Tibb dünyasında yeni inqilab: Beyniniz daim oyaq qalacaq
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tibb dünyasında beynin oyaqlıq mexanizmini tənzimləyən oreksin molekullarına maraq artır.
Turkustan.az xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) narkolepsiyanın müalicəsi üçün ilk oreksin aqonistini təsdiqləməsindən sonra bu sahəyə diqqət daha da güclənib.
Diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanların yaratdığı inqilabdan sonra əczaçılıq şirkətləri beynin oyaqlıq və yuxu mexanizmini tənzimləyən oreksin peptidlərinə böyük investisiyalar yatırmağa başlayıb.
“The Economist”in məlumatına görə, qəfil və qarşısıalınmaz yuxu tutmaları ilə xarakterizə olunan narkolepsiyanın müalicəsində mühüm mərhələ əldə edilib. FDA Takeda şirkəti tərəfindən hazırlanmış ilk oreksin aqonistinin istifadəsinə icazə verib.
Mütəxəssislər yeni nəsil oreksin dərmanlarının gələcəkdə yuxu pozğunluqlarının müalicəsində mühüm dəyişikliklər yarada biləcəyini düşünürlər.
Morgan Stanley-in təhlilinə görə, oreksin əsaslı dərmanların yalnız yuxu pozğunluqları sahəsində 2035-ci ilədək 16 milyard dollar gəlir yaratması gözlənilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 13 Avqust 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















