Təzyiq problemi olanlar bu pendirdən yesin
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təzyiq problemi olan insanlar üçün qidalanma rejimi xüsusi əhəmiyyət kəsb edir. Britaniyalı dietoloq Brukvell Uayt "HuffPost" nəşrinə müsahibəsində bildirib ki, ürək-damar xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlər üçün duz miqdarı az olan İsveçrə pendiri və ya azyağlı keçi pendiri daha təhlükəsiz seçimdir.
Pendir zülal, kalsium və müxtəlif vitaminlərlə zəngin olduğu üçün balanslı qidalanmanın faydalı hissəsi sayıla bilər. Ekspert qeyd edir ki, təzə keçi pendirinin tərkibində doymuş yağlar inək südündən hazırlanan pendirlərə nisbətən daha azdır. Eyni zamanda bu növ pendirlər kalsium, kalium və dəmir baxımından daha zəngindir. Bərk pendir növləri isə laktoza dözümsüzlüyü olan şəxslər üçün daha uyğundur.
Dietoloq vurğulayır ki, pendir istehlakında miqdarı gözləmək vacibdir. Çünki doymuş yağların normadan artıq qəbulu qanda "pis" xolesterinin səviyyəsini qaldırır, bu isə damarların elastikliyini azaldaraq ateroskleroz riskini artırır. Gündəlik rasionda doymuş yağların payı ümumi kalorinin 7 faizindən çox olmamalıdır.
Daha sağlam nəticə üçün pendiri kiçik porsiyalarla tərəvəzlərin yanında yemək tövsiyə olunur. Bu həm diş sağlamlığını qorumağa kömək edir, həm də orqanizmin mineral ehtiyacını ödəyir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu təzyiq ən təhlükəlidir!
16 Noyabr 2024 01:13
Minsk qrupundan Azərbaycana qarşı təzyiq göstərmək niyyətində olanlar var, amma...
28 Fevral 2025 10:06
Hamiləlik problemləri: TƏZYİQ
16 Noyabr 2024 05:41
Normal təzyiq pəhrizi
21 Noyabr 2024 10:16
Xalq artistinə TƏZYİQ
29 Noyabr 2024 02:41
Baxış sayı:55
Bu xəbər 27 Mart 2026 06:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları