Tramp Ukrayna müharibəsi ilə bağlı növbəti səs küylü açıqlama verdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı növbəti səs-küylü açıqlama verib.
KONKRET.az xəbər verir ki, Fox News-a müsahibəsində çıxış edən Tramp bildirib ki, əgər Ukraynada müharibəyə son qoya bilsə, bu, onun “cənnətə getməsi üçün səbəb” ola bilər.
Prezident qeyd edib ki, indiyədək müharibədə ölənlərin əksəriyyətini Rusiya və Ukrayna əsgərləri, həmçinin mülki şəxslər təşkil edir və bu münaqişədə heç bir amerikalı hərbçi həlak olmayıb. Onun sözlərinə görə, hər həftə təxminən 7 min insanın ölümünün qarşısını almaq böyük nailiyyət hesab olunmalıdır.
Tramp həmçinin vurğulayıb ki, münaqişəyə son qoymaq həm ABŞ, həm də bütün dünya üçün mühüm əhəmiyyət daşıyacaq. Ağ Evin mətbuat katibi Karolin Leavitt isə açıqlamanı şərh edərək, Trampın sözlərinin ciddi olduğunu bildirib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















