Toyda taxılan qızılların kirayə götürüldüyünü dedi
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyədə sosial mediada "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan gecə saatlarında keçirilən əməliyyat zamanı saxlanılıb.
Axşam.az-ın türk mediasına istinadən malumatına görə, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması ittihamı ilə saxlanılan sosial media fenomeni Çağla Özün həyat yoldaşı olan Mehmetin verdiyi ifadə ortaya çıxıb.
Mehmet hakim qarşısında verdiyi ifadəsində ittihamları qəbul etməyib. O, toy mərasimində çəkilən bütün xərclərin sponsorlar tərəfindən qarşılandığını bildirib. Onun sözlərinə görə, toyda taxılan qızıllar kirayə götürülüb. Mehmet əlavə edib ki, qohumları tərəfindən taxılan qızıllar da məclisdən sonra geri qaytarılıb.
Qeyd edək ki, toya Azərbaycanda "baylarsoy" adı ilə tanınan bloger Arifə Məmmədova, həyat yoldaşı, bloger Fidan Zeyn də qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 09 Sentyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















