Icma.az
close
up
RU
Tanınmış aktivist Kemi Seba: Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəmləkəçiliyə qarşı mübarizəni daha da genişləndirməyi planlaşdırırıq MÜSAHİBƏ

Tanınmış aktivist Kemi Seba: Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəmləkəçiliyə qarşı mübarizəni daha da genişləndirməyi planlaşdırırıq MÜSAHİBƏ

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi fəal, jurnalist Kemi Sebanın APA-ya müsahibəsi

Dosye: Kemi Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində doğulub.

Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.

Fransanın müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə dənizaşırı ərazilərə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etdiyinə və pislədiyinə görə Fransanın “qara siyahı”sına salınıb. Fransa K. Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, istədiyinə nail olmadıqda isə onu Fransa vətəndaşlığından məhrum edib.

Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K. Sebaya diplomatik immunitet verib.

“URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan K. Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Onun “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.

- Siz uzun müddətdir, insan hüquqları fəalı kimi Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparırsınız. İstərdik ki, bu sahədə görülən işlərə qısa nəzər salaq.

- Son bir il ərzində kolonializmə qarşı qlobal səviyyədə geniş mübarizə başlayıb. Bu hərəkat xüsusilə Qvadelupe və digər dənizaşırı ölkələrdə daha geniş vüsət alıb. Çalışırıq ki, bu mübarizə sistemini Afrika qitəsinə də gətirək. Sahel Konfransı ölkələri arasında neokolonializmlə mübarizə hərəkatının fəal iştirakçılarından biri də Niger və Malidir. Bildiyiniz kimi, onlar uzunmüddətli mübarizədən sonra Fransa qoşunlarını öz suveren ərazilərindən çıxarmağa nail oldular. Biz Benin və Kamerunda da neokolonializmlə mübarizə sahəsində genişmiqyaslı işlər həyata keçirmişik. Kolonial ölkələr müstəmləkə şəraitində saxladıqları dövlətlərin enerji resurslarından geniş şəkildə istifadə etməyə çalışırlar. Son bir ildə xüsusilə Niger bu məsələdə aktiv fəaliyyəti ilə seçilir. Mən onu da qeyd etmək istəyirəm ki, biz Bakı Təşəbbüs Qrupunun da dəstəyi ilə müstəmləkə fəaliyyətinə qarşı mübarizəni gələcəkdə daha da genişləndirməyi nəzərdə tuturuq.

- 1960-cı ildə BMT müstəmləkə şəraitində yaşayan xalqlara müstəqillik verilməsini nəzərdə tutan sənəd qəbul edib. Lakin bu sənəd indiyə qədər icra olunmayıb. Həmin qətnamənin yerinə yetirilməməsi nə ilə əlaqədardır? BMT bu istiqamətdə öz qətnamələrinə etinasız yanaşır və onlara əməl olunmur. Bəzi qətnamələr isə dərhal yerinə yetirilir. Dünyanın bu ali qurumunun ikili standartlı yanaşmalarının səbəbi nədir?

- Fransanın insan hüquqlarına hörmət etmədiyi heç kimə sirr deyil. Çox təəssüf ki, qlobal aləmdə insan hüquqları coğrafi mövqeyə görə tətbiq olunur. Afrika coğrafi baxımdan çox uzaqda yerləşdiyi üçün Fransa buradakı müstəmləkələrində yaşayan insanların hüquqlarına yanaşmada unutqanlıq nümayiş etdirir. Bunun səbəbi isə ilk növbədə odur ki, Fransa müstəmləkə ərazilərinin enerji resurslarından daha çox faydalanmaq istəyir. O ki qaldı dünyada mövcud olan ikili standartlara, bayaq da qeyd etdiyim kimi, bunun səbəbi dünyada söz sahibi olan ölkələrin məhz Fransanın mövqeyini dəstəkləməsidir. Məncə, sizin qeyd etdiyiniz problemin kökünü məhz bu amildə axtarmaq lazımdır.

- Fransa kimi dövlətlər əsarətində saxladığı ölkələrin müstəqil olmasından, beynəlxalq hüququn subyektinə çevrilməsindən ehtiyat edir. Fikrinizcə, burada hansı siyasi-iqtisadi səbəblər var?

- Bizim yaşadığımız müstəmləkə sistemi ilk növbədə oliqarxlar üçün kifayət qədər əlverişlidir. Çünki belə olduqda onlar bizim bütün təbii sərvətlərimizdən istifadə edə bilir. Regionumuzda yaşanan vəziyyətin yeganə izahı budur.

- Müstəmləkə ərazilərində yaşayan xalqların hüquqlarının məhdudlaşdırılması fonunda həm sizin, həm də digər hüquq müdafiəçiləri tərəfindən beynəlxalq aləmdə qəbul olunan hansı hüquqi-siyasi mexanizmlərdən istifadə olunub? Bundan sonrakı addımlarınız nədən ibarət olacaq?

- Biz hazırda Fransa neokolonializmi ilə mübarizə aparırıq. Bu, bir müharibədir. İndiyədək bu müharibədə qalib gələ, Fransanı dizi üstə qoya bilməmişiksə, bunun səbəbi odur ki, həmin beynəlxalq təşkilatlarda fransız oliqarxların və Fransa tərəfdarlarının sayı çoxdur. Bizim qələbəmizə gedən tək yol birliyimizdən və beynəlxalq təşkilatlarda Fransanın təsirinin azaldılmasına nail olmaqdan keçir.

- İndiyədək Azərbaycan Bakı Təşəbbüs Qrupu vasitəsilə müstəmləkə şəraitində yaşayan xalqların səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir sıra addımlar atıb. Bu istiqamətdə daha effektiv nəticələrə çatmaq üçün görülməli olan tədbirlər nədən ibarətdir?

- Bizim, belə demək mümkündürsə, dünya turunun da məqsədi məhz sizin də qeyd etdiyiniz kimi, müstəmləkə şəraitində yaşayan xalqların səsini dünyaya çatdırmaqdır. Bununla həm də Fransa hakimiyyətinin müstəmləkəsində yaşayan xalqlara qarşı törətdiyi cinayətlər barədə daha geniş auditoriyanın məlumatlandırılmasına çalışırıq, həm də Fransız imperializmini tənqid edirik. Bu baxımdan Bakı bizə olduqca çox dəstək verir. Onu da deyim ki, bu dəstək, sadəcə, qarşılaşdığımız problemlərin media üzərindən işıqlandırılması ilə məhdudlaşmır. Azərbaycan hər cəhətdən bizim yanımızdadır.

- Müstəmləkəçi dövlətlər əsarətinə aldığı ərazilərdə daha da möhkəmlənmək, özünün avtokratik rejimini bərqərar etmək üçün zaman-zaman terror, urbisid, soyqırımı və digər qanunazidd vasitələrdən istifadə edir, bəşəri cinayətlər törədir. İstərdik ki, siz həm öz xalqınıza, həm də Fransa müstəmləkəsindən əziyyət çəkən digər xalqlara qarşı həyata keçirilən qanunsuzluqlarla bağlı fikirlərinizi ifadə edəsiniz.

- Fransa indiyədək Afrikada 100 milyondan çox insanın qətlini həyata keçirib. Hətta qul qismində gəmilərlə Fransaya aparılan müstəmləkə dövlətlərinin minlərlə vətəndaşının dənizə atılması ilə əlaqədar faktlar var. İnsanların sayı çox olduğundan həmin gəmilərdə yer çatışmazlığı problemi yaranırdı deyə, Fransa hakimiyyətinin onları müşayiət edən nümayəndələri çıxış yolunu minlərlə günahsız insanı dənizə atmaqda görürdü. Bütün bunlar kolonial cinayətin bir nümunəsidir. Daha sonra Fransa hakimiyyəti müstəmləkə dövlətlərində milyonlarla insanın güllələnərək öldürülməsinə səbəb olub. Hesab edirəm ki, Afrikada yerləşən fransız müstəmləkələri bütün bunları heç vaxt unutmamalıdır. Biz, ilk növbədə, baş verən hadisələrin unudulmasına imkan verməməliyik. İstər Fransa dövləti, istərsə də hakimiyyət tərəfindən bizə qarşı törədilmiş cinayətlərdən hər kəs xəbərdar olmalıdır. Çünki Afrikada indiyədək Fransa tərəfindən çox sayda cinayət törədilib. Məsələn, Kamerunda Fransa hakimiyyətinin həyata keçirdiyi soyqırımı nəticəsində 1 milyona yaxın insanın öldürülməsi ilə bağlı faktlar var. Fransanın törətdikləri təkcə bununla bitmir. Onlar bizi elm və təhsildən də uzaqlaşdırdılar.

- Sizcə müstəmləkə şəraitindəki ölkələrin müstəqillik uğrunda mübarizədə göstərdiyi səyləri yetərli saya bilərikmi? Bu istiqamətdəki cəhdlərin effektivliyi necə təmin olunmalıdır?

- Bu gün Afrikadakı gənclər arasında böyük bir oyanış müşahidə olunur. İnsanlar öz hüquqlarını tələb etməyə başlayıb. Düzdür, əvvəllər iqtidar Fransa tərəfindən təyin olunurdu, lakin hazırda biz bunu dəyişməyə çalışırıq. Bu məqsədlə Türkiyə, Rusiya, eləcə də Cənubi Amerika ölkələrində səfərlərdə olmuşuq. Səsimizi çatdırmaq üçün əlimizdən gələn hər şeyi etməyə çalışırıq.

- Azərbaycan artıq neçə ildir Fransa müstəmləkələrindən əziyyət çəkən ölkələrə dəstək göstərir. Bilirsiniz ki, Azərbaycan uzun müddət Ermənistanla müharibə şəraitində olub, 30 ildən artıq işğal dövrünü yaşayıb. 2020-ci ildə işğala son qoyub, həmin ərazilər üzərində suverenliyini bərpa edib. Azərbaycanın bu nümunəsi müstəmləkədən əziyyət çəkən ölkələr üçün örnək sayıla bilərmi?

- Azərbaycan bizimlə əməkdaşlıq edir, bizə həmişə dəstək olur. Azərbaycan öz torpaqlarını azad etdi, çünki bayaq da qeyd etdiyim kimi, bu, Azərbaycanın öz torpaqları idi. Bunun özü də bizim üçün bariz nümunə ola bilər, biz də bunun üçün çalışa bilərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see204

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see160

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see141

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see138

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see135

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri