TƏCİLİ! İranda “Xameneiyə ölüm” şüarları Rəhbərlik Rusiyaya qaçmağa hazırlaşır VİDEO KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
İranda vəziyyət daha da gərginləşir. Paytaxt Tehranda və digər şəhərlərdə əhali küçələrə axışaraq “Xameneiyə ölüm!” şüarları səsləndirir. Aksiya iştirakçıları ölkə rəhbərliyini müharibəyə görə ittiham edir və rejimin istefasını tələb edirlər.
KONKRET.az xəbər verir ki, Eyni zamanda, İranın müxalifət mediası Iran International yazır ki, Tehrandakı partlayışlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbərliyi tamamilə məhv edilib.
Mənbənin məlumatına görə, yüksək rütbəli İran rəsmiləri fövqəladə hallar üçün Rusiya ilə gizli danışıqlar aparırlar. Xüsusilə, Ali Liderin Aparatı rəhbərinin müavini Əli Əsğər Hicazi özü və ailəsi üçün ölkədən çıxış imkanlarını müzakirə edir.
Məlumata əsasən, Rusiya tərəfi vəziyyət daha da pisləşəcəyi təqdirdə İran rəsmilərinin çıxışı üçün “təhlükəsiz dəhliz” təmin edəcəyini vəd edib. Bu cür zəmanəti artıq bir neçə yüksək vəzifəli şəxs alıb və bəzilərinin ölkəni tərk etməyə hazırlaşdığı iddia olunur.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 İyun 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















