Icma.az
close
up
RU
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək YENİLİK

Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək YENİLİK

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar. Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar "potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meyilləri barədə məlumatlar yer alacaq. Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə "soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.

Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran "Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir. Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Sistem daim təkmilləşir.

Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür. Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir. Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə "Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral "Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı” ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.

Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki, bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.

Azərbaycanda da belə bir məlumat bazası, süni intellektə əsaslanan sistem yaradıla bilərmi? Effektli olarmı?

Avtosfer.az-ın məlumatına görə, "Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, son illər süni intellekt (Sİ) yalnız texnologiyanın deyil, həm də hüquq və etik müzakirələrin mərkəzində dayanır:

"Britaniyada hüquq-mühafizə orqanlarının ”potensial qətlləri və qurbanları" öncədən müəyyənləşdirmək üçün məlumat bazası hazırlaması bu tendensiyanın bariz nümunəsidir. Bu sistem, süni intellekt alqoritmləri vasitəsilə insanların keçmiş davranışlarına və sosial vəziyyətlərinə əsaslanaraq onların gələcəkdə zorakı cinayətə qarışma ehtimalını qiymətləndirir. Məlumata görə, layihə "Qətllərin proqnozlaşdırılması” adı ilə başlayıb, lakin daha neytral səslənsin deyə "Risklərin qiymətləndirilməsi üçün məlumat paylaşımı” formasına salınıb".

Natiq Ələsgərov deyib ki, layihə çərçivəsində psixi sağlamlıq pozuntuları, məişət zorakılığı, intihara meyllilik, antropometrik göstəricilər və digər şəxsi məlumatlar toplanır:

"Süni intellekt bu məlumatlar əsasında şəxsə aid risk dərəcəsi formalaşdırır. Burada məqsəd cinayət baş verməmiş, qarşısını almaqdır. Bəziləri üçün bu, təhlükənin qabaqlanmasıdır, digərləri üçün isə - şəxsi azadlıqlara təhdid kimi görünə bilər”.

Natiq Ələsgərovun sözlərinə görə bu sistemlə bağlı əsas tənqidlərdən biri şəxsin cinayət törətməmişdən əvvəl "cinayətkar” kimi qeydə alınmasıdır:

"Bu yanaşmanı destopik hesab edənlər də az deyil. Bu gün Britaniyada ”Statewatch" kimi təşkilatlar iddia edirlər ki, yüz minlərlə britaniyalı haqda şəxsi məlumatlar artıq polis orqanlarının əlindədir. Halbuki bu şəxslərin əksəriyyəti heç bir cinayət törətməyib. Hesab edirlər ki, burada "təqsirsizlik prezumpsiyası” prinsipi təhlükəyə düşür. Belə sistemlər istər-istəməz müəyyən sosial qruplara qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər. Azərbaycanda belə bir sistemin qurulmasının mümkünlüyünə gəlincə, ölkəmizdə belə bir məlumat bazasının yaradılması texniki baxımdan mümkündür. Ölkədə rəqəmsallaşma sürətlə gedir, süni intellekt sahəsində də ilkin addımlar atılır. Lakin bu cür sistemin tətbiqi üçün bir neçə ciddi məsələyə aydınlıq gətirilməlidir. Şəxsi məlumatların qorunması haqqında qanunvericilik belə məlumatların yığılması və istifadəsi üçün aydın çərçivə yaratmalıdır. Alqoritmlərin qərar vermə mexanizmləri şəffaf olmalı, insan hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Cəmiyyəti də buna hazırlamaq, belə sistemin tətbiqi barədə ictimai müzakirə açmaq, vətəndaşlar məlumatlandırmaq, maarifləndirmək də vacibdir".

Natiq Ələsgərov deyib ki, sistemə nəzarət edən, sui-istifadə hallarını araşdıran və ictimai hesabat təqdim edən bir qurum da yaradılsa, heç bir problem yaranmaz:

"Əgər bu cür sistemlər şəffaf, etik və hüquqi çərçivədə qurularsa, cinayətlərin qarşısının alınmasında faydalı ola bilər. Məsələn, məişət zorakılığı hallarını erkən müəyyənləşdirib müdaxilə etmək, intihara meylli şəxsləri zamanında yardımla təmin etmək mümkün ola bilər. Amma sistemin ”proqnozlaşdırıcı" xarakteri onu da göstərir ki, səhv ehtimallar və "etik xətalar” da qaçılmazdır. Süni intellektin hüquq-mühafizə orqanlarında istifadəsi, xüsusilə preventiv məqsədlə tətbiqi gələcəyin deyil, artıq bu günün reallığıdır. Lakin texnologiyanın imkanlarından istifadə edərkən insan hüquqları və azadlıqları unudulmamalıdır. Əks halda, texnologiya bizi qorumaq əvəzinə idarə etməyə başlayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Aprel 2025 04:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri