Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

“Spiegel”in yalanı təsdiq olundu TƏHLİL

“Spiegel”in yalanı təsdiq olundu TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Avropanın əksər dövlətləri azad, demokratik cəmiyyətləri təhdid altında saxlamaq üçün özlərindən düzüb-qoşub, dövriyəyə buraxdıqları şantaj və böhtan məlumatlarından geninə-boluna istifadə edirlər. Bu cür iyrənc fəaliyyətin Avropa mərkəzləri tərəfindən Azərbaycana qarşı daha çox istifadə olunduğunu müşahidə etmək mümkündür. Səbəbi də aydındır: Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə bəzi dövlətlərin himayə edib, bəslədikləri və özlərinin bir parçası hesab etdikləri Ermənistanın dizini yerə gətirərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Parlaq hərbi, siyasi, diplomatik qələbə ilə Azərbaycan təkcə Ermənistan ordusunu və Ermənistanın hakim rejimini məhv etmədi, həm də Avropanın Fransa, Almaniya, Niderland kimi dövlətlərini, eləcə də Rusiyanı, fars-molla rejimini məğlub etdi. Bundan sonra anladılar ki, Azərbaycanla güc yolu ilə danışmaq və nəyəsə nail olmaq mümkünsüzdür. Başladılar Azərbaycanı şantaj etməyə, haqqında beynəlxalq aləmdə mənfi imic formalaşdırmağa. Fransa hər addımda Azərbaycanla bağlı dövlət səviyyəsində böhtanlar səsləndirir, Ermənistana hərbi silah-sursat dəstəyini gücləndirməklə təhdid etməyə çalışır. Makron hakimiyyəti bu cür təxribatçı fəaliyyəti ilə Azərbaycan daxilidə gərginlik yaradacağına ümid edir. Halbuki, Azərbaycan cəmiyyəti Fransanın və digər dövlət rəhbərlərinin ulamalarının arxasında hansı məkrli siyasi maraqların dayandığını gözəl anlayır. Ona görə də, təxribatçı məlumatları qətiyyətlə rədd edirlər.

Fransa və Almaniya təhlükəli quruluşa çevrilirlər

Baş verənlərin fonunda Fransa və Almaniya Avropanın ən təhlükəli dövlətinə çevrilirlər. Xüsusilə də, Fransada oğurluq, qarətlər, insanlara qarşı qətliamlar kütləvi xarakter alır. Vəziyyətin son dərəcə dözülməz olmasından hiddətlənən Fransa əhalisi çıxış yolunu E.Makronun istefaya göndərilməsində görürlər. Makron isə xalqının tələbinə kütləvi həbslər, bəzi hallarda qətilərlə cavab versə də, insanlar təslim olmaq fikrində olmadıqlarını nümayiş etdirirlər. “Sarı jiletlər” hərəkatından sonra Fransanın yüz minlərlə uşaqları küçələr çıxaraq E.Makronun həbs edilməsi çağırışı ilə aksiyalar keçirirlər. Uşaqlarla hüquq -mühafizə orqanları arasında yaranan toqquşmalarda onlarla aksiya iştirakçısı yaralanıb, 12 nəfər isə həyatını itirib. Fransanın təhsil naziri Eduar Jefre “France 2” telekanalının efirində etiraf edib ki, ölkədə vəziyyət çox ağırdır. Onun sözlərinə görə, polislə toqquşmalarda 12 uşaq öldürülüb, 1200 uşaq isə yaralanıb: “Fransada məktəblilərin kütləvi etirazları zamanı 127 təhsil müəssisəsinə ciddi ziyan vurulub, bəzi məktəblər yandırılıb və qarət edilib. Polis tərəfindən 128 uşaq həbs olunub”.

Fransanın təhsil naziri Eduar Jefre elan edib ki, vəziyyət düzələnə qədər ölkənin təhsil ocaqlarında dərslər keçirilməyəcək.

Aksiyalar keçirən uşaqların qətiyyəti onu deməyə əsas verir ki, onlar E.Makronun həbsinə nail olana qədər məqsədlərindən əl çəkməyəcəklər. Məlumatlara görə, yaxın günlərdə Fransa əhalisinin mütləq əksəriyyəti uşaqlara dəstək məqsədi ilə küçələrə çıxacaqlar. Bu isə Fransanı xaos və anarxiya bürüyəcəyindən xəbər verir.

Eyni rüsvayçı vəziyyət Almaniyada da hökm sürür. F.Mertz hakimiyyəti nasizm təfəkkürünə, Hitlerin vəhşi siyasətinə uyğun olaraq daxili gərginliyi azaltmaq üçün sərhədlərdən kənarda özlərinə rəqib formalaşdırıb, ona qarşı mübarizə apardığını nümayiş etdirməyə çalışır. Yenə də, Mertz iqtidarı hədəf olaraq dünyanın əsas güc mərkəzlərindən olan Azərbaycanı seçib. Hitlerin nəvələri hər gün Azərbaycan haqqında şər və böhtanlar yayırlar. Bu dəfə isə daha gülməli və ironiya ilə qarşılan metoddan istifadə etməyə cəhd ediblər. Nasistlərin təxribat maşını olan “Spiegel” nəşri yazıb ki, guya Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Avqust Hanninq Azərbaycan kəşfiyyatı üçün analizlər hazırlamış ola bilər. Öz nasist düşüncələrinə uyğun olaraq nəşr iddia edir ki, istintaqçılar məxfi məlumatların ötürülüb-ötürülmədiyini araşdırırlar. Qeyd edilib ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.

Almaniya hakimiyyəti nasist yanaşmalarından əl çəkmir

“Spiegel”in məlumatına görə, casusluq şübhəsi ilə saxlanılan keçmiş BND rəhbəri Avqust Hanninqin Azərbaycan kəşfiyyatı ilə mümkün əlaqələrinə dair əlamətlər vardır. Hanninq dövlətə xəyanət məqsədilə casusluq, dövlətə xəyanətə cəhd və kəşfiyyat agenti fəaliyyəti şübhələri üzrə araşdırılır. Eyni zamanda keçmiş büro rəhbəri Manfred D. də saxlanılıb. İddialara görə, Manfred D. 2022-ci ilə qədər ödəniş müqabilində Hanninq üçün BND-dən minlərlə sənəd, o cümlədən məxfi materiallar əldə edib.

“Spiegel”yazır ki, Almaniya Federal Baş Prokurorluğu 80 yaşlı Hanninqi keçmiş büro rəhbəri Manfred D. vasitəsilə məxfi BND sənədləri əldə etməkdə ittiham edir. İstintaqçıların məlumatına görə, Hanninq bu sənədlərdən xarici kəşfiyyat xidmətinin əməkdaşı üçün nəzərdə tutulan analiz hazırlamaq məqsədilə istifadə edib.

İddialar ondan ibarətdir ki, Hanninqin Azərbaycanla isti əlaqələri mövcuddur. Belə ki, keçmiş BND rəhbəri Almaniya-Azərbaycan Forumunun idarə heyətinin üzvü olub. Məhz bu amili əsas gətirən Almaniyanın təxribat maşını hesab olunan “Spiegel” erməni lobbisinin sifarişlərinə və aldığı ödənişlərə əsasən qeyd edir ki, Hanninq Azərbaycana kəşfiyyata məlumatları ötürüb. Təbii ki, bu cür yalan və təxribat xarakterli yazı ondan xəbər verir ki, nəşr jurnalist etika qaydalarına və ədalətli mətbuat yayımı prinsiplərini ayaqlar altına atır.

Bu cür yersiz və gülməli məlumata haqlı olaraq, Azərbaycan xüsusi xidmət orqanları diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya Xarici İşlər Nazirliyinə öz etirazını bildirib.

Azərbaycanın Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.

Göründüyü kimi, Azərbaycana qarşı yalan, böhtan, təxribat xarakterli məlumatların tirajlanması, iyrənc fəaliyyətin göstərilməsi Almaniya hakimiyyətinin əsas siyasətinə çevrilib. Təbii olaraq belə bir dövlət siyasətini üzdəniraq dövlət məhvə məhkumdur. Yəqin ki, Hitlerin qurduğu dövlət öz qanında boğulacaq. Necə ki, Hitler dünyaya sahib olmaq istəyirdi, nəticədə özü ilə yanaşı Almaniya xalqını bu gün də davam edən fəlakət yaşatdı.

İ.ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri