Tramp uşaqlarla Santa Klausu müzakirə etdi, sonra Ukrayna, Rusiya və Çinə qayıtdı
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp yenidən Ukrayna, Rusiya və Çinlə bağlı məsələlər üzərində aktiv işə qayıtdığını bəyan edib. Onun sözlərinə görə, bu cür məsələlərə prioritet diqqət ayrılmalıdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən Milad tədbiri zamanı bildirib.
Məlumdur ki, dekabrın 24-ü axşam saatlarında Amerika mediası prezidentin günlük qrafikini dərc edib. Tramp səhər vaxtını qolf oynayaraq keçirib, axşam isə uşaqlarla telefonla danışaraq Santa Klausun dünya üzrə səyahətini müzakirə edib.
Söhbətlərin biri zamanı Amerika lideri vurğulayıb ki, uşaqlarla daha uzun danışmaq istərdi, lakin dövlət işləri onu daha ciddi mövzulara diqqət yetirməyə məcbur edir.
"Bütün günü belə danışmaq olardı. Lakin biz Çin, Rusiya və Ukrayna məsələlərinə qayıtmalıyıq. Digər işlərə qayıtmalıyıq, halbuki bununla (uşaqlarla danışmaqla) bütün günü məşğul olmaq mümkündür", deyə ABŞ Prezidenti qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Ukraynadakı müharibə ilə bağlı sülh planının müzakirəsini qiymətləndirmişdi. Onun sözlərinə görə, Ukrayna və Rusiya arasında danışıqlar davam edir və "normal" gedir.
"Biz danışırıq, danışıqlar yaxşı gedir, lakin bilirsiniz ki, mən səkkiz müharibəni bitirmişəm. Hesab edirəm ki, Rusiya və Ukrayna ilə bağlı məsələ hələ həllini tapmayıb", – deyə Tramp qeyd edib.
Eyni zamanda, senator-respublikaçı Lindsi Qrem Trampı Rusiyanın neft daşıyan gəmilərini ələ keçirməyə və Ukraynaya "Tomahawk" raketləri verməyə çağırıb. O həmçinin bildirib ki, Ağ Ev rəhbərinin Rusiya neftinin alınmasına tariflərin tətbiqi və ukraynalı uşaqların qaçırılmasına görə Rusiyanın terrorizmin dövlət sponsoru kimi tanınması haqqında qanun layihəsini dəstəkləyəcəyini gözləyir.
"Əgər o (Putin – red.) bu dəfə də "yox” desə, ümid edirəm ki, Prezident Tramp bunu edər: 85 həmmüəllifi olan qanun layihəmi imzalayar və ucuz Rusiya nefti alan Çin kimi ölkələrə qarşı tariflər tətbiq edər", deyə Qrem vurğulayıb.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Dekabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















