Icma.az
close
up
RU
Tələblərinin birinci semestrdən standart təhsil tələbə kreditindən yararlanmağı tam məhdudlaşdırmışdır: Hesablama Palatası

Tələblərinin birinci semestrdən standart təhsil tələbə kreditindən yararlanmağı tam məhdudlaşdırmışdır: Hesablama Palatası

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi nəzarət tədbirinə dair məlumatları yayıb. 

Belə ki, nəzarət tədbirləri nəticəsində bir sıra pozuntuların olduğu da məlum olub.

Onu da qeyd edək, sözügedən nəzarət tədbiri Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 01 iyun 2024-cü il tarixinədək olan dövrü əhatə etmiş və səmərəlilik (performans) auditi formasında keçirilmişdir.

Gununsesi.info xəbər verir ki, Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmış, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir.

Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil etmişdir.

Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilmiş, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilmiş, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir. Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmiş, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır.

Göstərilənlərə münasibətdə ilk olaraq diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda (Qayda) sosial təhsil tələbə kreditinin verilməsi şərtlərinin əsasən sosial rifah göstəricilərinə deyil (ünvanlı sosial yardım istisna olmaqla), kateqoriya xarakterli yanaşmaya əsaslanılması nəticəsində Fondun fəaliyyəti müəyyən edilmiş məqsədlərə tam uyğun olmamışdır. Kateqoriyalı yanaşmanın tətbiqi ilə yanaşı standart TTK ilə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) daha aşağı müəyyənləşdirilməsi sosial kredit istifadəçilərinin zəif təhsil göstəriciləri nümayiş etdirmələrinə imkan yaradan kreditləşmə sisteminin qurulması ilə nəticələnmişdir. Beləliklə də, Fondun TTK-nin verilməsi ilə bağlı yanaşması əsasən sosial cəhətdən riskli qruplara hədəflənmiş, həmin qruplara aid tələbələrin təhsil haqlarını vaxtında ödəmələrinə şərait yaratmaqla təhsillərini başa çatdırmaları məqsədini daşımışdır.

Fondun nəzarət imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda  TTK-dən yararlanan tələbənin faktiki ÜOMG-si Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olmuş, beləliklə də, 71 baldan aşağı göstəriciyə malik tələbəyə, Qaydaların tələbi pozularaq standart TTK verilmişdir. Bu isə, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərmişdir.

Kredit üçün müvəkkil banka müraciət mərhələsində nəzərdə tutulmuş yanaşma təcrübədə tətbiq edilən yanaşmadan fərqlənmiş, başqa sözlə, təcrübədə tələb olunan sənədlər tələbə tərəfindən banka təqdim edilmədən elektron qaydada təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Elektron Təhsil Tələbə Krediti” informasiya sistemində (Portal)  təsdiqindən sonra kredit müraciəti banka yönləndirilimiş, bəzi hallarda Portaldan çıxarışlarda TTK-nın təhsil müəssisəsi tərəfindən təsdiq edilmədən banka göndərildiyinə dair məlumatlar əks olunmuş, eləcə də Fond tərəfindən ləğv edilmiş bəzi kredit müraciətləri üzrə bank tərəfindən kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir.

Ali təhsil müəssisələrinə qəbulun yalnız Dövlət İmtahan Mərkəzi vasitəsilə keçirilən imtahanlarla deyil, eləcə də Scholastic Aptitude/Assessment Test (SAT) nəticəsində də aparıldığını diqqətə alsaq, bu yanaşmanın nəzərə alınmaması  SAT ilə qəbul həyata keçirən ali təhsil müəssisələrinə daxil olan tələblərinin birinci semestrdən standart TTK-dan yararlanmağı tam məhdudlaşdırmışdır.

Fondun tələbələrin təhsilinə verə biləcəyi töhfə baxımından əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq edilən – tələbələrin təhsillə bağlı cari xərclərinin (dərslik, qidalanma, yataqxana, yol xərci və s.) ödənilməsi praktikası öyrənilməmiş və nəzərə alınmamış, həmçinin kreditlərdən yararlana biləcək şəxslərin yuxarı yaş həddinin müəyyən olunmaması nəticəsində auditlə əhatə olunan dövrdə 13 halda son qaytarılma tarixinə kredit götürən şəxsin yaşının 60 və daha artıq olmasına şərait yaradan kredit rəsmiləşdirilmişdir ki, ondan 3-ü həmin tarixdə pensiya yaşında olacaqdır. Fondun maliyyə vəsaitlərinin istifadə səviyyəsini və tətbiq olunan sığorta mexanizmlərini diqqətə alsaq, kredit alanların yaşı ilə bağlı hər hansı bir məhdudiyyətin nəzərə alınması zərurəti olmasa da, ictimai faydalılığın  formalaşdırılması və əmək bazarında iştirak müddəti baxımından yuxarıda göstərilən amillərlə birgə belə bir məhdudiyyətin müəyyənləşdirilməsinin gələcəkdə zəruri yanaşma kimi formalaşacağı qənaətindəyik.

Himayəçilik Şurası tərəfindən strateji məqsəd və planların, inkişaf istiqamətlərinin müəyyənləşdirilməməsi, həmçinin illik fəaliyyət planlarının təsdiq olunmaması Fondun funksional məqsədlərinin həyata keçirilməsinə nəzarət mexanizmlərinin tətbiqini məhdudlaşdırmaqla bu hədəflərə nail olunmasında risklərə yol açmışdır. Hədəflərlə bağlı kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiq edilməməsi tərtib olunan hesabatlar arasında uyğunsuzluqlarla yanaşı hədəf/nəticə uzlaşmasının qiymətləndirilməsində  məhdudiyyətlərə səbəb olmuş,  kreditlərin verilməsi planlaşdırılan tələbələrin say göstəricilərində uyğunsuzluqlar tələb olunan xərclərin planlaşdırılmasına təsir göstərən əsas faktoru formalaşdırmışdır.

Himayəçilik Şurası tərəfindən vəsaitlərin idarə olunması istiqamətində fəaliyyətin tam icra edilməməsi, o cümlədən kənar auditorun müəyyənləşdirilməsi üçün addımların atılmaması və müvəkkil bankın seçilməsinin bu Şura ilə razılaşdırılmaması hesabatlılıq və şəffaflıq prinsiplərinin tam tətbiqinə mane olmuşdur. Həmçinin qeyd edək ki, müvəkkil bankın fəaliyyəti ilə bağlı hesabatlılığın artırılması məqsədilə Fond tərəfindən bir sıra addımlar atılmışdır ki, bu da vəsaitin idarə olunmasına nəzarətlə bağlı müsbət amil kim dəyərləndirilir.

Nizamnamədə likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması ilə bağlı nəzərdə tutulmuş vəzifənin icra olunmaması maliyyə imkanlarının genişləndirilməsinə təsir göstərmişdir.

Ayrı-ayrı mərhələlərin icrasına dair vaxt çərçivəsinin reqlamentləşdirilməməsi müraciətlərin təxminən 20,0%-nə kreditin 1 aydan çox müddətdə  verilməsi ilə nəticələnmiş, bu, əsasən ali təhsil müəssisələrinin və müvəkkil bankın məsul şəxslərinin fəaliyyəti ilə əlaqədar olmuşdur. Göstərilənlər məsuliyyət mexanizmlərinin işlənilməsinin və tətbiqinin əhəmiyyətini bir daha qeyd etmək imkanı verir.

Başqa istiqamətin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda TTK-nin verilməsinə sərf olunmuş məbləğ kimi əks etdirilməsi həmin məlumatlar əsasında qərar qəbul edən, təhlillər aparan və proqnozlar tərtib edən dövlət qurumlarının bu fəaliyyətinə mənfi təsir amillərini formalaşdırmaqla yanaşı hədəf/icra uyğunluğunun da qiymətləndirilməsinə şərait yaratmır.

Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilməsi əks edilmişdir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see124

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see120

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see115

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see115

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see112

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see112

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see112

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see112

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see111

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see110

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see110

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see109

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri