Tarixin ən böyük qızılca epidemiyası: Banqladeşdə xəstəxanalar dolub daşır
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Banqladeşdə hazırda dünyanın ən böyük qızılca epidemiyası müşahidə olunur.
Moderator.az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında dərc olunan açıqlamada bildirilib.
Məlumata görə, mart ayından bəri Banqladeşdə qızılcadan qaynaqlandığı ehtimal edilən və təsdiqlənmiş 999 ölüm halı qeydə alınıb ki, bu da tarixdə qeydə alınan ən genişmiqyaslı qızılca epidemiyasıdır.
Peyvəndləmə kampaniyasına baxmayaraq, xəstəliyə yoluxma halları zəif immunitet səbəbilə daha da şiddətlənir.
Təxminən 20 min yoluxma halı laboratoriyada təsdiqlənib və qızılca şübhəsi olan 146 mindən çox şəxs xəstəxanalara yerləşdirilib.
ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bunu dünyanın ən böyük qızılca epidemiyası adlandırıb.
Mütəxəssislər infeksiyanın yayılmasını 2024 və 2025-ci illərdə vaksinasiyada (peyvəndləmə) yaranan boşluqlarla əlaqələndirirlər.
Banqladeşdəki xəstəxanalar eyni zamanda həm qızılca epidemiyası, həm də dengeyə yoluxma hallarının artması səbəbindən ciddi yüklənmə altındadır. Bu il 45 mindən çox insan denge diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Denge qızdırmasından ölənlərin və xəstəxanaya yerləşdirilənlərin sayı gündəlik maksimuma çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Sentyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















