Icma.az
close
up
RU
Suya həsrət qalan çayımız... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Suya həsrət qalan çayımız... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlhamiyyə Rza, jurnalist:

- Xalq yazıçısı Anarın fotolarına baxanda elə təəssürat yaranır ki, qarşısındakını dinləmir, sanki yana baxır. Amma bu görüşümüz zamanı əmin oldum ki, nəinki dinləmir, hətta hər bir kəlməni önəmsəyir...  Bu isə, qarşısındakı insana xüsusi önəm verməsi deməkdir. Zəngilan Konqres mərkəzinin betondan tökülmüş kiçik, masaüstü maketini hədiyyə etməzdən öncə masasının üstündəki çoxsaylı əşyalara baxdım. Əksəriyyəti tarixə, klassik  ədəbiyyatımıza aid müxtəlif suvenir və şəkillər idi. Bir anlıq öz hədiyyəmi verməkdə tərəddüd elədim. Çünki nə məzmunca, nə də formaca bu yeni məkana heç uyğun gəlmirdi hədiyyəm. Birtəhər ürəklənib təqdim etdim. Təsəvvür edin, işğaldan azad edilmiş torpaqlarımızdakı böyük quruculuğun kiçik rəmzi modelini ayaq üstə qəbul etdi görkəmli yazıçımız və dedi ki, onu mütləq öz masasında, gözü önündə saxlayacaq. Onun yeni Azərbaycan quruculuğuna, gələcəyinə, dolayısı ilə mənim də bir hissəsi olduğum möhtəşəm quruculuq və böyük qayıdış layihəsinə verdiyi dəyərdən çox təsirləndim... Allah sizə cansağlığı versin, Anar müəllim!

Fərhad Mehdiyev, vəkil:

- İngiltərə Ali Məhkəməsi qərar verib ki, kişilərə "keçəl" sözünü demək cinsi qısnama sayılır. Ona görə cinsi qısnama sayıb ki, adətən kişilər keçəl olur.

Qəribə fakt da odur ki, bu qərarı verən 3 hakimin hamısı yaşlı və keçəl olub.

Lalə Əliyeva, jurnalist:

- Sıxıldım, oturduğum yerdə yumağa döndüm, gözlərim yaşardı. C.Cahangirovun az qala 60 il əvvəl bəstələdiyi mahnı elə bil məxsusi bu filmçün yaranıbmış. "Ana Küüür! Yaşaaaa, Küüür!.." Elegiya kimi səsləndi, ağı kimi... Gözucu ətrafıma baxanda gördüm ki, hamı kövrəlib. Kürün ilk qaynağından bir ovuc dupduru su içən Seyran (rejissor) çayın keçdiyi 1500 kilometrlik yolun hekayəsini elə incəliklə nəql elədi ki, qayıqla Kür boyu səyahətə çıxanların avarları yorğun, bezgin, tükənmiş çayın dibinə dəyəndə ürəyim düşdü.  "Can, can" dedim. Və deyəsən, səsim lal dinməz qaranlıq zalda aydın eşidildi. "Suya həsrət qalan çayımız..." Uzaq yol gələn, nadanlar gözündə gərəksiz olub çirkaba dönən, son mənzilinə - dəryaya əli çatmadan quruyub torpağa qarışan ruzi bərəkətimiz... Ana Kür... nə olar, "yaşa, yaşa, Kür... sənsən həyatım mənim, dərdim, dərmanım mənim..."

Düzü, festivalın bağlanışına gedəndə elə bildim ki, bədii filmə baxacağıq. Sənədli film imiş. Mətni çox olduğundan hətta sənədli televiziya filmi sayıla bilər.  Subyektiv kamera, sinxronlar və dron görüntüləri. Kürün keçdiyi bütün şəhər və kəndlərdə maraqlı obrazlarla tanışlıq. Bir vaxt yurdundan didərgin düşənlərin ağır xatirələri. Amma mənə görə, filmdə maraqlı kadrlardan, doğru müsahiblərdən, miqyaslarını indiyə qədər tam dərk etmədiyimiz ekoloji faciə ilə bağlı dərin araşdırmadan daha dəyərli bir şey var - Müəllifin hadisəyə münasibəti! Həyəcanı, heyrəti, pərtliyi, peşmançılığı - Tövbəsi! Bax bu yerdə doğma Kür çayı özü boyda metaforaya çevrilir. Kimin ürəyində nə nisgili varsa, su kimi aydınladıb üzə çıxarır.

"Keçmişimin, bu günümün aynasısan..."

Filmdən çıxanda kimsə dedi ki, Kürün bu hekayəsi milli kinonun halına bənzəyir. Gülümsədim. Seyranı qucaqlayıb təbrik edən rejissorlara, aktyorlara sarı baxdım. Hamısını yaxşı tanıyıram. Neçə illər əvvəl  çəkiliş meydanlarında onlardan müsahibələr almışam, ən xoşbəxt, guruldayan vaxtlarını və ən bədbəxt, lal axan, həvəsdən düşən günlərini görmüşəm...

Çox istərdim ki, Seyranın bu gün üçün olduqca vacib problemi gündəmə gətirən yeni filmi tezliklə aktuallığını itirsin. Ana Kür yenə köhnə, dəli dolu vaxtlarına qayıtsın.

Və Dədəm Qorquddan alıb hər gün təkrar təkrar söylədiyim duanı Allah qəbul etsin:

Qara dağlarımız yıxılmasın... Axar sularımız qurumasın... Kölgə verən ağaclarımız kəsilməsin... Ruhu tərtəmiz "bulaqlardan" su içən istedadlar cavankən qocalmasın...

Amin, Amin, min kərə Amin.

Amil Məmibəyli, rejissor:

- "Kür - çaylar anası" filmi sanki "National Geographic"in bizə daha yaxın, içdən olan bir versiyası idi. O içdən ki, özünəməxsus ştrixləri ilə seçilirdi, hekayəyə yerli nəfəs qatırdı. Filmdəki obrazlarla qısa-lakonik, amma çayın özü ilə uzun yolçuluq, zəhmət, o çətinliyin bütün təbəqələri ilə açıq-aşkar görünürdü. Yolçuluq boyunca Kürboyu təqdim olunan müxtəlif peşələr isə çayın insan taleləri ilə necə iç-içə olduğunu göstərərək Kürün məhz özünü əsas obraza çevirə bilmişdi.

Seyran, deyərdim ki, həmçinin, "Kür"ün indiki miskin, amma yenə də ümidli halını çox səliqəli təsvir etməyi bacarmışdır. Və bir sözlə, filmin sonunda sadəcə qeyd olunan bir fakt - Kürün 2020-ci ildə Xəzərə qovuşmaması - təkcə bir məlumat deyildi. Həmin anda şəxsən mənim tüklərim biz-biz durdu. Sadə görsənən bu cümlə filmin əsas mesajını, bütün hekayənin yükünü bir anın içində daha da aydınlaşdıra bildi. Alqışlar da məncə elə buna görə idi.

Aida Qasımova, professor:

- Dünən fakültəmizin daha bir gənci intihar edib. Birinci kurs tələbəsi. Səbəbi hələ məlum deyil. Bundan əvvəl də yazmışdım. Övladlarınıza "səndən adam olmaz" deməyin, onları depressiyaya salmayın.

Hər bir müəllim də tələbəyə valideyn kimi yanaşsın, dərdləri ilə maraqlansın.

İndiki tələbələr arasında xəstələr də olur. Həm fiziki, həm ruhi durumları xoşagələn deyil. İldən-ilə boy bacalaşır, gənclərimiz cılızlaşır, dərsləri qavramaq qabiliyyəti aşağı düşür (Yaxşı ki, qohum evliliyi qadağan edildi). Bəzi tələbələr normal qidalanmır. Aralarında pisliklərə meyli olanlar da var. Gələcəyə ümidləri çox azdır. Oxuyub yaxşı iş tapacaqlarına inanmırlar. Motivasiya yoxdur. Tez-tez "ehh" deyirlər.

Məncə, verilişlər də hazırlansın, intihara meyolli insanlara müraciət edilsin, onlara "özünü bu gün öldürmə" desinlər.

"Özünü bu gün öldürmə!"

Keçən il oxuduğum bir kitab bu sözlərlə başlayırdı...

Rafiq İsmayılov, naşir:

- İndicə oxudum ki, qədim Romada qladiator döyüşlərini təşkil edən, ölüm və ya əfv qərarını verən şəxsə editor deyirlərmiş. Görəsən, sonradan kitab redaktoruna editor demək hansı yumoristin ağlına gəlib?

Qulu Məhərrəmli, professor:

- Parlaq insanların yoxluğu zamanla daha çox hiss olunur. Unudulmaz ədəbiyyatçı, publisist, ictimai xadim və milli düşüncə adamı Mayis Əlizadə də o insanlardandır. Nə yaxşı ki qədirbilənlik var... Dünən Jalə Cəfərova Mayis bəy haqqında tərtib etdiyi kitabla və səmimiyyətlə yoğrulmuş videohekayəti ilə o parlaq şəxsiyyəti bir daha yada saldı...

Fərid Pərdəşünas, texnobloger:

- 3 gündür sosial mediada Qurban Qurbanov barədə tənqidləri oxuyuram. Düşünürəm ki, buna səbəb elə Qurbanovun özüdür. Bu, çox normaldır.

Q.Qurbanov özü söhbətləri bu səviyyəyə qaldırıb. Məncə, elə bu qədər tənqid də ona yaraşır. Təsəvvür edin, adamı tənqid edirik ki, "Çelsi"ni niyə məğlub edə bilmədin?", "Ayaks"a niyə son anda uduzdun?" və ya "İtaliya çempionuna qarşı niyə alternativ planın olmadı?"

Ölkəmizdə futbolun bu qədər danışılması və tələbat görməsi çox yaxşıdır.

Düşünürəm ki, Q.Qurbanov bu tənqidləri qəbul edəcək mental və peşəkar səviyyəyə sahibdir. Hansı dahi məşqçi tənqid olunmur ki? Çempionlar Liqasını qazanan məşqçiləri belə "yuyub-sərən" azarkeşlər var.

Təki biz həmişə Çempionlar Liqasında olaq, belə mübariz və güclü çıxış edək, elə həmişə də şikayət edək ki, "sən kimsən ki, "Real"la oyunda 3-lü müdafiə oynadırsan?"

Qurbanov elə adamdır ki, öz prinsipləri var və onu bundan döndərmək çətindir. Məsələn, növbəti oyunda Nəriman yenə ikinci hissədə meydana daxil ola bilər. Mənə görə, uğurlu insanları uğurlu edən məhz bu prinsipial addımlarıdır. Bu bəzən ciddi zərər verə, bəzən isə fantastik nəticələrə gətirib çıxara bilər. Təsəvvür edin, Nərimanın son dəqiqə qolu ilə mərhələ adlayırıq - "Ayntraxt"la oyunda.

Açığı, mən bunu təsəvvür edə bilmədim, amma siz yenə də edin. Bəlkə oldu.

Vüsal Məmmədov, jurnalist:

- İlon Mask deyir ki, gəldiyi son fikrə görə bir Yaradan olmalıdır, çünki "Kainat yoxdan var ola bilməz, nədənsə yaranmalı idi". Ən maraqlısı bundan sonra başlayır. Dinə görə Allah Kainatı məhz YOXDAN yaradıb. Çünki əldə olan materialdan nəyisə düzəltmək "yaratmaq" deyil. Dində iki termin işlədilir: ibda - yoxdan var etmək və inşa - mövcud olandan nəsə başqa, yeni bir şey düzəltmək. Elmə söykənən əksər ateistlər, o cümlədən mən həmişə Kainatın yoxdan yaranmadığını, əbədi və əzəli olduğunu, sadəcə, şəkildən-şəklə düşdüyünü düşünmüşük. Yoxdan yaranmaq termodinamikanın 1-ci qanununa ziddir: "Enerji itmir və yaranmır, sadəcə, şəkildən-şəklə düşür". Bir sözlə, dindarlar Kainatın məhz heçdən var edildiyini, ateistlər isə özündən əvvəlki nədənsə (kvant fluktuasiyalarından) yarandığını düşünürlər. Belə çıxır ki, Mask Kainatın yoxdan yaranmadığı fikrinə gəlməklə Yaradana inanmağa başladığını zənn edib, əslindəsə məhz indi həqiqi ateist olub. Nə bilim, özüm də çaşdım valla...

Simran Qədim, yazar:

- İlon Mask üç gün öncə müsahibə verib. Maskın toxunduğu əsas məqamların xülasəsi:

1. DOGE və hökumətə baxışı

Mask Hökumətin Səmərəliliyi Departamentində (DOGE) müəyyən uğurlar qazandıqlarını, xüsusilə yüz milyardlarla dollar dəyərində mənasız və avtomatik ödənişlərin qarşısını aldıqlarını deyir. Bununla belə, siyasi təzyiqlər və korrupsiya səbəbindən bu işi yenidən görməyəcəyini vurğulayır.

2. Süni zəka və gələcək

Maska görə, süni zəka və robototexnika bu sürətlə inkişaf etsə, gələcəkdə işləmək məcburiyyətində qalmayacağıq. Amma süni zəka onu narahat edir, hətta bu mövzuda kabuslar görür. Bununla belə, prosesi dayandırmağın artıq mümkün olmadığını bildirir.

3. Simulyasiya nəzəriyyəsi və "maraqlı qalmaq" ideyası

Maskə görə, kainat nədənsə yaranıb və insanlar Yaradıcı anlayışını fərqli adlarla ifadə edirlər. Əgər simulyasiya nəzəriyyəsi doğrudursa, darıxdırıcı "ssenari"lər dayandırılacaq. Bu baxımdan insanlıq yadplanetlilər üçün bir "netfliks serialı" ola bilər və yalnız maraqlı qaldığı müddətcə davam edər. Maskın fikrincə, bizim əsas məqsədimiz maraqlı qalmaqdır.

4. "Starship" və Mars missiyası

Mask "Starship"i tam təkrar istifadə edilə bilən ilk raket sistemi kimi qiymətləndirir, bunun tarixdə dönüş nöqtəsi olacağını düşünür. Marsa köçməyin son dərəcə təhlükəli və çətin olacağını bildirir.

5. Şəxsi baxışlar və iş üslubu

Mask gündə orta hesabla 6 saat yatdığını, irrasional qorxulardan uzaq durmağa çalışdığını deyir. Onun haqda ən böyük yanlış təsəvvürün "aqressiv rəhbər" imici olduğunu deyir. Əslində isə, missiya yönümlü komandalarla işlədiyini vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see206

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see123

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri