Icma.az
close
up
RU
Tarixçi: 1918ci ildən sonra 11,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub

Tarixçi: 1918ci ildən sonra 11,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçüm ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusunda panel sessiyası keçirilib.

“Report” xəbər verir ki, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğunda baş tutan paneldə çıxış edən Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt ilk olaraq beynəlxalq hüququn özü ilə real dəyişiklik gətirməli olmasından söz açıb:

“İnsanların kimliyinin, tarixinin, mədəniyyətinin məhv edilməsinə reaksiya göstərilməlidir. Repatriasiya proqramları yaradılmalıdır ki, bunun əsasında dayanıqlı qayıdış prosesi həyata keçirilsin. Bununla yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinə daha çox dəstək göstərilməlidir. Çünki mədəni abidələrin qorunub-saxlanmasında onlar həmişə böyük rol oynayıblar. Azərbaycan beynəlxalq hüquqa və qarşılılı hörmətə əsaslanan təkliflərlə çıxış edir və dayanıqlı sülhün təmin olunmasında bunlar nəzərə alınmalıdır”.
Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess (Michael Reinhard Hess) isə tarixin gələcəyi müəyyən etməsindən danışıb:

“Tarix göstərir ki, müəyyən dövrlərdə minlərlə azərbaycanlı qanunsuz şəkildə öz yurdlarından qovulub. Ermənistanın qeyri-rəsmi və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Onlar Sovet təsisatlarından öz məqsədləri üçün istifadə ediblər. I Pyotr Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilmiş ərazilərində ermənilərin yerləşdirilməsi ilə bağlı qərar vermişdi və tarix boyu proses davam etdi. 1905-ci ildən ermənilər özü tarixdə yaradılmış metodları mərhələli şəkildə istifadə ediblər. Tarixçi olaraq bildirməliyəm ki, təkcə 1918-ci ildən sonra 1-1,5 milyon azərbaycanlı Ermənistan ərazisindən qovulub. Rəqəmlərdə müəyyən kiçik fərqlər ola bilər, çünki mənbələrdə rəqəmlər fərqli əks olunub. Bunlar onu deməyə əsas verir ki, Azərbaycanlılara qarşı 20-ci əsrdə ciddi şəkildə zorakılıq tətbiq olunub. Ermənilər Ermənistan ərazisində demoqrafik balansı Sovet gücündən istifadə edərək öz xeyirlərinə dəyişiblər. Tarixi biz unutmamalıyıq”.

Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxulia Osmanlı Türkiyəsində yaradılması uğursuzluğa düçar olan Ermənistan Cənubi Qafqazda uğurla dövlət kimi təsis edilib:
“Bu ölkə Gürcüstan və Azərbaycanın tarixi bölgələrindən yaradılıb. Lori bölgəsində gürcü əhalisi faktiki olaraq məhv edilmiş və ya qovulmuşdur. Eləcə də azərbaycanlılar tarixi Azərbaycan ərazisindən qovulub və yerlərinə ermənilər yerləşdirilib”.

ABŞ-nin Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov isə Ermənistanın emosional qərarlar qəbul etdiyini və Ermənistan hökumətinin bu səbəblə ciddi problemlərlə üzləşdiyini vurğulayıb:

“Ermənistan hökuməti sərbəst qərar qəbul edə bilmir. Çünki erməni diasporunun qərarlara ciddi təsiri var. Qafqazın çox mürəkkəb tarixi var, burada ciddi münaqişələr baş verib və 30 il əvvəl münaqişənin yeni mərhələsi başlayıb. Bu gün onlar regional əlaqələr barədə, Ermənistanı nəqliyyat qovşğına çevirmək barədə danışırlar, bəs bunu necə edəcəklər? Bunun üçün Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurulmalıdır. Amma bu istiqamətdə əsaslı addımlar atılmır. Şayiə yayılır ki, guya azərbaycanlılar Ermənistanı könüllü şəkildə tərk edib, ancaq reallıq budur ki, onlar qovulublar və geri qayıdışları təmin edilməlidir. Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası mövcuddur, normal əlaqələrin qurulması üçün bu, mütləq şəkildə dəyişdirilməlidir. Ermənistan bütün region üçün problem yaradır. Ermənistan inkişaf üçün Azərbaycanla qalıcı sülh imzalamalı və sonra da Türkiyə ilə əlaqələri normallaşdırmalıdır”.

MƏLUMAT YENİLƏNİR

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri