Icma.az
close
up
RU
Tramp bu addımı ilə Netanyahunu ŞOKA SALDI: ABŞ prezidentinin “alqı satqı” siyasəti nəyə hesablanıb? KONKRET

Tramp bu addımı ilə Netanyahunu ŞOKA SALDI: ABŞ prezidentinin “alqı satqı” siyasəti nəyə hesablanıb? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi. Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirmiş, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi. Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-ın nəzarətinə verilməsi gərəkdiyini bildirib. Sonuncu təklif Netanyahu üçün də gözlənilməz olub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

O bildirib ki, ABŞ və İsrailin xaricində Trampın yeni təklifini dəstəkləyən olmayıb:

“Vaşinqtonun müxtəlif bölgələrdəki tərəfdaşları və müttəfiqləri belə Qəzzanın boşaldılması və bu şəhərin Amerikanın nəzarətinə verilməsi təklifinin əleyhinə çıxıblar. Avropa ölkələrindən tənqidi açıqlamalar gəlib. Brüssel Trampın Çinə qarşı rüsumların artırılması qərarı fonunda Pekinlə iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçirməyə başlayıb. Avropa İttifaqının rəhbəri Ursulla fon der Leyen fevralın 4-də səfirlər qarşısında çıxış edərkən, dünyadakı kəskin rəqabət şəraitində Avropanın Çinlə ticarət əməkdaşlığını genişləndirməyə ehtiyac olduğunu bildirib. Halbuki, Tramp Prezident seçilənə qədər Avropa İttifaqı Çinin ticarət siyasətini tənqid edirdi. Görünür, Brüssel Tramp administrasiyasının Pekinlə ticarıt müharibəsindən faydalanmaq istəyir. Brüsselin bu siyasəti Trampın xoşuna gəlməyəcək və Ağ Evin yeni sahibi həmişəki kimi Avropadakı tərəfdaşlarını yüksək rüsumlarla hədələyəcək. Tramp Çin məhsullarına qarşı rüsumların artırılması məsələsində gözləmə mövqeyinə keçib. Onun çinli həmkarı Si Tsinpinlə telefonla danışıqlar aparacağı gözlənilir. Aydındır ki, Tramp Tsinpindən iki ölkə arasındakı ticarətdə idxalla ixracın bərabərləşdirilməsini tələb edəcək. Ancaq bu praktik olaraq mümkün deyil. Çin aldığından çox satır. Məhz buna görə ABŞ-ın Çinlə ticarətində 1 trilyon dollar defisit yaranıb. Tramp hesab edir ki, Çin Amerikadan qazandığı pulları ordusunun gücləndirilməsinə xərcləyir. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt iki ölkə liderinin telefonla nə zaman danışacağına dair tarix verməyib. Bununla yanaşı Kerolayn Levitt Prezidentin Çinə qarşı rüsumların 10 faiz artırılması qərarından imtina etmədiyini təkrarlayıb. Mətbuat katibi Tramp kimi Çindən ABŞ-da insan ölümlərinə səbəb olan fentanil maddəsinin daxil olmasını təqdid edib. Kerolayn Levittinin sözlərinə görə, Çinə qarşı rüsumların artırılmasında bu amilin də əhəmiyyətli rolu olub”.

Politoloqun sözlərinə görə, Donald Trampın bir qərarı da beynəlxalq aləmdə geniş müzakirə olunur. Ağ Ev sahibi ABŞ həbsxanalarındakı cinayətkarları başqa ölkələrin həbsxanalarında yerləşdirmək üçün imkanlar axtarır.

“Dövlət katibi Marko Rubionun Salvadora səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də bu olub. Kasıb Salvador ona ödəniləcək maliyyə müqabilində qatı cinayətkarları həbsxanalarında yerləşdirməyə razılaşıb. Maraqlıdır ki, Rubionun birinci səfər etdiyi Panama kimi Salvadorun də Çinlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev bundan da narahatdır. Salvador Prezidenti Nayib Bukele 2019-cu ildə Pekinə səfər edərək Çin lideri Si Tsinpinlə görüşüb. Bu görüşdən bir il əvvəl Salvador Tayvanla diplomatik əlaqələrdən imtina edib. Pekin bunun qarşılığında uzaq Mərkəzi Amerika ölkəsinin müxtəlif layihələrinə yatırım qoyacağını vəd verib. 2024-cü ildən başlayaraq Çinlə Salvador arasında azad ticarət sazişi barədə danışıqlar başlayıb. Halbuki, Salvadorun əsas ticarət tərəfdaşı ABŞ-dır. Beləliklə, Ağ Ev Çinin Latın Amerikası ölkələrinə nüfuz etməsinin qarşısını almağa çalışır. Ancaq bunu reallaşdırmaq üçün ABŞ Latın Amerikası ölkələrinə Çindən daha çox yatırımlar vəd etməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri