Icma.az
close
up
RU
Strateji düşüncə, böyük zəhmət, diplomatik məharət Əhliman Əmiraslanov yazır

Strateji düşüncə, böyük zəhmət, diplomatik məharət Əhliman Əmiraslanov yazır

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Cənubi Qafqaz regionunda “yeni dünya düzəni” üçün rəmzi bir dönüş nöqtəsi, diplomatiya tariximizdə xüsusi bir hadisədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab  Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi. Əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq.

Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq. Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. Bu hadisə həm də Azərbaycanın növbəti böyük diplomatik zəfəridir. Başqa tərzdə desək, Azərbaycan Zəfərinin 5 illiyinə Diplomatik Zəfəri ilə adımmlayır. Bu, cənab prezident İlham Əliyevin addım-addım apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsidir, bir də ilahi ədalətin bərpası. Sülh müqaviləsinin paraflanması və növbəti mərhələlər Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Vaşinqton razılaşması çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Minsk Qrupunun ləğvi üçün ATƏT Baş Katibinə birgə müraciət edəcəklər.

Görüşün diqqət çəkən elementlərindən biri də nəqliyyat dəhlizinə — Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. ABŞ-ın təşəbbüsü ilə dəhlizin beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (qısaca TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər. Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan 907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərarı “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi. Bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər. Yeni əməkdaşlıq sahələri: enerji, nəqliyyat, ticarət, süni intellekt, enerji (xüsusən tranzit və boru layihələri), nəqliyyat infrastrukturu, sərmayə axını və rəqəmsal transformasiya, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq üçün işçi qrupları yaradılacaq.

Tərəflər arasında işçi qrupunun yaradılması üçün Anlaşma Memarandumu imzalandı. Bu, sülhün yalnız siyasi yox, həm də iqtisadi əsaslarla təmin olunmasına yönəlmiş addımdır. Vaşinqton sammiti regionda - Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə, yeni çoxsahəli əməkdaşlıq xətlərinin formalaşmasına uyğun zəmin yaradır. Cənubi Qafqazın iki ölkəsinin – Azərbaycan və Ermənistan liderlərinin məhz Vaşinqtonda və ABŞ prezidenti Trampın zəmanəti altında Sülh Sazişinin paraflanması, Üçtərəfli Birgə Bəyannamənin imzalanması bu böyük geopolitik uzlaşmanın əsas göstəricisi olmaqla yanaşı, ilk növbədə, Azərbaycanın 2020-ci ildəki Vətən Savaşı və 2023-cü ildəki antiterror əməliyyatlarıyla regionda dəyişdiyi reallıqların və əldə etdiyi nəticələrin artıq nəinki ABŞ, bütövlükdə Qərb dünyası tərəfindən də rəsmən qəbul edilməsi, legitimləşməsi və dünyanın gələcək siyasi xəritəsində əks olunacağı deməkdir! Bundan qabaq belə Üçtərəfli Bəyannamə regionda gedən geopolitik münaqişənin digər əsas iştirakçısı - Rusiya prezidenti Putinin iştirakıyla da imzalanmışdı!

Beləliklə, son 35 ildə Avropayla Asiyanı birləşdirən Cənubi Qafqaz körpüsünü nəzarət altına almaq istəyən hər iki güc mərkəzinin – Rusiya və ABŞ-ın liderlərinin imzaladığı sənədlərdə Azərbaycanın müharibəylə əldə etdiyi nəticələr rəsmən etiraf və qəbul olunur, eyni zamanda, sülhə zəmanətdə qarşıdakı dönəmdə hər iki ölkənin məsuliyyət daşıyacağını ortaya qoyur!

Bu, həqiqətən, Azərbaycan üçün çox böyük uğurdur və bu uğurun altında strateji düşüncə, böyük zəhmət, diplomatik məharət yatır! Vaşinqton mərasimi beynəlxalq medianın diqqət mərkəzində oldu və ciddi ictimai rezonans doğurdu. Əlbəttə, bu tarixi hadisə hamının maraq dairəsində ola bilməz. Təbii olaraq proseslərə müxtəlif don geyindirənlər də olacaq və qəbul etməyənlər də. Ancaq unutmayaq ki, regiona gələn yeni düzən artıq yola düşüb və geriyə yox, irəliyə addımlayır. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi sülh və təhlükəsizlik baxımından ABŞ-ın rolunu xüsusi qeyd edir, Donald Trampın sülhyaratma səylərinə görə Nobel mükafatı namizədliyi məsələsini də irəli sürdülər. 8 avqust hadisəsi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji qazancı kimi qiymətləndirilə bilər. Bu mərhələ Beynəlxalq diplomatiyada da yeni etibar və mövqe qazandırır.

İqtisadi əməkdaşlıq üçün yeni kanallar açır: investisiyalar, nəqliyyat marşrutları, enerji və rəqəmsal texnologiyalarda birgə layihələr və.s Bir sözlə, bu hadisə Azərbaycan üçün diplomatik və strateji dönüş oldu.

Akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri
Əhliman Əmiraslanov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see321

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see122

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see119

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see118

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

08 Avqust 2025 16:45see117

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see116

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see115

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see115

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see115

ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

07 Avqust 2025 20:35see114

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see113

Diş çürüməsinin qarşısını almağın təsirli yolu kəşf edilib

08 Avqust 2025 23:37see113

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

09 Avqust 2025 14:36see112

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see112

İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik ŞAHBAZ ŞƏRİF

09 Avqust 2025 09:04see111

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see111

Rusiyadan Vaşinqton görüşünə özünəməxsus reaksiya

07 Avqust 2025 20:25see111

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

09 Avqust 2025 15:09see111

Qara Qarayev: Məşqçinin mənə nə dediyini deyə bilmərəm

07 Avqust 2025 23:02see111

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri