalqına daha da yaxınlaşdıran ən dəyərli keyfiyyətlərdəndir. Bütün bunların fonunda xalqın öz liderinə olan bu qədər dərin sevgisi və ehtiramı təsadüfi deyil. Bu səmimi münasibət illər boyu addım-addım qazanılan böyük etimadın, verilən vədlərin tam doğrulmasının və ən çətin anlarda belə yumruq kimi bir olmanın parlaq təzahürüdür. Məhz bu tükənməz inamın və mənəvi birliyin məntiqi nəticəsidir ki, xalqımız hər zaman, xüsusilə də tarixi seçimlər qarşısında qalarkən öz gələcəyini, dövlətinin taleyini yekdilliklə Prezident İlham Əliyevə həvalə edir.
Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər, qurulan kəndlər, bərpaolunan şəhərlər nə qədər əzəmətlidirsə, insan qəlbinə toxunan o balaca arzuların çin edilməsi, körpə təbəssümləri və xalqla çiyin-çiyinə addımlamaq bir o qədər dəyərlidir.

Əliqaya Namazov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri