Icma.az
close
up
RU
Tərəflər sülh danışıqları öncəsi əməliyyatlar keçirdir, danışıqlar masası boş qalır və döyüş davam edir

Tərəflər sülh danışıqları öncəsi əməliyyatlar keçirdir, danışıqlar masası boş qalır və döyüş davam edir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın strateji aviasiya aerodromlarına hücumundan bir gün sonra bir çox Qərb mediası və ekspertləri Rusiyanın Ukraynaya qarşı müharibəsində “tarixi” hadisədən danışırlar. “Süddeutsche Zeitung” qəzeti bunu 2022-ci ilin fevralında genişmiqyaslı müharibə başlayandan bəri “Rusiyanın ən böyük uğursuzluğu” adlandırıb. Aviasiyadan istifadə edərək gözlənilməz hücumlar üçün dünya presedentləri var - bəziləri 1940-cı ildə Britaniya Hərbi Hava Qüvvələrinin İtaliya donanmasına hücum etdiyi Tarantonu xatırlayır, digərləri - Pearl Harboru, bu müqayisə mübahisəli olsa da, Ukrayna Yaponiyadan fərqli olaraq özünü müdafiə edir. Ekspertlər Rusiyanın "strateji müharibəsində" olacağını gözləmirlər. Xatırladaq ki, Ukrayna Sibirin İrkutsk vilayətindəki Belaya hərbi aerodromuna ilk dəfə hücum edilib.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın baş verən bu hücumunu Azərbaycanda da böyük alqışla və böyük sevinclə qarşılayan siyasi kimliklər var. Politoloqun fikrincə, bu hücum Rusiyanı ağıllandırmayacaq, əksinə Rusiyanı daha da qızışdıracaq.

Əhəd Məmmədli

“Hər kəsin psixo durumu var. Putini siyasətini illərdir təqib etdiyim üçün düşünmürəm ki, Putin kimi siyasətçiləri belə hücumlarla qorxutmaq və ya çəkindirmək olar. Rusiya quruda məğlub olmuş durumda olsaydı, Ukrayna quruda hücuma keçsəydi və Rusiyanı geri itələsəydi, o zaman qarşı tərəfi önləmək mümkün olardı. Hətta Ukrayna Rusiyanın ərazisinə daxil olsaydı və bu hücumların davamı kimi bir hücum daha olsaydı, Putin nəinki geriyə çəkilərdi, hətta Putini taxtdan da edə bilərdi. Bəs quruda vəziyyət necədir? Rusiya irəliləyir, Kursk vilayətindən də Ukraynanı çıxardı. Ukrayna Rusiyanın daxilində uğurlu əməliyyatlar apara bilər, amma bu da Ukraynanın Rusiya ərazisinə hansısa formada hökmranlıq etməsinə gətirib çıxarmır. Quru əməliyyatları Ukraynanın uğur qazanması üçün daha yaxşı olardı, Rusiyanı masa arxasında oturda bilərdi.

Çoxu toy-bayram edirdi. Deyilirdi ki, "Rusiyaya İkinci Dünya savaşından sonra ilk dəfə xarici ordu girdi, Putin geri çəkiləcək. Bu hücum danışıqlarda Putini geri çəkilməyə məcbur edəcək. Putin güzəştə gedəcək". Nəticə nə oldu? Putin Şimali Koreyadan əsgərlər gətirdi və Kursku yenidən özünə qaytardı.

Bu gün Azərbaycanda da bəzi politoloqlar İkinci Dünya müharibəsi ilə müqayisələr aparır və Ukraynanın qalib olacağını düşünürlər. Müharibənin nəticəsi quru əməliyyatlarıdır. Kim torpaq alırsa, qalib də odur. Ukrayna-Rusiya müharibəsində torpağı Rusiya alıb. Nə qədər alıb, necə alıb, Rusiyaya necə baha başa gəlib, bunun fərqi yoxdur. Fakt odur ki, Rusiya cəbhədə irəlidədir. Rusiyada Kremli vursalar da, Rusiya daha ağır itkilər versə də geri çəkilməyəcək”- deyə politoloq qeyd edib.

Əhəd Məmmədli bildirib ki, əksinə Rusiya qızışacaq, hazırda Rusiya Ukraynaya daha ağır zərbələr endirəcək vəUkrayna daha böyük itkilər verəcək.

“Hər zaman belə olub, Ukraynanın hər bir uğurlu əməliyyatına daha böyük miqyaslı şəkildə cavab verilib. Bu cür zərbələr danışıqlardan qabaq olur. Məsələn, İstanbuldakı danışıqlardan qabaq. Putin razılıq verdi ki, mən İstanbulda Zelenski ilə görüşməyə hazıram. Dronlarla Kremlə qədər zərbələr oldu, hansı ki, sonra nəticəsində Putin səfər etmədi. Bu dəfə də eyni hal yaşandı. Görüş olmalı idi, görüşdən qabaq Ukrayna belə bir əməliyyat keçirir. Elə bil kimlərsə, Zelenskiyə deyir ki, danışıqlara mane ol. Bu danışıqların Türkiyədə həyata keçirilməsini istəməyən tərəflər var. Marqlı tərəf Avropa, Britaniya və Almaniyadır. İstəmirlər ki, bu danışıqlar Türkiyədə baş tutsun, yəni bunun preferensiyasını Türkiyəyə götürsün. Həmişə Zelenskiyə məsləhət görürlər ki, Rusiyaya hücum etsin”-deyə Əhəd Məmmədli qeyd edib.

Politoloq bildirib ki, bunu əks qiymətləndirə bilənlərin fikrincə, guya bu hücumlar Putini danışıqlarda güzəştlərə getməyə sövq edəcək: “Hələ ki, quruda Rusiya uğurlu tərəfdir. Ukrayna nə qədər hava zərbələri endirsə də, Putin geri çəkilməyəcək. Əksinə bu hücumlar Putini daha da qıcıqlandıracaq və Rusiya Ukraynaya daha böyük miqyaslı cavablar verəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri