Icma.az
close
up
RU
Tahir Gözəl: Qarabağ meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq

Tahir Gözəl: Qarabağ meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.

Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) oyunu öncəsi komandanın mətbuat xidmətinə danışan klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib:

"Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan "Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur "Bodo Qlimt”ə (Norveç) qalib gələn "Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".

T.Gözəl qarşılaşmanı stadiondan canlı izləyə bilməyəciyini söyləyib:

"Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi "Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, azarkeşlərimiz Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi "Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Lion” görüşü saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see218

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see174

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see132

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see122

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see121

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri