Icma.az
close
up
RU
Tərtər Rayon İcra Hakimiyyətində 2026 cı ildə tələbə adını qazanmış gənclərlə görüş keçirilib

Tərtər Rayon İcra Hakimiyyətində 2026 cı ildə tələbə adını qazanmış gənclərlə görüş keçirilib

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Tərtər Rayon İcra Hakimiyyətində 2026-cı ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, rayon Məhkəməsinin sədri Tahir Qubadov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, rayon Ağsaqqallar şurasınını sədri Faiq Məmmədov, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.
Görüşdən öncə tədbir iştirakçıları şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tələbə adı qazanmış bütün məzunları ürəkdən təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib, doğma vətənimiz-müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə yüksək bilikli mütəxəssislər kimi öz töhfələrini verməyi arzu edib.
Sonra rayon rəhbəri Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada müəllimlikdən yüksək ad tanımıram”- kəlamlarını yada salıb, qeyd edib ki, bu sözlər müəllim əməyinə verilən ən yüksək dəyərdir.
Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.
Qeyd olunub ki, ötən illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 432 şagird yerlik Xoruzlu kənd tam otra məktəb, Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəb, Təhsil Nazirliyi tərəfindən isə 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəb, Qazyan, Bəyimsarov kənd körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilib və Kəngərli və Hüsənli kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub.
Bu il isə Heydər Əliyev Fondu tərəfindən şəhər 3 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub.
Tərtər rayonunda da təhsil sahəsində əldə olunan nəticələr bizi ürəkdən sevindirir. 2025–2026-cı tədris ilində rayon üzrə XI sinfi 789 məzun başa vurub. Onlardan 427 nəfəri ali məktəblərə sənəd verib və 276 nəfər ali məktəblərə qəbul olub. Bu göstərici ötən illə müqayisədə əhəmiyyətli artım deməkdir. Belə ki, əvvəlki tədris ilində ali məktəblərə 217 nəfər qəbul olmuşdusa, bu il onların sayı 276 nəfərə çatıb.
Xüsusilə sevindirici haldır ki, 28 məzunumuz 500-dən yuxarı bal toplayıb. Onlardan 9 nəfəri 600 və daha yüksək nəticə göstərib. 7 məzunumuz isə xüsusi təyinatlı təhsil müəssisələrinə və xarici ali məktəbə qəbul olunub. Onlardan 4 nəfəri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna, 1 nəfər Dövlət Sərhəd Xidmətinə, 1 nəfər Heydər Əliyev adına Hərbi Liseyə, 1 nəfər isə Türkiyənin Ərzurum Atatürk Universitetinə qəbul olunub.
Əsəd Məmmədov adına şəhər 1 nömrəli tam orta məktəbin məzunu 16 yaşlı Günay Əlizadə isə ingilis dili səviyyəsini ölçən beynəlxalq imtahanda İELTS-də 0-9 arasında olan baldan 8, əsasən xaricdə, xüsusi ilə ABŞ-da universitetə qəbul üçün istifadə olunan standartlaşdırılmış imtahanda 400-1600 arası baldan 1460 bal toplayaraq ABŞ və Avropanın bir sıra nüfuzlu ali təhsil müəssisələrinə təqaüdlə qəbul qazansa da seçimi öz ölkəmiz-ADA Universiteti olub.
Rayonun Köçərli kənd tam orta məktəbinin (12 nəfər), Şıxarx kənd 2 nömrəli tam orta məktəbinin ali məktəbə sənəd verən (6 nəfər) məzunları 100 faiz, şəhər 6 nömrəli tam orta məktəb (13 nəfər) 92,86 faiz, Hüsənli kənd tam orta məktəbi (12 nəfər) 92,31 faiz, şəhər 2 nömrəli məktəb- lisey (23 nəfər) 92 faiz, Buruc kənd tam orta məktəbi (8 nəfər) 88,89 faiz ali məktəbə daxil olub. Şəhər 1, 5 nömrəli, Səhləbad, Qapanlı, Qazyan, Azad Qaraqoyunlu, Qaradağlı, Sarov və Bəyimsarov kənd tam orta məktəblərinin də qəbul göstəriciləri 70 və 80 faizdən yuxarıdır.
Qeyd edib ki, Vətən Müharibəsinin mülki şəhidi Əsədov Sabit Usub oğlunun qızı Nurcan Əsədova da 322 bal toplayaraq Bakı Dövlət Universitetinin Qazax filialına qəbul olub. Sonda icra başçısı bir daha tələbə adını qazanmış gəncləri, onların müəllim və valideynlərini ürəkdən təbrik edib, can sağlığı və uğurlar diləyib.
Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin direktoru Amil Hüseynov, Rövşən Səfərov adına Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Fəqan Həmidov adına Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, 671 bal tolayan şəhər 2 saylı məktəb liseyin məzunu Zümrüd Səfərova, 642 bal toplayan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Kəklikxanım İbrahimli, 518 bal toplayan Ələsgərli kənd tam orta məktəbin məzunu Aysu Xəlilova və digər tələbə adını qazanmış məzunlar çıxış ediblər.
Çıxış edənlər tələbə adı qazanmış gəncləri təbrik edərək, onlara elm, təhsil yollarında ugurla addımlamağı, vətənə, xalqa gərəkli övlad olmağı arzulayıb, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb və yüksək balla ali məktəbə qəbul olmuş tələbələrə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr, qəbulda yüksək nəticə əldə edən tam orta məktəblərin kollektivlərinə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri