Icma.az
close
up
RU
Təranə Muradova ilə Ustadına əhsən! Rəqs edən meymunlar, qartal kimi kişilər

Təranə Muradova ilə Ustadına əhsən! Rəqs edən meymunlar, qartal kimi kişilər

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Oğlanlar və qızlar necə rəqs etməlidirlər? Korporativdə hansı rəqsi ifa etsək, daha yaxşı olar? Ən asan öyrənilən rəqs elementləri hansılardır? Hansı rəqsi oynamaq məsləhət deyil?

Bu və digər sualların cavabını Oxu.Az-ın yeni layihəsi olan "Ustadına əhsən!"in növbəti buraxılışının qonağı - Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradovadan alıb.

Ustad ilə rəqs dünyasına dalaraq hər kəsi maraqlandıran suallara cavab tapmaqla yanaşı, sözün əsl mənasında dərs aldıq:

Təranə Muradova ilə "Ustadına əhsən!" - Rəqs edən "meymunlar", qartal kimi kişilər

Master-klasın bəzi məqamlarını təqdim edirik:

- Bəzi aşpazlar, yaxud qənnadıçılar var ki, deyirlər, filan yeməyi elə ustası bişirsə, yaxşıdır, başqaları heç cəhd edib, ərzağı da, yeməyi də xarab etməsinlər. Bəs bir rəqqas kimi, sizcə, rəqqas olmayanlar hansı rəqsi ifa etməsələr, daha yaxşıdır?

- Bəzi insanlar çalışırlar ki, ritmik rəqslər ifa etsinlər, amma onlarda bu çox gülməli alınır. Ritmli rəqslər ifa etmək üçün rəqs məktəbi keçmək lazımdır. Ya da özfəaliyyət dərnəyinə getmək lazımdır. Deyərdim ki, kobud oynamasınlar. Bəlkə də, yaxşı səslənməyəcək, amma özlərini meymuna bənzədirlər. Rəqs edəndə otururlar. Bəylər yuxarı dartınmalı, kişi kimi oynamalıdırlar. Yəni xanımların yanında qartal kimi vüqarlı görünməlidirlər.

- Hər sahədə trend olduğu kimi, rəqsdə də vaxtaşırı hansısa elementlər dəbə minir. Sizcə, 2025-ci ildə hansı rəqs dəbdə olacaq?

- Həmişə trenddə olan rəqslərimiz "İgidlər", süitalar, yallılarımızdır. Mənim üçün trend - milli rəqsdir. Ümid edirəm, 2025-ci ildə insanlarımız milli rəqsi qoruyub, ifa edəcəklər.

- Son zamanlar qadınların, qızların kişi rəqslərinə meyil saldıqlarını müşahidə edirik. Zaman-zaman bu tip hallar sosial mediada trend olur. Eləcə də, bəzi kişilərin, İran havalarına uyğun olaraq, rəqs edərkən çox əzilib-büzülməsi müzakirələrə səbəb olur. Xanımlar və bəylər üçün rəqs elementlərində sərhəd varmı? Yəni hansı elementi icra edəndə bu artıq kişi, yaxud qadın rəqsi olur?

- Bilirsiniz, xanım xanım qalmalıdır, həmişə xanım kimi, bəy də bəy kimi ifa etməlidir. Hər insanın daxilində tərbiyəsi olmalıdır. Rəqs tərbiyədir, musiqi - gözəllik. "Facebook"da, "Instagram"da izləyəndə görürəm ki, bəzi müəllimlər öz tələbələrini çox pis tərzdə təqdim edir, özləri üçün reklam vasitəsi kimi yararlanırlar. Onlar anlamırlar ki, bu uşağın gələcəyi olmalıdır, öz mədəniyyətini, tarixini bilməlidir. Mən dəfələrlə demişəm, bu, evdən gələn tərbiyədir. Analar, atalar hara baxırlar? Bizim balaca qızımız, gələcəyin xanımı nəyə görə oğlan kimi rəqs etməlidir? Xanım incə olmalıdır. Uşaq isə uşaq rəqsi ifa etməlidir. Bəzi kişilər də qadın kimi oynayırlar, burcudurlar, bu da onlarda gülməli alınır. Bizim adət-ənənələrimiz var.

Aygün Mirakif

Video: Cavid Mehdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri