Tbilisinin mərkəzindəki torpaq sahəsi 49 il müddətinə Azərbaycanın pulsuz istifadəsinə verilib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcü Arzusu hökumətinin sərəncamı ilə Vaxtanq Qorqasali küçəsində 69 kvadratmetrlik torpaq sahəsi Azərbaycan Respublikasının Tbilisidəki səfirliyinə pulsuz istifadə üçün verilib.
Oxu.Az Apsny.ge-yə istinadən xəbər verir ki, icarənin müddəti 49 ildir.
Sənəd iyulun 18-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb.
Sənəd üçün əsas Gürcüstanın "Dövlət əmlakı haqqında" Qanununun 36-cı maddəsinin 2-ci bəndi olub.
İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Əmlakı Milli Agentliyinə istifadə hüququnun verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmək tapşırılıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün paytaxtın Yasamal rayonunda, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















