Icma.az
close
up
RU
Trampın hədəsi və küsən Xameneyi... Danışıqlar pozuldumu?

Trampın hədəsi və küsən Xameneyi... Danışıqlar pozuldumu?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın hədələrindən sonra İsveçrədə keçirilən danışıqlar meydanını tərk edib.


Bakupost.az xəbər verir ki, İslam Respublikası bu addımı amerikalı liderin bəyanatlarına etiraz olaraq atıb.

Məlumatlara görə, Tehran Vaşinqtondan tərəflərin bir-birini hədələməsini qadağan edən qarşılıqlı anlaşma memorandumunun birinci bəndinə əməl olunmasını tələb edir.

Qeyd edək ki, bundan əvvəl Tramp İranı Livanda nəzarətindəki qüvvələri problem yaratmağı dərhal dayandırmağa məcbur etməyə çağırıb. Əks halda, o, İrana çox ağır zərbə vuracağı ilə hədələyib.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakupost.az-a bildirib ki, bu cür hədələr danışıqlar prosesinə ümumən ziyan vura bilməz:

“İranla ABŞ arasında aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunub. Təbii ki, Donald Tramp yenidən İran Prezidentini hədələyib. Amma əldə etdikləri razılaşmada bir-birini hədələməmək müddəası da yer alıb. Tehran bu əsasda etiraz edərək, danışıqları tərk edəcəyini bildirib”.

Həmsöhbətimizin sözlərinə görə, Tramp özünü dünya lideri, İran üzərində qalib gələn prezident kimi göstərdiyindən ara-sıra belə açıqlamalar verir.

Amma bununla belə, M.Əsədullazadə düşünür ki, tərəflər arasında növbəti razılaşma əldə olunacaq:

“Bütün bunlara baxmayaraq, danışıqlar müsbət istiqamətdə gedir. Artıq ekspertlər qrupu da yaradılıb. Hörmüz boğazının açılması, nüvə məsələsi, sanksiya altında olan vəsaitlərin İrana qaytarılması, “Hizbullah”, Livan kimi məsələlər müzakirə olunur. Təbii ki, İsrail də çalışır ki, proses pozulsun. Tramp özü də növbəti dəfə İran liderləri barədə neqativ nəsə deyə bilər. Amma danışıqlar davam etdiriləcək. Düşünürəm ki, növbəti mərhələdə müəyyən razılaşma əldə oluna bilər”.

Rüfət Sultan, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyun 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see238

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see233

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see212

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see211

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see204

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see197

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see195

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see188

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri