Icma.az
close
up
RU
Tam taxıl çörəyi yeyəndə bədəninizdə nə baş verir? Mütəxəssis açıqladı

Tam taxıl çörəyi yeyəndə bədəninizdə nə baş verir? Mütəxəssis açıqladı

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tam taxıl çörəyi adi ağ çörəklə müqayisədə orqanizmə daha faydalı təsir göstərir. 

Qaynarinfo xəbər verir ki, diyetoloq Lindsi DeSoto "Health” nəşrində bu məhsulun sağlamlıq üçün əsas üstünlüklərini izah edib.

Bağırsaq sağlamlığı yaxşılaşa bilər

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bir dilim tam taxıllı buğda çörəyində təxminən 2,7 qram lif var ki, bu da gündəlik tələbatın təxminən 10%-ni təşkil edir. Lif həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edir. Eyni zamanda, faydalı bağırsaq bakteriyalarını qidalandıraraq immun sisteminə və hətta beyin funksiyalarına müsbət təsir göstərir.

Qanda şəkər səviyyəsi sabitləşə bilər

Tam taxıllı çörək qanda şəkərin kəskin artmasının qarşısını almağa kömək edir. Lif karbohidratların parçalanmasını yavaşladır və bu da şəkərin daha sabit səviyyədə qalmasını təmin edir. 2021-ci il araşdırmasına görə, 2-ci tip diabetli şəxslərdə belə çörəyin müntəzəm istifadəsi qan şəkəri göstəricilərini yaxşılaşdırıb.

Orqanizm üçün vacib qida maddələri təmin edir

Bu çörək növü yalnız liflə deyil, həm də müxtəlif vitamin və minerallarla zəngindir. Onun tərkibində B qrupu vitaminləri (tiamin, niasin, folat), maqnezium, fosfor, dəmir və selen mövcuddur. Bu maddələr enerji istehsalı, sümük və əzələ sağlamlığı, həmçinin immun sisteminin dəstəklənməsi üçün vacibdir.

Daha uzun müddət toxluq hissi yaradır

Liflə zəngin qidalar daha uzun müddət toxluq hissi verir. Bu isə iştahanın nəzarətdə saxlanmasına kömək edir. Araşdırmalar göstərir ki, tam taxıl məhsulları daha çox istifadə edən insanlar zamanla daha az çəki yığır.

İltihabı azalda bilər

Tam taxıl məhsulları orqanizmdə iltihab səviyyəsini azaltmağa kömək edir. Bu isə ürək xəstəlikləri və 2-ci tip diabet kimi xroniki xəstəliklərin riskinin azalması ilə əlaqələndirilir.

Ürək sağlamlığını dəstəkləyir

Tam taxıllı çörəkdəki lif "pis” xolesterin (LDL) səviyyəsini aşağı sala bilər. Bu isə ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əlavə, belə qidalar qan təzyiqi və qanda şəkər səviyyəsinin tənzimlənməsinə də kömək edir.

Necə düzgün seçim etməli

Dietoloq qeyd edir ki, bəzi çörəklər "tam taxıllı” adı ilə satılsa da, əslində rafinə edilmiş undan hazırlanır və az lif ehtiva edir. Buna görə məhsul seçərkən tərkib siyahısında ilk yerdə tam taxıllı unun göstərilməsinə diqqət etmək lazımdır. Həmçinin natrium (duz) miqdarı yüksək olan məhsullardan çəkinmək tövsiyə olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Aprel 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri