Icma.az
close
up
RU
Süni qiymət artımı nədir? İqtisadçı izah edir KONKRET

Süni qiymət artımı nədir? İqtisadçı izah edir KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay mövsümündə istirahət məkanlarında qida və içkilərin qiymətlərinin kəskin bahalaşması yenidən müzakirə mövzusuna çevrilib. Bəzi obyektlərdə yeməklər fərqli adlarla bir neçə dəfə baha qiymətə təklif olunur, hətta adi suyun qiyməti belə diqqət çəkən həddə çatır.

Bəs bu cür süni qiymət artımının qarşısını almaq mümkündürmü?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu, süni qiymət artımı deyil.

O qeyd edib ki, bu təbii, adi monopoliyaların qoyduğu qiymətlərdir: “Hansısa restoranın qoyduğu qiymət süni qiymət hesab edilmir. İstər qiyməti 100 qat baha qoysun. Süni qiymət bazar şərtləri əsasında formalaşmayan qiymətdir. Bazar şərtləri əsasında formalaşmayan qiyməti isə təbii inhisar subyektləri qoya bilir. Gedib bütün restoranlarla razılaşıb eyni adlı məhsulun adını dəyişib başqa qiymətə qoysalar, bu süni qiymət olar. Ancaq şəxsi restoranda qiyməti baha edirsə, bunun süni qiymət artımına aidiyyatı yoxdur. Tarif Şurasının qoyduğu qiymətlər süni qiymətlərdir. Dövlət idarələrinin təyin etdiyi, internetə qoyduğu süni qiymətdir. Həmçinin dəmiryolunun qatarlar üçün müəyyənləşdirdiyi süni qiymətdir. Bazarda başqa alternativ yoxdur… Monopolistdir və qiymət təyin edir. Həmin restoranın qiyməti xoşumuza gəlmirsə, həmin yerə getməyə məcbur deyilik ki… Ona görə də bazar iqtisadiyyatıdır. Sahibkar olaraq məhsuluna istədiyi qiyməti qoya bilər. Əgər monopolist deyilsinizsə, razılaşdırılmış şəkildə digərləri ilə birgə şaquli, üfüqi sazişlər bağlamamısınız, uyğunlaşdırılmış qiyməti digərləri ilə  birlikdə həyata keçirmirsinizsə, süni qiymət deyil və dövlətin sahibkarın qiymət təyin etməsinə müdaxilə etməsi mümkün deyil, qanunsuzdur”.

İqtisadçının sözlərinə görə, bir məkanda süni qiymət artımı hesab edilirsə, qarşısını almaq istənilirsə, həmin məkana gedilməməlidir: “Başqalarına da qiymətini baha olduğunu deyərək digərlərini də çəkindirə bilərsiniz. Belə qiymətlər turist axınının azalması üçün səbəb deyil, ictimai bir təhlükəsi də yoxdur. Hansısa restoranın 7 manatlıq məhsulu 9 manata və ya daha baha satmasının heç bir təsiri yoxdur. Sahibkarla heç kimin işi ola bilməz. Sahibkar öz qiymətini özü təyin edir. Müştəriyə qiyməti əvvəlcədən deyirsə, müştəri də razı olursa, burada heç bir qanunsuzluq yoxdur və müştəri də pulunu ödəməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri