Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

TDT nin kimlik və şərəf manifesti

TDT nin kimlik və şərəf manifesti

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Füzulidə türk qardaşlığının “töhfələr” poliqonu

Oktyabrın 7-də qədim Qəbələ torpağı Türk dünyasının ürəyinin vahid ritmlə döyündüyü tarixi anlara şahidlik etdi. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə iştirak edən ali qonaqların iştirakı ilə müasir texnologiyalar vasitəsilə zaman və məkan sərhədlərini aşan mənəvi körpü quruldu. Həmin gün Qəbələdən Qarabağın sinəsinə, işğaldan azad edilmiş qəhrəman Füzuli şəhərinə uzanan sarsılmaz qardaşlıq telləri ilə Türkmənistan tərəfindən inşa olunacaq möhtəşəm məscid kompleksinin təməli atıldı.

Təməlqoyma mərasimi, sadəcə, yeni ibadət ocağının inşasına başlanmasının texniki prosesi mahiyyətində qalmadı. Füzuli səmasında ucalacaq minarələr Allaha yönələn duaların məkanı olmaqla, həm də əsrlərin sınağından şərəflə çıxmış, Xəzərin hər iki sahilini mənəvi tellərlə birləşdirən qardaşlığın sönməz mayakı funksiyasını yerinə yetirəcək. Təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi möhtəşəm quruculuq missiyasının təkcə Azərbaycanın məsələsi olmadığını, bütöv Türk dünyasının ortaq şərəf və ləyaqət məsələsinə çevrildiyini bütün dünyaya bəyan edən tarixi manifestdir.

Füzuli şəhərində məhz Türkmənistanın töhfəsi ilə ucaldılacaq məscidin seçilməsi dərin simvolik məna qatları ilə zəngindir. Füzuli Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmış, eyni zamanda, erməni vandalizminin ən amansız şahidinə çevrilmiş şəhərdir. Otuz il ərzində hər daşına, hər qarış torpağına həsrət və iztirab hopmuş Füzulidə yenidən həyat cücərir. Məhz belə məkanda yeni məscidin inşası barbarlığa qarşı sivilizasiyanın, nifrətə qarşı sevginin, dağıntıya qarşı quruculuğun qətiyyətli cavabıdır ki, Azərbaycan torpaqlarında yenidən azan səsləri ucalacaq və həmin səslər bütün Türk–İslam aləminin həmrəyliyi ilə daha da güclənəcək.

Türkmənistanın mənəvi quruculuq missiyasında ön sırada yer alması iki xalqın tarixi taleyinin və etnik köklərinin nə qədər yaxın və dərin olduğunu göstərir. Eyni Oğuz boyundan gələn, dilləri, adət-ənənələri və mədəniyyətləri bir-birinə hopan azərbaycanlılar və türkmənlər üçün Füzulidəki məscid ortaq mənəvi evə çevriləcək. Ümumi sahəsi bir hektardan çox olan ərazidə salınacaq kompleksin memarlıq həlli də həmin birliyin fiziki təzahürü olacaq. Hündürlüyü 30 metrə çatacaq əsas günbəz və hər biri 40 metr olan qoşa minarə Azərbaycan və Mərkəzi Asiya memarlıq məktəblərinin ən gözəl elementlərini sintez edərək, Qarabağın yeni memarlıq palitrasına xüsusi çalar qatacaq. Eyni anda 500 nəfərin ibadət edə biləcəyi geniş zal, sadəcə, namaz qılmaq üçün məkan funksiyası daşımayacaq, həm də Füzuliyə qayıdacaq insanların toplaşacağı, mənəvi rahatlıq tapacağı və qardaş türkmən xalqının səmimi dostluğunu hər zaman hiss edəcəyi müqəddəs ocaq olacaq.

* * *

Füzulidə türkmən məscidinin təməlinin qoyulması, daha geniş geosiyasi və mədəni kontekstdə TDT-nin artan rolunun və Qarabağın bərpasının ümumtürk missiyasına çevrilməsinin parlaq təzahürüdür. Azərbaycanın tarixi Zəfəri ilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar TDT üçün yeni fəaliyyət üfüqləri açıb. Təşkilat artıq real iqtisadi və humanitar layihələr həyata keçirən güclü geosiyasi mərkəzə çevrilməkdədir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi TDT-nin yeni keyfiyyətini nümayiş etdirmək üçün ideal fürsət yaradıb. Qardaş ölkələr Azərbaycanın tək olmadığını, sevincinin və quruculuq əzminin bütün Türk dünyası tərəfindən paylaşıldığını əməli addımlarla sübut edirlər.

Türkmənistanın Qarabağa məscid hədiyyəsi ilə yanaşı, digər qardaş ölkələrin töhfələri manifestin ayrı-ayrı unudulmaz səhifələridir. Özbəkistanın Füzuli şəhərində dahi astronom və mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan modern məktəb inşa etməsi işğal altında məhv edilmiş təhsil ocaqlarının yerində elm və maarifçilik şamının yenidən alovlandırılmasının rəmzidir. Qazaxıstanın dahi bəstəkar Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzini tikməsi Qarabağ torpağında yenidən musiqinin, sənətin və uşaq gülüşünün bərqərar olmasının müjdəsidir. Qırğızıstanın Ağdam rayonunda qəhrəmanlıq dastanı Manasın adını daşıyacaq məktəb tikmək təşəbbüsü məğlubedilməz türk ruhunun və milli kimliyin dirçəlişinin simvoludur. Macarıstan kimi TDT-də müşahidəçi statusuna malik, lakin kökləri ilə Türk dünyasına bağlı Avropa ölkəsinin Cəbrayıl rayonunda məktəb binasının inşasına dəstək verməsi həmrəylik dairəsinin coğrafi və mədəni sərhədlərinin nə qədər geniş olduğunu göstərir. Və əlbəttə, qardaş Türkiyə şirkətlərinin Zəfərin ilk günündən etibarən Azərbaycanın yanında olması, yolların, körpülərin, tunellərin və digər strateji infrastrukturun inşasında fəal iştirakı, həmin quruculuq prosesinin lokomotivi rolunu oynaması “bir millət iki dövlət” reallığının meydandakı təcəssümüdür.

Təməlqoyma mərasiminin TDT-nin Zirvə görüşü çərçivəsində və bütün dövlət başçılarının virtual iştirakı ilə keçirilməsi hadisənin siyasi və diplomatik çəkisini daha da artırır. Bu format verilən mesajın ünvanının bütün dünya olduğunu göstərir. Mesaj isə aydın və birmənalıdır: Türk dünyası monolitdir, sarsılmazdır və üzvlərindən hər hansı birinin haqq işini, o cümlədən suveren ərazilərindəki quruculuq fəaliyyətini tam dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərinə verilən kollektiv dəstək, eyni zamanda, regionda sülhün və sabitliyin bərqərar olmasında Türk dünyasının maraqlı olduğunu nümayiş etdirir. Qardaş ölkələr Qarabağa təkcə sement, kərpic və ya maliyyə vəsaiti gətirmirlər. Onlar regiona sülh, sabitlik, inkişaf və ortaq rifah gələcəyinə inam gətirirlər. Məktəblər, mədəniyyət mərkəzləri və məscidlər uzunmüddətli sülhün və qonşuluğun ən etibarlı təməlləridir. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun şəxsi təşəbbüsü və dəstəyi ilə həyata keçirilən məscid layihəsi həm də iki ölkə liderləri arasında səmimi dostluq və qarşılıqlı etimad münasibətlərinin bariz nümunəsidir. Belə yüksək səviyyəli şəxsi münasibətlər dövlətlərarası əlaqələrin strateji dərinliyini təmin edən mühüm amillərdəndir.

Füzulidə təməli qoyulan yeni məscid kompleksi memarlıq möhtəşəmliyi və mənəvi dəyərindən qat-qat böyük tarixi və geosiyasi əhəmiyyətə malikdir. Həmin ibadətgah Azərbaycan torpağında ucaldılan, lakin kökləri Xəzərin o tayına, qardaş türkmən torpağına uzanan möhtəşəm dostluq çinarıdır. Eyni zamanda, məscid TDT-nin vahid mərkəz kimi fəaliyyət göstərməsinin, üzvlərinin Azərbaycanın haqq işinə verdiyi birmənalı dəstəyin və Qarabağın bərpasının ümumtürk missiyasına çevrilməsinin ən parlaq sübutudur. Məktəblər, yaradıcılıq mərkəzləri və məscidlərlə Qarabağın siması yenidən cızılır və həmin yeni simanın hər cizgisində bütün Türk dünyasının imzası var. Füzulidəki məscidin günbəzi altında edilən dualar, bütün Türk–İslam aləminin sülh, əmin-amanlıq və tərəqqisi üçün ediləcək, qoşa minarəsindən ucalan azan səsi Qarabağ səmasında əks-səda verəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri