Tarix Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizdə türkologiya elminin tarixinə geniş və dərin nəzər salmaq üçün əlverişli imkanlar yaradıb.Tariximizə, mədəniyyətimizə və elmimizə dair yüz minlərlə artefaktın qorunduğu Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı məlumat verib. O qeyd edib ki, 1926-cı ilin fevralında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay təkcə həmin dövrün türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymayıb, həm də bu gün öz tarixi əhəmiyyətini qoruyub saxlayıb. Qurultay dövrün türkdilli xalqlarının qarşılıqlı ədəbi və elmi əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verib, türk xalqlarının elmi, mədəni və mənəvi tarixində fundamental əhəmiyyət kəsb edən hadisə kimi tarixə düşüb. Bu gün türk dövlətləri vahid mövqedən çıxış edir, ortaq dəyərlər və məqsədlər ətrafında birləşərək qlobal gücə çevrilməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 25 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















