Icma.az
close
up
RU
​TAUN PANİKASI... Azərbaycana da keçə bilərmi? + AÇIQLAMA

​TAUN PANİKASI... Azərbaycana da keçə bilərmi? + AÇIQLAMA

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyada taun şübhəsi ilə bağlı xəstəxanaya yerləşdirilən şəxslərin olması yoluxucu xəstəliklərin sərhədlərarası yayılması riskini yenidən gündəmə gətirib. Xəstəliyin müalicəsində gecikmə ağır fəsadlara səbəb ola bildiyi üçün vaxtında aşkarlanma və profilaktik tədbirlər mühüm əhəmiyyət daşıyır. 

Taun xəstəliyi Rusiyadan Azərbaycana keçə bilərmi və xəstəliyin ölkələr arasında yayılma riski nə qədərdir? Xəstəlik hansı yollarla yayılır və insandan insana keçməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzunu “AzPolitika”ya şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, vəba təhlükəli infeksiyalar qrupuna aiddir. Bundan başqa, təbii çiçək və sarı qızdırma da bu qrupa daxildir. Sadəcə olaraq, “çuma” sözü rus dilindən çox vaxt “vəba” kimi tərcümə edilir. Bu, səhv tərcümədir. “Çuma” taun deməkdir.

Onun sözlərinə görə, taun başqa bir infeksiyadır. Bu, yersinia pestis bakteriyasının insan orqanizmində törətdiyi ağır xəstəlikdir: “Taun təbiətdə, təbii rezervuarlarda mövcud olan heyvan mənşəli infeksiyadır. Daha çox gəmiricilərdə, həmçinin dəvələrdə, dovşanlarda və digər heyvanlarda rast gəlinə bilər. Xəstəlik heyvanlardan insanlara müxtəlif yollarla keçir. Yoluxmuş heyvanların ifraz etdiyi aerozolun tənəffüs yollarına düşməsi və ya həmin heyvanlarda olan birələrin insanı dişləməsi nəticəsində yoluxma baş verə bilər. Yoluxmuş birə 8-10 insanı yoluxdura bilər”.

Professor xatırladıb ki, antibiotik erasına qədər taun milyonlarla insanın ölümünə səbəb olub və bəşəriyyətin tarixində dərin iz buraxmış təhlükəli pandemiyalardan biri sayılır. Tarix boyu taunla bağlı çoxsaylı pandemiyalar baş verib: “Onlardan üç böyük qlobal pandemiya xüsusi iz qoyub. Birinci pandemiya Yustinian taunu olub. Daha sonra yayılaraq təxminən 100 milyon insanın həyatına son qoyub. Taunun üç əsas forması var. Birinci forma bubon taunudur. “Bubon” sözü yunanca qasıq mənasını verir. Bu forma limfa düyünlərinin böyüməsi, şişməsi, irinləməsi və bəzi hallarda partlaması ilə müşayiət olunur. Limfa düyünlərinin hansı nahiyədə böyüməsi infeksiyanın orqanizmə daxil olduğu yerdən asılıdır. Bubon forma qədim dövrlərdə geniş yayılıb.

İkinci forma ağciyər taunudur. Bu forma hava-damcı yolu ilə yayıla bilər. Mikroorqanizmlər havaya düşdükdə insanın tənəffüs yollarına daxil olur və ağciyər forması yaranır. Bu, taun xəstəliyinin ən təhlükəli formalarından biridir. Yaxınlarda İrkutskda Taun Əleyhinə İnstitutun əməkdaşlarından biri məhz ağciyər taunundan dünyasını dəyişib. Üçüncü forma isə septik taunudur”.

A.Qeybulla əlavə edib ki, taun bioloji silah kimi də istifadə oluna bilər. Ayrı-ayrı ölkələrdə taun törədicisinin müəyyən kapsullarda saxlanılması və bioloji silah məqsədilə istifadə olunması ilə bağlı məlumatlar mövcuddur: “Yoluxmuş materialın xüsusi kapsullarda yayılması böyükmiqyaslı yoluxmaya və ciddi tələfata səbəb ola bilər. Ümumiyyətlə, hazırda baş verən hadisənin təxribat, yoxsa təsadüfi yoluxma olduğu tam aydın deyil. Bununla bağlı araşdırmaların nəticəsi gözlənilməlidir. Hər il taunla bağlı ölüm halları qeydə alınır. Bunun əsas səbəbi xəstəliyin təbii rezervuarlarının mövcudluğudur. Bu rezervuarlarda mütəmadi olaraq yoluxmalar baş verir. Məsələn, yaxın vaxtlarda Madaqaskarda da taunla bağlı yoluxma qeydə alınıb. Belə halların böyük əksəriyyəti vaxtında lokallaşdırılır. Çünki antibiotiklər mövcuddur və müasir tibbin bu xəstəliklə mübarizə aparmaq üçün imkanları var. Lakin xəstəlik pandemiya şəklində geniş yayılsa, təbii ki, itkilər çox ola bilər.

Sonda həkim taunun Azərbaycanda da mövcud olmasının mümkün olduğunu vurğulayıb: “Azərbaycan özü də taunun təbii rezervuarlarının mövcud olduğu ərazilər sırasına daxildir. Bu baxımdan xəstəliyin Azərbaycanda qeydə alınması real və mümkün haldır”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Oktyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri