Icma.az
close
up
RU
Strateji tərəfdaşlıq yeni mərhələdə

Strateji tərəfdaşlıq yeni mərhələdə

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı il martın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və səsləndirilən birgə bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm mərhələdir. Görüş zamanı tərəflər siyasi dialoqun genişləndirilməsi, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərini müzakirə edərək qarşılıqlı münasibətlərin strateji əhəmiyyətini bir daha vurğuladılar. Birgə mətbuat bəyanatında Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uzun illər ərzində qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirib və hazırda Avropa İttifaqının bir sıra üzv dövlətlərinə təbii qaz ixrac edir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və tərəflər enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verirlər. Enerji əməkdaşlığının əsas sütunlarından biri olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan ilə Avropa arasında strateji enerji körpüsü rolunu oynayır. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına nəql olunur və qitənin enerji mənbələrinin şaxələndirilməsinə əhəmiyyətli töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyi gözlənilir. Bu fakt Azərbaycanın qlobal enerji bazarında etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini bir daha təsdiq edir. Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, "Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq". Bu görüşdə həmçinin iqtisadi əməkdaşlığın digər istiqamətləri də diqqət mərkəzində olub. Tərəflər nəqliyyat, logistika, ticarət və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər. Xüsusilə Xəzər regionunun enerji və nəqliyyat imkanları Avropa üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə bu sahələrdə həyata keçirdiyi iri infrastruktur layihələri ilə regionun əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrilməkdədir. Bununla yanaşı, tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında yeni hərtərəfli əməkdaşlıq sənədinin hazırlanmasının da münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Bu sənəd siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və digər sahələrdə tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirəcək. Bakıda keçirilən bu görüş Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin davamlı inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq yalnız tərəflərin iqtisadi və enerji maraqlarına deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Avropa ilə əlaqələrini inkişaf etdirərək beynəlxalq əməkdaşlıq sistemində mühüm tərəfdaş kimi öz rolunu daha da gücləndirir.

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri