Icma.az
close
up
RU
Təcrübə dovşanı ... Sertifikasiyadan kəsilən müəllimi kənd məktəbinə göndərmək sadəcə zərər verməkdir

Təcrübə dovşanı ... Sertifikasiyadan kəsilən müəllimi kənd məktəbinə göndərmək sadəcə zərər verməkdir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ötən günlərdə təhsil ekspertlərindən biri tərəfindən ucqar kənd məktəbləri ilə bağlı absurd bir təklif irəli sürülüb. Ekspert təklif edib ki, "müəllimlərin serifikasiya imtahanında kəsilmiş şəxslər müəllim çatışmazlığı olan kənd məktəblərinə göndərilsin, beləcə kənd məktəblərində müəllim çatışmazlığı problemi də həllini tapmış olar".

Ekspert unudub ki, sertifikasiyadan kəsilən şəxs artıq müəllim sayılmır, savadlı uşaqlara hansısa fənni tədris etmək səviyyəsində deyil. Ekspertin bu təklifi, kənd məktəblərində oxuyan uşaqları aşağılmaq kimi qəbul edilə bilər. “Kənd məktəbidir də, kənd uşağıdır da, yaxşı təhsil alsa nə olacaq, almasa nə” fikrini ortaya qoymuş olur. Bu təkliflə razılaşmaq isə...

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sertifikasiyadan kəsilən müəllimlərin kənd məktəblərinə göndərilməsi fikrini doğru hesab etmir. İlqar Orucovun fikrincə, sertifikasiya imtahanı göstərdi ki, məktəblərimizdə bilik-bacarıq yetərsizliyi olan nə qədər şəxs müəllim vəzifəsində çalışır və bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir.

İlqar Orucov

“Biz bir problemdən qurtarmışıq və təsəvvür edin ki, qeyri-peşəkar, bacarığı, səriştəsi yerində olmayan müəllimləri kənd məktəblərinə göndəririk. Əlbəttə ki, bu davranış absurddur və düzgün deyil. Mən kənd məktəblərində müəllim çatışmazlığını başa düşürəm. Bizim xeyli sayda kənd məktəblərimiz var ki, xüsusilə ucqar rayonlarda müəllim çatışmazlığı var və bu da ciddi problemdir. Sadəcə olaraq yetərsiz bilik-bacarığı və müvafiq sahə üzrə biliyi olmayan bir insanı “müəllim çatışmazlığı var” deyə hansısa kənd məktəbinə göndərməkdənsə, həmin məktəbdə müəllimin olmaması daha yaxşıdır. Eyni zamanda yaxın fənn müəllimlərinin həmin dərsləri keçməsi daha faydalıdır, nəinki belə bir vəziyyət. Sertifikasiyadan kəsilən və biliyi yetərli olmayan müəllimlərin işə qəbul imtahanında, həmçinin aşağı bal toplayan müəllimləri təzədən təhsil sisteminə cəlb etmək faydalı qərar olmaz.

Bir neçə il bundan öncə Quba rayonunda bir ucqar dağ kəndində müşahidə etmişdim ki, əslində məktəbdə üç əsas fənn - fizika, biologiya və kimya müəllimi yoxdur. O zaman bu məsələnin böyük bir müzakirəsini keçirdik. Həmin dövrdə Elm və Təhsil naziri çox doğru yanaşma ortaya qoydu. Əslində biz təklif etmişdik ki, müəllimlərin işə qəbul imtahanında nisbətən aşağı bal toplayan müəllimləri həmin məktəblərə göndərək. Nazirlik qeyd etdi ki, “biz müəllim olmaq iddiasında olan bir şəxsi müqavilə əsasında hansısa bir məktəbə göndərdik, bir il işlədi. Bəs sonra nə olacaq?”-deyən İlqar Orucov vurğulayıb ki, əslində bu praktika müəyyən qədər özünü doğruldur.

“Müəllimlərin işə qəbul imtahanında müəyyən bal toplamış, nisbətən yaxşı nəticə əldə etmiş və ehtiyat siyahıda olan şəxslər hansısa müəllimin analıq məzuniyyətinə getməsi və digər hallarda həmin müəllimləri əvəz edir. Yəni bu zaman həmin ehtiyat siyahıdan istifadə olunur. Amma sertifikasiya imtahanında nəticəsi aşağı olmuş və uzun illər məktəbdə çalışaraq, həmin məktəbi iflic vəziyyətinə gətirmiş bir şəxsi, məhz “boş yer var” deyə yenidən məktəbə cəlb etsək, doğru yanaşma olmaz”-deyən ekspert bildirib ki, bu gün ucqar kənd məktəblərinin optimallaşdırılması ilə bağlı müvafiq işlər görülür və mövcud problem zamanla öz həllini tapacaq.

“Sertifikasiyadan kəsilmiş müəllimləri prosesə cəlb etmək düzgün deyil. Siz kənddə yaşayan uşaqların “təcrübə dovşanı”na çeviriləcəyini deməklə, belə müqayisə aparırsınız və qeyd etmisiniz ki, "onların şəhər məktəblərində təhsil alan şagirdlərdən nəyi əskikdir ki, savadsız müəllimlərin ümidinə buraxılsın". Tamamilə doğru yanaşmadır və doğru iraddır. Mən sizin iradınızı və yanaşmanızı çox haqlı hesab edirəm.

Azərbaycanın bütün məktəblərində savadlı müəllimlər işləməlidir. Ümumilikdə, təhsil sistemində müəllimlərin keyfiyyət məsələsi, müəllimlərin biliyi, savadı, peşəkarlığı, səriştəsi təhsil prosesində ən vacib məqamlardan biridir və bu, təhsilin keyfiyyətinin artırılmasında ən çox təsiri olan elementlərdən biridir.

Ümumiyyətlə, müəllimlərin arasında rəqabət mühitini formalaşdırmaq baxımından ciddi işlər görülməlidir və görüləcək. Rayon məktəbində təhsil alan şagirdlər şəhər məktəbində təhsil alan bir şagirdi fərqləndirmək və biri üçün keyfiyyətli, savadlı müəllim tədrisə cəlb etmək önəmlidir. Sadəcə “Məktəbdə müəllim çatışmazlığı var” deyə biz şagirdlərimizi kimə gəldi həvalə edə bilmərik. Bu, yeganə çıxış yolu deyil”-deyə İlqar Orucov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri