Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Tıxaclar iqtisadiyyata xeyirdi, ya ziyan? AÇIQLAMA

Tıxaclar iqtisadiyyata xeyirdi, ya ziyan? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Böyük şəhərlərdə müşahidə olunan tıxaclar təkcə nəqliyyat problemi deyil, eyni zamanda iqtisadi proseslərə birbaşa təsir edən amillərdən biridir. Uzun müddət yollarda qalan avtomobillər əlavə yanacaq sərf edir, vaxt itkisi yaranır, məhsuldarlıq aşağı düşür. Digər tərəfdən isə yanacaq satışının artması müəyyən iqtisadi dövriyyə yaradır. Bu isə tıxacların iqtisadiyyata təsiri ilə bağlı ziddiyyətli yanaşmalar formalaşdırır.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, iri şəhərlərdə tıxacların mövcudluğu faktiki olaraq iqtisadi aktivliyi azaldır:
“Yanacaq satışından əldə edilmiş gəlirlər iqtisadi aktivliyin zəifləməsi baxımından azalan gəlirlərlə müqayisədə çox aşağıdır. Yəni nə qədər avtomobil yanacağı satılsa da, böyük şəhərlərin əhalisinin hərəkətinin məhdudlaşması, iqtisadi aktivliyin aşağı düşməsi həm loqistika, həm xidmət sektoru, həm səhiyyə, həm də təhsil sektorunda bütün sahələrdə gecikmələrə səbəb olur ki, bu da iqtisadiyyatda zəifləmə, geriləmə yaradır. Geriləmənin yaranması nəticə etibarilə əmsal olaraq iki üzərindən götürülür. Son iki il ərzində Bakı artıq dünyanın əsas iri şəhərlərinin ilk iyirmilik siyahısına düşüb. Bakı artıq 1.2 əmsalında geriləmə şkalası üzrə qeydə alınmış paytaxtdır. Yəni burada Azərbaycanda artıq paytaxt olaraq Bakı şəhərində iqtisadi aktivlik sürətlə zəifləməyə başlayır. Həm əhalinin sıxlığı, həm tıxacların sayının artması, həm də xüsusi olaraq əsas ticarət mərkəzi olaraq Bakının rol oynaması bu geriləməyə gətirib çıxarır”.
O deyib ki, Bakı həm ticarət limanları baxımından, həm loqistik əsas xab rolunu oynamaq baxımından strateji əhəmiyyətli şəhərdir:
“Lakin şəhərin yüklənməsi, tıxacların olması və müvafiq olaraq bir kvadrat üçün əhali sayının normadan bir neçə dəfə çox olması iqtisadi gəlirlərin azalmasına, aktivliyin zəifləməsinə və sürətlə passiv nöqtəyə keçməsinə gətirib çıxarır. Və bu təsadüfi deyil ki, Azərbaycan hökuməti Bakının əsasən baş planının təsdiqlənməsi və şəhərin yenidən və daha düzgün qurulması istiqamətində addımlar atır. Bu istiqamətdə bir sıra qanunlar qəbul olunur və 2035-ci ilə qədər qarşıya qoyulmuş hədəflər var ki, Bakı şəhərində əhali sıxlığının azaldılmasına nail olunmalıdır. Əks təqdirdə Azərbaycanın əsas ticarət, əsas iqtisadi mərkəzi olan paytaxtda gəlirlərin azalması və iqtisadi aktivliyin sürətlə zəifləməsi tendensiyası baş verəcək. Nə qədər tıxacların çox olması və nə qədər yanacaq satılsa belə, yanacağın satışından əldə edilən gəlirlər iqtisadi aktivlik yaratmır. Yeni bir dəyər yaratmayan, passiv alıcı, istehlakçı formalaşdıran yanacaq satışı əvəzində bütöv bir iqtisadiyyatın geriləməsinə gətirib çıxarır və əlbəttə ki, bu müqayisəolunmaz bir istiqamətdir. Yəni, yanacaq satışından əldə edilmiş gəlirlər heç bir halda bütöv paytaxtın, Azərbaycanın əsas iqtisadi mərkəzinin iqtisadi passivliyə sürüklənməsinə adekvat ola bilməz”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 May 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri