Tanınmış azərbaycanlı onkoloq Tokioda Rixard Zorgenin məzarını ziyarət edib
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tanınmış onkopsixoloq həkim, Valiologiya və Inteqrativ Təbabət Mərkəzinin rəhbəri, Beynəlxalq Sistemologiya Akademiyasının müxbir üzvü İbrahim Əsədli bu günlərdə Yaponiyada keçirilən beynəlxalq elmi simpoziumda iştirak edib. Səs qəzeti GlobKom.İnfo saytına istinadən xəbər verir ki, o, Tokio şəhərindəki məzarlıqda əfsanəvi qəhrəman, dünya şöhrətli Sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin və onun silahdaşı Odzaki Hodzuminin məzarlarını ziyarət edib, qəbirlərin üzərinə gül dəstələri düzüb.
Yaponiyada olarkən bu şəxsi ziyarət etmək istəyənlər üçün məzarlığın yerləşdiyi ərazinin xəritəsi əlavə olunur. Zorgenin məzarı 10-cu kvartal, 10-cü çərgədə yerləşir.
Qeyd edək ki, Yaponiyada fəaliyyət göstərən, SSRİ rəhbərliyinə Böyük Vətən Müharibəsinin başlanacağı vaxtı əvvəlcədən dəqiqlikdə xəbər verən əfsanəvi kəşfiyyatçı Bakıda doğulub, böyüyüb.
Rixard Zorgenin şərəfinə onun doğulduğu şəhərdə- Bakıda abidə qoyulub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















