Icma.az
close
up
RU
Suriya məsələsində Türkiyənin təhlükəsizliyi də nəzərə alınmalıdır AÇIQLAMA

Suriya məsələsində Türkiyənin təhlükəsizliyi də nəzərə alınmalıdır AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail və Suriya arasında son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar baş tutub. "Axios" portalının məlumatına görə, Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə keçirilən görüşdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əl-Şeybani iştirak ediblər. Dörd saat davam edən danışıqlarda əsas məqsəd Suriyanın cənubunda gərginliyin azaldılması və atəşkəslə bağlı razılığa gəlmək olub.

İsrail və Suriyanın yüksək səviyyəli təmas qurması, xüsusilə ABŞ-nin vasitəçiliyi ilə baş tutması, Yaxın Şərqdə yeni diplomatik açılımın və ya "sakit diplomatiya" mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi? Bu prosesin arxasında duran strateji maraqlar nədir?

Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, bu, Suriya ilə İsrail rəsmiləri arasında son 25 ildə keçirilən üçüncü görüşdür:

"O görüşlərdən biri də Bakıda reallaşıb. Amma son hadisələr fonunda belə bir görüşün keçirilməsi, təbii ki, yeni Suriyanın qurulması üçün mühüm çağırışlar anlamına da gələ bilər. Burada yeni Suriya, yeni konstitusiya, ölkənin adının dəyişdirilməsi, Suriyada etnik, dini və məzhəbi azlıqların hüquqlarının qorunması kimi məsələlər nəzərdə tutulur.

Bundan başqa, Suriya ilə İsrail arasında Colan təpəlikləri problemi də var. 1967-ci ildən bu günə qədər bu ərazinin statusu dəqiq müəyyənləşdirilməyib. Colan təpələrinin İsrail ərazisi kimi tanınmasını yalnız Amerika Birləşmiş Ştatları qəbul edib. Odur ki, Suriya ilə İsrail arasında müzakirə olunacaq məsələlər az deyil.

Druzların və kürd etnik azlıqlarının milli və məzhəbi haqlarına dair məsələlərin də bu danışıqlarda gündəmə gəlməsi istisna deyil. Çünki İsrail həm druzların, həm də kürd etnik qrupunun müdafiəçisi, hətta müəyyən mənada "hamisi" rolunda çıxış edir. Son illər bu istiqamətdə rəsmi Təl-Əvivin fəaliyyəti xeyli artıb. Artıq bir neçə aydır ki, druzların yaşadığı bölgədə hökumət qüvvələri ilə bu qrupun silahlı, qanunsuz dəstələri arasında toqquşmalar baş verir. İsrail isə onları "müdafiə" adı altında Suriya ərazisinə raket zərbələri endirib və bu əraziləri bombalayıb. Bu, eyni zamanda İsrailin Suriyaya qarşı güc nümayişidir.

Hazırda Suriyada mövcud olan Əhməd Əl Şaraa hakimiyyətini ABŞ tanıyır. Hətta Donald Trampla Əl Şaraa arasında görüş də olub. Bu hakimiyyətin tanınması nəticəsində Suriyaya tətbiq olunan sanksiyalar ABŞ tərəfindən ləğv edilib. Bu isə o deməkdir ki, Əhməd Əl Şaraa Qərb tərəfindən qəbul edilən bir liderdir".

Politoloq qeyd etdi ki, ölkədə vəziyyətin normallaşdırılması, yaranmış gərginlikdən çıxış yollarının müəyyən olunması, müxtəlif təbəqələri təmsil edən qrupların hüquqlarının qorunması, ordunun yenidən qurulması, İslam təbliğatının və dini təsirin azaldılması, milli və etnik azlıqların hüquqlarının müdafiəsi, koalision və inklüziv hökumətin yaradılması kimi məsələlər tələb olunur.

"Hesab edirəm ki, həmin görüşdə bu məsələlər də müzakirə olunub və bu prosesin arxasında, əsasında Qərbin maraqları daha çox dayanır. Lakin region ölkələrinin, xüsusilə İsrailin təhlükəsizlik məsələsi də burada aparıcı ola bilər.

Əgər İsrailin təhlükəsizliyindən söhbət gedirsə, onda Türkiyənin təhlükəsizliyi məsələsi də nəzərə alınmalıdır. Çünki Suriya ilə Türkiyə arasında 900 kilometrdən çox sərhəd mövcuddur. Həmin sərhəd boyunca PKK terror qruplaşmasının silahlı dəstələri və onun Suriyadakı qolları olan YPG, PYD tərəfindən təsis edilən Suriya Demokratik Güclərinin (SDG) silahlı birləşmələri yerləşir.

Suriya tərəfindən bəyan olunan əsas məsələ isə ərazi bütövlüyü və suverenlikdir. Amerika Birləşmiş Ştatları da Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıqlayıb. Ölkədəki qanunsuz silahlı qruplaşmaların silahı dövlətə təhvil verməli olduqları və rəsmi silahlı qüvvələr tərkibində xidmət etmələri öncədən elan edilmişdi. SDG bu addımı atacaqlarını bildirsələr də, hələlik bu istiqamətdə real addımlar atılmayıb. Ola bilsin ki, həmin görüşdə bu məsələ də müzakirə olunub.

Strateji maraq təbii ki, yeni Suriyanın yaranması və qeyd olunan druzlar və kürd etnik qrupunun hüquqlarının müdafiəsi məsələsinin önə çıxarılmasıdır. Qeyd edək ki, oxşar hadisə bir vaxtlar İraqda da baş vermişdi. Orada problem ölkənin şimalında Kürd Muxtar Hökumətinin yaradılması ilə nəticələndi.

İndi Suriyada da həm kürdlər, həm də druzlar geniş səlahiyyətli muxtariyyət tələb edirlər və görünən odur ki, İsrail bu istəkləri dəstəkləyir. Lakin Suriyanın Prezidenti Əhməd Əl Şaraa ölkənin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığını bəyan edib. Buna görə də danışıqlar hələ ilkin mərhələdədir və yekun nəticələr barədə danışmaq tezdir. Amma strateji maraqlar, xüsusilə Yaxın Şərqdəki güc balansı baxımından Suriya məsələsi hələ uzun müddət regional və beynəlxalq siyasətin əsas gündəmlərindən biri olaraq qalacaq", - deyə Sədrəddin Soltan vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri