Icma.az
close
up
RU
Trampın “adi olmayan” Ukrayna bəyanatı gözlənilir Ukrayna ABŞ raketləri ilə Rusiyanın dərinliklərini vura biləcək

Trampın “adi olmayan” Ukrayna bəyanatı gözlənilir Ukrayna ABŞ raketləri ilə Rusiyanın dərinliklərini vura biləcək

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, yəni bu gün Ukrayna üçün yeni silah tədarükü planını açıqlayacaq və plana təkcə raket-zenit sistemləri deyil, həm də hücum silahları daxil olacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadla məlumat yayıb. "İki mənbə “Axios”-a bildirib ki, plana, Moskva da daxil olmaqla, Rusiyanın dərinliklərindəki hədəflərə çata biləcək uzaqmənzilli raketlərin də olacağına inanmaq üçün əsaslar var. Bununla belə, yekun qərar barədə heç bir məlumatı yoxdur", - “Axios” yazır.

Nəşr respublikaçı senator Lindsi Qremdən sitat gətirib: "Putin həqiqətən Trampı qəzəbləndirdi. Onun bəyanatı adi bəyanat olmayacaq".

Nəşr yeni planın Trampla NATO-nun baş katibi Mark Rutte arasında keçiriləcək görüşdə açıqlanacağını qeyd edib.

Eyni zamanda, qeyd olunur ki, Amerika silahlarının Ukraynaya tədarükü avropalı müttəfiqlər tərəfindən maliyyələşdiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski iyun ayında NATO sammitində belə bir mexanizm təklif etmişdi və Donald Tramp da bunu keçən həftə xatırlatmışdı.

"Biz onlara çox ehtiyac duyduqları “Patriot”ları göndərəcəyik, çünki Putin çoxlarını təəccübləndirib. O, rəvan danışır, sonra axşam hamını bombalamağa başlayır. Ancaq bir balaca problem var: bu mənim xoşuma gəlmir", - Tramp bazar günü jurnalistlərə deyib.

"Biz əsasən onlara müxtəlif növ çox mürəkkəb hərbi texnika göndərəcəyik. Onlar (avropalılar) bunun dəyərini 100% ödəyəcəklər", - Tramp əlavə edib.

Qeyd edək ki, Volodimir Zelenski də Rusiyanın dərinliklərinə raket zərbələri endiriləcəyinə dair anons verib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see264

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see247

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see188

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see162

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri