Icma.az
close
up
RU
“Təsbehli hoca”, göstər hünərini! KÖŞƏ

“Təsbehli hoca”, göstər hünərini! KÖŞƏ

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Öz aramızdı, “Baba”nın işləri yolunda getmir. Bəli-bəli, söhbət “Turan Tovuz” baş məşqçisi, yerli azarkeşlərin ilk gündən “Baba” deyib bağrına basdığı, son vaxtlarda qeydə alınan uğursuz nəticələr üzündən tənqid atəşinə tutduğu Kurban Berdıyevdən gedir.

“Bozqurd”un İdarə Heyətinin rəhbəri Ehtiram Quliyev yayda Ayxan Abbasovu gözlənilməz qərarla türkmənistanlı mütəxəssislə əvəzləyəndə tovuzlular elə çəpik çalırdı ki, gəl görəsən. Əlbəttə, haqlıydılar. Axı hər kəs onun “Rubin”lə qazandığı şedevr nəticələri indi də Tovuz”da təkrarlayacağını düşünürdü. İnsafən, “təsbehli hoca”nın uzun müddət ümidləri doğrultduğu desək, yerinə düşər. Axı mövsümə fırtına kimi başlayan bölgə təmsilçisi yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı ilk 5 matçda nəinki uduzdu, qapısında qol da görmədi. 6-cı turda Masazırda “Sabah”la 2:2 hesablı heç-heçə isə indiyə qədər davam edən qeyri-sabit nəticələrin təməli oldu. Tədricən zəifləyən, ruhdan düşən komanda ardıcıl qələbələr qazanmaqda çətinlik çəkməyə başladısa, favorit olduğu oyunlarda belə məğlub olmaqla dəfələrlə azarkeşlərinin əsəbiylə oynadı. “Bayquşlar”la qarşılaşmadan sonra başlayan lənət ölkə kubokunda da “bozqurd”un ətəyindən yapışdı. Evdə keçirilən 1/8 final mərhələsində 2:2 hesabıyla “sülh”ə razı olan kollektiv penalti seriyasında uduzmaqla yanaşı, aparıcı oyunçusu Denis Marandiçini itirdi. Özü də necə: Şafrankonun bilmədən endirdiyi zərbə üzündən zədələnən moldovalı hələ də yaşıl meydanlara qayıtmayıb.
Gözünü qış “tranfer pəncərəsi” çərçivəsində güclənəcəklərinə və avrokuboklar uğrunda mübarizəni daha qətiyyətlə davam etdirəcəklərinə dikən tovuzluların növbəti yanılğısı da özünü çox gözlətmədi. Belə ki, “Turan Tovuz” mövsümün ikinci yarısında keçirilən 11 matçda cəmi 3 (!) qələbə qazanıb. Kollektivə qışda cəlb edilən futbolçular da özünü yaxşı tərəfdən göstərməkdə çətinlik çəkir. Bu mənada yalnız Hayderson Urtadonu fərqləndirə bilərik ki, o da istənilən səviyyədə deyil. Bu azmış kimi, son vaxtlar komanda daxilində intizamsızlığın baş qaldırdığını görürük. Özbaşınalıqla bağlı hadisələrin son həddə çatdığından da xəbərdarıq. Yoxsa Veysəl Rzayev “Səbail”lə matçdan sonra tovuzlu azarkeşlərin yerləşdiyi tribunaya dırmaşmaz, onlarla söz davasına çıxmazdı. Əslində hər şey bununla məhdudlaşmır. Həmkarımız Xanoğlan İmanov da “feysbuk” səhifəsindəki paylaşımda bu məsələyə toxunub: “Turan Tovuz”un canlı izlədiyim son məşqlərindən birində futbolçulardan birinin gənc oyunçunu çox pis formada təhqir etməsinə şahid olmuşdum. Həm də bir neçə dəfə... Başqa mənfi məsələlər də gözümdən qaçmamışdı. Gözlərimə inanmırdım. Berdıyevin “dəmir intizam”ında belə şey? Veysəl Rzayevin etdiyi hərəkət həmin hadisənin təsadüfi olmadığını göstərdi”.
Ümumiyyətlə, Veysəlin mədəniyyət meyarlarına sığışmayan davranışıyla bağlı sual çoxdu. Düzdü, “Turan Tovuz” srağagün yaydığı açıqlamada futbolçunun klubun daxili intizam qaydalarına uyğun cəzalandırıldığını deyib. Lakin onunla bağlı konkret hansı tədbirin görüldüyünün açıqlanmaması tovuzlu azarkeşlərin etirazına səbəb olub. Maraqlıdı ki, tərəfdarlar həm də Veysəli mətbuatı aldatmaqla suçlayır. Dəqiq desək, oyunçu azarkeşlərin onu təhqir etdiyini, komandanı satqın adlandırdığını iddia edir. Sosial şəbəkələrdə rəy yazan tərəfdarlar isə bunun böhtan olduğunu bildirir və futbolçudan üzr istəməsini tələb edirlər. Hətta onun komandadan qovulmasını istəyənlər də az deyil.
Əlbəttə, bu ərəfədə belə ciddi problemin ortaya çıxması komanda üçün şad xəbər ola bilməz. Bəllidi ki, “Qarabağ” və ya “Araz-Naxçıvan” ölkə kubokunun qalibi olmasa, “Turan Tovuz” avrokuboklara yollana bilməyəcək. Deməli, “bozqurd” başqa komandaların bu turnirin qalibi olması üçün dua etməkdənsə, öz işini özü görməli, mövsümü 3-cü pillədə bitirməlidi. Bunun üçün məhz azarkeşlərin də ənənəvi yardımına ehtiyac var ki, uğursuz nəticələrin ardından baş verən hadisə onsuz da münasibətlərdə yaranmağa başlayan uçurumu bir qədər də dərinləşdirdi. İndi qərbliləri Misli premyer-liqasının 30-cu turunda evdə “Sabah”la oyun gözləyir. “Turan Tovuz” mövsüm ərzində üç dəfə qarşılaşsa da, qalib gələ bilmədiyi “bayquşlar”ı yenməklə 5 oyuna çatan qələbə həsrətinə son qoymalı və lənətdən qurtulmalıdı. Buna qədər isə azarkeşlərlə münasibətlər qaydasına qoyulmalıdı. Alınarmı? Bilinmir. Hər şey klub rəhbərliyindən və “Baba”dan asılıdı. Bəli, “təsbehli hoca”, göstər hünərini!
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see339

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see282

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see277

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see181

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see175

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Novxanıda hotel yanır

19 May 2026 19:10see166

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see150

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri