Icma.az
close
up
RU
Tramp yenidən Ağ Evə qayıdır: Ticarət savaşı başlayacaqmı?

Tramp yenidən Ağ Evə qayıdır: Ticarət savaşı başlayacaqmı?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalibi gəlib. Seçki kampaniyası zamanı Tramp qalib gələcəyi təqdirdə Çinə vergi bombardmanı tətbiq edəcəyini açıqlayıb. 
Ekspertlər bildirirlər ki, Trampın qaləbəsi Asiya bazarlarına təzyiq göstərə və yuanın ucuzlaşmasına səbəb ola bilər. 
Bəs investorları nə gözləyir? 
Tramp Çinlə iqtisadi müharibəyə başlayacaqmı?

Demokrat.az xəbər verir ki, Trampın qələbəsi ilə ABŞ-ın hücum siyasətinin Rusiyadan Çinə qarşı keçəcəyi gözlənilir. 
Asiya bazarları da seçkiləri maraqla izləsə də, indekslər qarışıq olaraq qalır. Çinə qarşı aqressiv münasibəti ilə tanınan Trampın qələbəsindən sonra ekspertlər yuanın dollar qarşısında dəyərinin 7 faizindən çoxunu itirəcəyini hesablayırlar. 
Ötən gün dollar/yuan pariteti seçki qeyri-müəyyənliyi səbəbindən üç həftənin ən yüksək səviyyəsindən 7,1052 səviyyəsinə düşüb.
Çin bazarları qarışıq bir kurs izləyir. Honq-Konqun Hang Seng indeksi 2,7% azalmaqla 20,439,58 bənd təşkil edərək, investorların ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənlik fonunda təhlükəsiz sığınacaq axtarması nəticəsində üç günlük rallini başa vurub. 
Hang Seng Technology indeksi 3,3% azalarkən, Shanghai Composite indeksi 0,1% artaraq 3388,70-ə yüksəlib. 
"ActivTrades"dən Anderson Alves AP-yə verdiyi şərhdə "Trampın qələbəsi aşağı təzyiq yarada bilər" deyib.
Bəs ABŞ-ın xarici siyasətində nə dəyişəcək?
Seçiləcəyi təqdirdə Ukrayna-Rusiya müharibəsinə son qoyacağını vəd edən Donald Tramp seçki kampaniyası zamanı xüsusilə Çinə qarşı ticarət tariflərini əhəmiyyətli dərəcədə artıracağını açıqlamışdı. 
ABŞ istehsalını artırmaq məqsədi ilə Tramp demək olar ki, bütün idxallara 10%-dən 20%-ə qədər adi tariflər və Çindən gələn mallara 60% və ya daha çox tariflər tətbiq etmək planlarını açıqlayıb. 
Tramp hətta Çin Tayvanı işğal etsə, Çini sözün əsl mənasında vergilərlə bombalayacağını söyləyib. ABŞ-ın keçmiş prezidenti WSJ-yə müsahibəsində bildirib: 
"Bunu deyə bilərəm, Çin əgər Tayvana girsə, ona 150%-dən 200%-ə qədər vergiyə cəlb edəcəm". 
Məlum olduğu kimi, Tramp əvvəlki prezidentliyi dövründə Çində istehsal edən ABŞ şirkətlərinin ABŞ-da fabriklər qurması üçün çox səy göstərib. "Tesla" və "Apple" kimi ABŞ şirkətləri istehsalının böyük hissəsini Çində həyata keçirir.
"Moody's Analytics"in iqtisadi araşdırmalar üzrə direktoru Katrina Ell BBC-yə deyib: "Trampın qlobal ticarət siyasəti ABŞ-a idxala daha aqressiv tariflər vəd edən güclü proteksionist platformasını nəzərə alaraq Asiyada xüsusi narahatlıq yaradır".
Xarici siyasətdə daha təcridçi mövqeyi də onun Tayvanı Çinin mümkün təcavüzünə qarşı müdafiə etmək istəyi ilə bağlı suallar doğurub. Özünü idarə edən ada qlobal iqtisadiyyatı idarə edən texnologiya üçün həyati əhəmiyyət kəsb edən kompüter çiplərinin əsas istehsalçısıdır. 
Dünyanın ən böyük çip şirkəti TMSC Tayvanda yerləşir. Çin demokratik yolla idarə olunan Tayvanı öz ərazisi kimi iddia edir. Tayvan isə Çinin suverenlik iddialarına qəti şəkildə qarşı çıxır.
Çində Trampın qələbəsi ilə ABŞ-Çin münasibətlərinin Harrisdən bir az daha çətin olacağı fikri hakimdir. Pekin Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin keçmiş dekanı Jia Qingguo CNBC-yə bildirib ki, Bayden administrasiyasının son vaxtlar ABŞ-Çin münasibətlərinin yaxşılaşdırılmasında əldə etdiyi irəliləyişlərə görə, az da olsa, Harrisi Trampdan üstün tuturlar: 
"Bizim Donald Trampla dörd illik təcrübəmiz var və o, çox unikal xarakterdir. Normal siyasətçi deyil, hətta normal bir iş adamı da deyil".
Çin sədri Si Szinpin 5 noyabr seçkilərinin nəticələri ilə bağlı heç bir üstünlük ifadə etməsə də, Xarici İşlər Nazirliyi bunu ABŞ-ın daxili işi kimi qiymətləndirib.
Məlum olduğu kimi, Donald Tramp əvvəlki prezidentliyi dövründə Çinə qarşı bir çox sanksiyalarla gündəmə gəlib. 
2018-ci ilin avqustunda prezident Tramp təhlükəsizlik narahatlığını əsas gətirərək ABŞ federal hökuməti tərəfindən Çin texnologiya şirkətləri "Huawei" və ZTE avadanlıqlarının istifadəsini qadağan edib və bir çox Çin törəmə şirkətlərinin ABŞ-da biznes fəaliyyətini məhdudlaşdırıb. Bu məhdudiyyətlərdən sonra texnologiya nəhəngi "Google" "Huawei" cihazlarına xidmət göstərməyi dayandırıb. 2020-ci ildə Tramp Çin hökuməti və ordusu ilə əlaqəli bütün şirkətlərlə biznesi qadağan edən fərman imzalayıb.
Bundan əlavə, Trampın dövründə ABŞ Maliyyə Nazirliyi Çini valyuta manipulyatoru kimi qələmə verib. Bu, Çinin ABŞ hökumətinin təchizat müqavilələrindən kənarda qalması ilə nəticələnib. Lakin sonradan Çinlə bağlanan müqavilə nəticəsində bu səciyyələndirmə geri götürülüb.
Bundan əlavə, Tramp administrasiyası bir çox çinli rəhbər və iş adamlarına sanksiya tətbiq edib. Bu sanksiyalar və məhdudiyyətlər Bayden dövründə daha da artıb.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri