“TikTok“ öz istifadəçilərinə süni intellekt kontentini tənzimləmək imkanı verəcək
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"TikTok" sosial şəbəkəsi istifadəçilərinə onların lentlərində görünən və süni intellekt (Sİ) tərəfindən generasiya edilən kontentin həcmini tənzimləmək imkan yaradacaq.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "TikTok"un Mətbuat Xidməti yayıb.
Məlumata görə, sosial şəbəkə bir neçə həftə ərzində yeni funksiyanın sınaqlarına başlayacaq. İstifadəçilər neyron şəbəkələr vasitəsilə yaradılan və platformanın alqoritmləri tərəfindən təklif edilə biləcək materialların həcmini özləri tənzimləmək imkanı əldə edəcəklər. Bununla yanaşı, "TikTok" öz imkanları ilə generasiya edilmiş Sİ kontenti üçün "görünməz su nişanları" texnologiyasını tətbiq edir. Bu, materialın təkrar yüklənməsi və ya başqa proqramda redaktə edilməsi zamanı belə markalanmanın saxlanmasına kömək etməlidir. Məlumata görə, "TikTok" artıq 1.3 milyarddan çox buna bənzər videonu markalayıb.
Şirkət, həmçinin 2 milyon dollarlıq təhsil fondu yaradıb. Bu təşəbbüs çərçivəsində sahə mütəxəssisləri "TikTok"da Sİ-dən düzgün və təhlükəsiz istifadə haqqında materiallar hazırlayıb paylaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Noyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















